Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

10:07 17.06.2026 192
Laçın rayonunun Təkpalıd adlanan ərazisində vəhşi təbiətin zənginləşdirilməsi və ekoloji tarazlığın bərpası məqsədilə qırqovulların təbiətə buraxılması ilə bağlı təşəbbüs həyata keçirilib.Aksiyada Laçın rayonunun Ağcakənd kəndinin sakinləri, "Şöhlətoğlu Ailə İstirahət Mərkəzi”nin rəhbəri, iş adamı Novruz Gülməmmədov, Əmirov Elşad və digər sakinlər iştirak ediblər. Onlar birlikdə çoxsaylı qırqovulların Laçın rayonunun Təkpalıd ərazisində təbii mühitə uyğunlaşdırılaraq buraxılmasını təmin ediblər.

Təşəbbüs iştirakçıları bildiriblər ki, məqsəd yalnız qırqovulların təbiətə qaytarılması deyil, həm də bölgədə ekoloji tarazlığın gücləndirilməsi və biomüxtəlifliyin artırılmasına dəstək verməkdir. Onların sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə təbiətin bərpası istiqamətində bu cür addımlar xüsusi əhəmiyyət daşıyır.

Novruz Gülməmmədov bildirib ki, bu təşəbbüs həm təbiətə qayğı, həm də ekoloji məsuliyyətin gücləndirilməsi baxımından önəmlidir.
"Biz istəyirik ki, Laçın təbiəti əvvəlki zənginliyinə qayıtsın. Qırqovulların təbiətə buraxılması da bu istiqamətdə kiçik, amma mənalı bir addımdır”, deyə o qeyd edib.

Digər iştirakçılar da bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar. Onların fikrincə, azad olunmuş ərazilərdə təbiətin dirçəldilməsi yalnız dövlət layihələri ilə deyil, ictimai təşəbbüslərlə də dəstəklənməlidir.

Ekoloji mütəxəssislərin ümumi yanaşmasına görə, vəhşi quş növlərinin təbii mühitə buraxılması biomüxtəlifliyin qorunmasına və ekosistemin balansının gücləndirilməsinə müsbət təsir göstərir.

Son illər Laçın rayonunda və digər azad olunmuş ərazilərdə təbiətin bərpası, yaşıllaşdırma və fauna zənginliyinin artırılması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı