Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

12:46 28.01.2026 276

Yardımlı sakinləri MTK rəhbərliyindən şikayətçidir – minlərlə manatlıq yatırım, dəyişdirilən qıfıllar və iddia olunan hədələr

Yardımlı rayon sakinləri Mirhəsən Əlizadə Asif oğlu və qardaşı Mirməhəmməd Əlizadə Asif oğlu redaksiyamıza müraciət edərək “Şərur” MTK ilə yaşadıqları ciddi problemlər barədə şikayət ediblər.
Şikayətçilərin bildirdiyinə görə, onlar 2023-cü ilin may ayında “Şərur” MTK-ya məxsus tikinti sahəsində – Yeni Yasamal, Jasmin Park yaşayış kompleksində şirkətin tarsovka (bəzək-suvarma-təmir) işlərini görməyə başlayıblar. İlkin mərhələdə yalnız usta kimi fəaliyyət göstərdiklərini deyən vətəndaşlar, təxminən bir il sonra həmin ərazidə şirkətdən icarəyə boş obyekt götürüblər. “144 kvadratlıq obyekt götürdük, razılaşma şifahi oldu”Mirhəsən Əlizadənin sözlərinə görə, dönərxana–kafe açmaq məqsədilə 144 kvadratmetr, təmirsiz boş sahə icarəyə götürülüb:
“Razılaşmaya əsasən, aylıq icarə haqqı 1 kvadratmetrə 10 manat olmaqla 1440 manat müəyyən edildi. Həmçinin bu məbləğin şirkətin tarsovka işləri üzrə bizə olan ödənişləri hesabına bağlanması barədə razılaşdıq.”
Şikayətçilər bildirir ki, elektrik və kommunal xərcləri isə nağd şəkildə ödəməli olublar. Lakin yaşayış kompleksinin tam hazır olmaması və müştəri azlığı səbəbindən bu ödənişlərdə gecikmələr yaranıb və nəticədə şirkətə təxminən 4000 manat borc formalaşıb.

“Ödəniş etdik, amma qəbul edilmədi”

Vətəndaşlar bildirir ki, onlara bir neçə dəfə möhlət verilib və bu müddətdə 500 manat, sonra əlavə 200 manat, daha sonra isə istifadə etmədikləri avadanlıqları sataraq 650 manat ödəniş ediblər. Lakin buna baxmayaraq, şirkət rəhbərliyi tərəfindən ödənişlərin qəbul edilmədiyi iddia olunur.
Onların sözlərinə görə, sonradan icarə haqqı da nağd şəkildə hesablanaraq, işıq pulu daxil olmaqla ümumi borcun 24 min manat olduğu bildirilib.

“200 min manatdan çox yatırım etdik, amma əmlakımıza buraxılmırıq”

Şikayətçilər iddia edirlər ki, obyektə öz şəxsi vəsaitləri hesabına 200 min manatdan artıq yatırım ediblər. Buna baxmayaraq, şirkət rəhbərliyi təmir xərclərini 10 200 manat kimi hesablayıb, üzərinə 7000 manat tarsovka pulu əlavə edərək onların hələ də borclu qaldığını bildirib.
Mirhəsən Elizadənin sözlərinə görə:
“Qıfılları dəyişiblər, içəri buraxmırlar. Daşınar əmlakımızın hamısını özününküləri kimi təqdim edirlər. Dəfələrlə danışığa getmişik, amma ‘əlindən nə gəlirsə et’ cavabı almışıq.”

İddia olunan hədə və zor tətbiqi

Şikayət məktubunda xüsusilə ciddi bir iddia da yer alır. Mirhəsən Əlizadə bildirir ki, məsələni mediada işıqlandıracağını dedikdən sonra şirkət rəhbəri İsfəndiyar Axundovun nəvəsi Azər tərəfindən ona qarşı kinayəli və təhqiramiz ifadələr işlədilib:
“Dedi ki, istəsən sənə daha yaxşı yol göstərim – get binadan özünü at aşağı, mənim üçün problem yoxdur.”
Şikayətçi həmçinin obyektindəki əmlakın çəkilişinə belə icazə verilmədiyini, zor tətbiq edilərək ərazidən uzaqlaşdırıldığını və bir daha ora buraxılmayacağı bildirildiyini deyir.
Qeyd olunur ki, bu iddialarla bağlı video və səs yazıları mövcuddur və aidiyyəti qurumlara təqdim ediləcək.

Redaksiyadan qeyd

BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacaq, aidiyyəti qurumların münasibətini oxuculara təqdim edəcəyik.


BİA.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:57

FAMİL BAĞIROV: 8 NOYABR – AZƏRBAYCANIN ZƏFƏR SALNAMƏSİ VƏ MİLLİ İRADƏNİN TƏNTƏNƏSİDİR

16:14

"TAPDIQ ƏLİBƏYLİ SÖZÜN GÖZU İLƏ" - YENİ KİTAB

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama