"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

17:11 6.03.2026 239
"Martın 5-də İranın Azərbaycan ərazisinə, Naxçıvana dronlarla hücum etməsi nə siyasi, nə də hərbi-əxlaqi kodekslərin heç birinə sığmır. Bu, birmənalı şəkildə pislənilən bir məsələdir. Ancaq bu gözlənilən məsələ idi, çünki iki gün bundan qabaq SEPAH generallarından biri, general Cabbari “Səhər” televiziyasına müsahibəsində Türkiyə və Azərbaycanı hədələmişdi".
Bu barədə Redaktor.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik Seymur Şeydayev bildirdi.
O qeyd etdi ki, “Səhər” SEPAH-a yaxın bir televiziyadır:
"O, yarandığı gündən Azərbaycana qarşı şər-böhtanlar yağdırmaqla  məşğuldur. Cabbarinin müsahibəsində də Türkiyə və Azərbaycanı dolayısı ilə hədələyərək bildirmişdi ki, guya düşmənlərinə dəstək verilərsə, ərazilər raket atəşinə tutula bilər. Halbuki Azərbaycan müharibənin ilk günlərindən etibarən və 12 günlük qarşıdurma dövründə də rəsmi şəkildə bəyan etmişdi ki, ölkə ərazisindən İrana qarşı hər hansı hücum məqsədilə istifadə olunmasına icazə verilməyəcək. Bu mövqe həm Xarici İşlər Nazirliyi, həm də cənab prezident tərəfindən müxtəlif görüş və brifinqlərdə açıq şəkildə ifadə olunmuşdu. Buna baxmayaraq, İran ərazisindən Azərbaycanın mülki infrastrukturuna kamikadze dronlarla hücum edilməsi Tehranının niyyətini açıq şəkildə ortaya qoydu".
Müsahibimiz bildirdi ki, hazırda İranda idarəetmə sistemində ciddi xaos müşahidə olunur:
"Müharibə başlayandan sonra ölkənin ali rəhbərliyində, o cümlədən yüksək rütbəli zabit və generallar arasında ardıcıl itkilər baş verir, yeni təyin olunan şəxslər barədə isə qısa müddət sonra ölüm xəbərləri yayılır. Bu isə idarəetmədə boşluğun və məxfi informasiyanın kənara sızmasının olduğunu göstərir. Eyni zamanda İran daxilində xarici qüvvələrlə əlaqəli qrupların mövcudluğu barədə iddialar da səslənir. Məsələn, Qüds qüvvələrinin komandanının həbs olunması da bu ehtimalları gücləndirir. Belə vəziyyətdə dövlət qurumları arasında koordinasiya zəifləyib və müxtəlif strukturların bəyanatları bir-birini təkzib edir. Birbaşa İranın ali dini liderinə tabe olan SEPAH lider öldükdən sonra faktiki olaraq müstəqil davranır və qəbul edilən qərarlar vahid idarəetmə çərçivəsində həyata keçirilmir. Bu səbəbdən region ölkələrinə qarşı raket zərbələri endirilməsi kimi addımlar atılır və sonradan müxtəlif izahlar verilir. Bəzən otellər və ya digər obyektlər vurularaq orada guya Amerika hərbçilərinin yerləşdiyi iddia edilir. Türkiyə istiqamətində də oxşar hadisə baş vermiş, lakin NATO qüvvələri raketi zərərsizləşdirmişdi. İran isə bu kimi hallarda məsuliyyəti üzərinə götürmür. Azərbaycana qarşı hücumdan sonra da rəsmi Tehran bunu təkzib edərək məsuliyyəti İsrailin üzərinə atmağa çalışdı. Halbuki İsrail də daxil olmaqla bir sıra dövlətlər Azərbaycana qarşı bu hücumu pislədi".
Polkovnikin fikrincə, SEPAH-ın davranışı müharibənin regiona yayılmasına yönəlmiş kimi görünür:
"Yəni belə bir yanaşma formalaşıb ki, əgər ölkə özü böhran yaşayırsa, münaqişə daha geniş coğrafiyaya yayılmalıdır. Bunun fonunda İran daxilində də gərginlik artır. Çoxmillətli tərkibə malik olan ölkədə müxtəlif etnik qruplar yaranmış vəziyyətdən istifadə etməyə çalışır. İraqdan kürd silahlı birləşmələrinin İran ərazisinə daxil olması barədə xəbərlər də yayılıb. Digər tərəfdən, ölkədə yaşayan milyonlarla Azərbaycan türkü faktoru da rəsmi Tehran üçün əlavə narahatlıq yaradır. Bütün bunlar göstərir ki, İranda idarəetmə sistemi zəifləyib və qurumlar arasında koordinasiya ciddi şəkildə pozulub".
Həmsöhbətimiz xatırlatdı ki, Azərbaycan Prezidenti dünyada İran səfirliyinə gedərək başsağlığı verən yeganə dövlət başçısıdır:
"Bu addım Azərbaycanın humanist mövqeyini və qonşuluq prinsiplərinə sadiqliyini nümayiş etdirirdi. Hətta bundan sonra İran tərəfinin xahişi ilə Livandakı səfirlik əməkdaşlarının evakuasiyası üçün də yardım göstərilmişdi. Buna baxmayaraq, qısa müddət sonra İran ərazisindən Azərbaycanın mülki obyektlərinə kamikadze dron hücumu həyata keçirildi. Bu isə heç bir hərbi-əxlaqi kodeksə sığmayan addım idi. Məhz buna görə də cənab prezidentimiz hadisəyə görə üzr istənilməli və günahkarların cəzalandırılmalı olduğunu vurğuladı".
Seymur Şeydayev vətəndaşları ayıq-sayıq olmağa çağıraraq bildirdi ki, təxribatlar təkcə hərbi sahədə deyil, ideoloji müstəvidə də baş verə bilər. Buna görə də cəmiyyət müxtəlif təxribat xarakterli çağırışlara uymamalı, baş verən proseslərə məsuliyyətlə yanaşmalıdır. Belə situasiyalarda müəyyən qüvvələr ictimai rəyi çaşdırmağa və gərginlik yaratmağa çalışa bilər. O vurğuladı ki, Azərbaycanın güclü ordusu, təhlükəsizlik orqanları var və onlar istənilən təxribatın qarşısını almağa qadirdirlər.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO