“Rusiya Silahlı Qüvvələri əsasən Kiyevə hücum edib”.Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın kütləvi cavab zərbəsinə münasibət bildirərkən deyib.
“Nikolayev, Zaporojjya, Poltava, Sumı, Çerniqov və Xmelnitski vilayətləri də hücuma məruz qalıb”, – deyə o qeyd edib.
Zelenskinin sözlərinə görə,
Rusiya 2 iyun gecəsi 600-dən çox dron və 73 raket buraxıb.
Siyasətçi yenidən ABŞ-a müraciət edərək “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü istəyib.