Ermənistan Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əməkdaşlığı azaltmağı və ya ondan çıxmağı planlaşdırmır.Publika.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev "İzvestiya"ya verdiyi açıqlamada bildirib.
"Xeyr, Ermənistan və MDB arasında əməkdaşlığı azaltmaq üçün heç bir plan yoxdur. İrəvan MDB ilə bir çox sahələrdə əlaqə saxlamaqda maraqlıdır: iqtisadi, əlbəttə ki, siyasi və humanitar. Hərbi-siyasi sahədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı bəzi şübhələri və çətinlikləri var. MDB-yə gəldikdə, heç bir sual yoxdur", - deyə o bildirib.