Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı Ramana qəbiristanlığında dəfn edilib. Globalinfo.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər. ***11:57 Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi başa çatıb. Globalinfo.az bildirir ki, mərhumun cənazəsi dəfn olunması üçün Sabunçu rayonu Ramana qəbiristanlığına aparılır. ***11:47 Ötən gün vəfat edən Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı ilə vida mərasimi keçirilir. Globalinfo.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
***09:23 Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi bu gün saat 12:00-da Heydər Məscidində keçiriləcək. Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a mərhumun oğlu Elçin Ağamalı məlumat verib. O bildirib ki, vida mərasimisindən sonra F.Ağamalının nəşi Ramana qəbiristanlığında dəfn olunacaq.