DİPLOMSUZ ŞƏHİD VƏ QAZİLƏRİMİZ…

22:53 17.09.2023 1 594

Bakı Slavyan Universiteti və bu təhsil müəssisəsinin rektoru Anar Nağıyev haqqında məqalədən sonra məlumatın ardı-arası kəsilmir. Eşitdiklərimizi,gördüklərimizi sizə də deyək,bilib agah olun.

Anar Nağıyev özündən əvvəlki qalmaqallı rektor Nurlana Əliyevanın adamlarına nədənsə toxunmayıb.Hətta onları qoruyaraq,hər cür şərait yaradıb.
Məsələn,”İnsan resursları” şöbəsinin müdiri Nurlana Əliyevanın əmisi qızı Məhəbbət Əliyevadır.Yəni kadr məsələlərinə bu xanım nəzarət edir.”Əcnəbi tələbələr” şöbəsinin müdirini əvəz edən,deyilənə görə nənəsinin biri erməni olan Leyla Musayeva da illərdir Anar Nağıyevin himayəsi altındadır.
Deyəcəksiniz olsun da,rektor bəlkə işçiləri fərqləndirməyi bacarır.Əvvəl biz də elə düşündük.Amma biləndə ki,Leyla Musayeva da keçmiş rektor Nurlana xanımın qohumudur,məsələ bir az aydın oldu.Yuxarıda qeyd etdiyimiz Məhəbbət Əliyeva Leyla Musayevanın anasıdır.
Tibb kafedrasının Hicran adlı laborantı isə Nurlana Əliyevanın doğmaca qardaşı qızıdır…
Bir sözlə,Nurlana Əliyevanın özü getsə də adı qalıb.Xələfi Anar Nağıyev işini onun dəsti-xətti üzrə qurub, tökdüklərini yığır. Yəqin “boz kardinal”,
“Qoca Mazelli” Ramiz Mehdiyevin adamının adamı olmaq cənab Anar Nağıyevə zövq verir.Nurlana Əliyevanın yolu ilə getməklə özünün 5-ci kolona aid olduğunu hesab edir.
Nurlana Əliyevanın daha bir yadigarı “Beynəlxalq münasibətlər” kafefrasının müdiri,muxalif Demokrat Partiyasının vaxtilə üzvü olmuş Habil Məmmədovdur.Sabiq demokrat indi pis yaşamır.
Adil Rəcəbli,Şirinbəy Əliyevin dövründən yağ-bal içində gəzən Habil müəllim indi də tələbələri “kəsə-kəsə” “novostroyka”da özünə isti yuva qurub.Əlbəttə ki Nurlana Əliyeva və onun sadiq davamçısı Anar Nağıyevin sayəsində.
Müxalifətdən söz düşmüşkən,Habil Məmmədov tək deyilmiş.BSU-nun aparıcı kafedralarından hesab edilən “Azərbaycan diplomatiyası” kafedrasının müdiri Əsgər Əhməd bir zaman AXCP sədri Əli Kərimlinin sağ əli olub.
Deyirlər ki, Anar Nağıyev tez-tez ətrafına deyinir. Deyir, başqa yerlərin dekanları, kafedra müdirləri qızıl mağazası işlədir, qaz vurub qazan doldurur, mənimkilərsə,qabağıma şokolad qoyurlar. Dərdi böyük imiş.Yəqin ona görədir ki,magistratura şöbəsinə yeni təyin etdiyi Məmmədtağı Rzayev qısa müddətdə kollektivdə özünə ləqəb qazanıb:
Dollar Məmmədtağı.Tərcümə fakültəsinin dekanı Kamran müəllim isə rektorun tənqidindən nəticə çıxardaraq az qala salamı da artıq pulla verir. Ümumiyyətlə, deyirlər ki, Anar Nağıyev bu “bacarığı” ilə heyf olub gedir. Onun yeri təhsil ocağı yox, “Sədərək bazarı”dır. Oranı yaxşı işlədib xeyir verə bilərdi.
Onsuzda fikri-zikri alverdi.Elə Bakı Slavyan Universitetini də böyük bir yarmarkaya çevirib. Dillər Universitetində öz yanında işləmiş Elçin,Əzim kimiləri BSU-ya gətirərək onları külli-ixtiyar sahibi edib. Elçin Hüseynov Ukraynadan haranınsa diplomunu alıb.
Amma rusca bir kəlmə də bilmir, digər slavyan dillərində heç söhbət gedə bilməz. Bu adam xəritədə slavyan ölkələrinin təxmini yerini belə bilmir. Vaxtilə Dillər Universitetinin yaxınlığında yerləşən hansısa kursda çalışıb, sonra Anar Nağıyev onu “kəşf” edib,indi də BSU-da “diliuzun”lardan biridir.
Bu adam hazırda rektorun müşaviridir. Magistr dərəcəsinin olmaması onun irəliləməsinə mane olmur. Hətta tələbə, valideyn, müəllim və digər işçilərin qəbulu günlərində çox vaxt rektorun əvəzinə Elçin Hüseynov iştirak edir.Anar müəllimin yəqin daha vacib işləri var. Amma bəzən istisnalar edir. Məsələn, Pedaqogika kafedrasından uzundonlu “tədbirlər təşkilatçısı” Arzu xanım nədənsə həmişə rektor Anar Nağıyevin otağına qısa ətəyi,dar şalvarı ilə girib-çıxa bilir.Ancaq universitetin ahıl əməkdaşları saatlarla,günlərlə Meskom Əzimin tapıb qəbul otağında otuzdurduğu referent qızların icazəsini alıb rektoru görə bilmirlər.
Rektor dəhlizə,auditoriyalara baş çəkəndə isə Həmkarlar Komitəsinin sədri Əzimin,müşavir Elçinin,75 yaşında kafedra müdiriişləyən Piralı adlı şəxsin, 80 yaşlı Ənvər müəllimin əhatəsində yaxın düşmək olmur. Keçmiş idman müəllimi,indi BSU Həmkarlar Komitəsinin sədri işləyən Əzim az qalır camaatı əzib keçsin.
BSU-da hansısa işin düzəlməsi üçün mütləqdir ki,Əzimin razılığını alasan, ən azı onunla nahar etmək vacib şərtlərdən biridir. Piralı ilə Ənvər isə maraqlı personajlardır.Onların da öz funksiyaları var,müəllimləri qaralamaq və sair qara-qura işlər.
Anar Nağıyevin və bu əlaltılarının sözləri ilə oturub-durmayanları tabe olmayanları sıxışdırıb universitetdən uzaqlaşdırırlar. BSU-nun əsas elmi zümrəsi belə hərəkətlərə dözməyərək oranı tərk edirlər.
Anar müəllimin “yaradıcılığı” o qədər aşıb-daşır ki,yazıb bitirmək olmur.Bu yaxınlarda BSU-nun binasında yanğın olubmuş. Maraqlıdır ki, Anar Nağıyevin göstərişi hamı binadan çıxarılıb, lakin içəridə öz yaxın çevrəsi qalıb. Hələ binada bufetin,yeməkxananın olmadığını da qeyd edim. Əvvəlki yazımda söyləmişdim.Tələbə yataqxanasından da söz açmışdım. Vəziyyət yenə də acınacaqlıdır.
Ən acınacaqlı hal isə odur ki, Bakı Slavyan Universitetində Nurlana Əliyevadan qalma metodlar hələ də işləkdir. Nurlanın dövründə 4-cü kurs tələbələri kütlıvi şəkildə imtahandan kəsdirilirdi. Sonra isə pul tələsinə salınırdılar.
Gəlir gətirdiyi üçün Anar Nağıyev bunlardan məmnuniyyətlə yararlanır.
Məsələn,tələbə köçürmələri. Başqa yerlərdən nəyinsə müqabilində BSU-ya savadsız gənclər köçürülür, pulları olduğu üçün savadlı tələbələrdən üstün tutulurlar, imtahanlarda “fərqlənirlər”. Bilikli uşaqlar isə bir bal əskik yığdıqlarına görə kəsrə qalıb altqruplara yönəldilirlər. Orada isə müəyyən məbləğ pul köçürülür.Halbuki cüzi bal çatışmazlığı olanda pedaqoji şura,rektor bunu nəzərə ala bilər.Amma rektor başqa şeyi əsas götürür. Məhz bu cür oyunbazlığa qurbanları arasında 44 günlük qalibiyyətimizi qazanmış şəhid, qazilərimiz də olublar. Vətən müharibəsində döyüşmüş şəhid,qazi,veteran oğullar belə rüşvətxorlara görə diplomsuz qalıblar… Deyəsən heç maraqlanan da yoxdur.

Sima Babayeva

Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO