Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:12 9.04.2026 144
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Eldar Aslanov bildirib ki, tələbələrin hər gün dərsə gəlməsi və bütün dərslərin, yaxud mövzuların əyani tədrisi məcburi olmamalıdır. Onun sözlərinə görə, bəzi fənlərin mühazirələri məsafədən keçirilə bilər.
Bu fikirlər sosial şəbəkələrdəki təhsil qruplarında və səhifələrdə həftədə üç dəfə əyani dərs olması, iki gün isə distant formada davam etməsi məsələsini gündəmə gətirib.
Sözügedən qaydanın Azərbaycanda tətbiqi mümkündürmü?
Globalinfo.az-a danışan Əməkdar müəllim, sabiq deputat Sona Əliyevanın fikrincə, Eldar Aslanovun səsləndirdiyi fikir əslində gecikmiş reallıqdır:
“Dünyada universitetlər artıq çoxdan anlayıb ki, tələbəni hər gün auditoriyaya gətirməklə keyfiyyət əldə etmək mümkün deyil. Məqsəd öyrətmək, mütəxəssis hazırlamaqdır. Bu gün ABŞ-da, Avropada mühazirələrin böyük hissəsi ya onlayn keçirilir, ya da yazılıb tələbəyə verilir. Tələbə istədiyi vaxt baxır, təkrar edir, daha rahat mənimsəyir. Auditoriyaya isə daha çox müzakirə, praktika, interaktiv həll üçün gəlir. Yəni universitet mühazirə dinləmə yerindən çox, təcrübə və düşünmə mühitinə çevrilir. Biz bu səviyyəyə hələ çatmamışıq, amma potensial var. Pandemiya dövrü göstərdi ki, texniki olaraq biz bunu bacarırıq. Problem texnologiyada yox, sistemdədir, yəni qaydalar, nəzarət mexanizmi və yanaşma hələ oturuşmayıb”.
Əməkdar müəllimin sözlərinə görə, düzgün yanaşma tətbiq edilərsə, bu təklifin həyata keçirilməsi mümkündür:
Bakı şəhərində bu sistemi quran və həyata keçirən çox yaxşı kurslar artıq var. Nəzərə almaq lazımdır ki, hər şeyi distant etsək, keyfiyyət düşəcək. Tələbə ilə canlı təmas itəcək, nəzarət zəifləyəcək, təhsil formal xarakter alacaq. Amma düzgün balans qurulsa, əksinə, keyfiyyət arta bilər. Çünki onlayn mühit daha sakit, daha fərdi ehtiyaclara uyğunlaşdırıla bilən bir mühitdir. Deyildiyi kimi, mühazirə distant, müzakirə və praktika isə auditoriyada həyata keçirilə bilər. Lakin bütün mühazirələri də bura aid etmək doğru deyil. Belə bir sistem qurularsa, bu həm tələbəyə rahatlıq verir, həm də universiteti daha funksional edir”.
sona eliyeva

S.Əliyeva deyib ki, qabaqcıl universitetlər, MİT-dən Sinqapur Milli Universitetinə qədər bu modeli artıq onilliklərdir tətbiq edir:
“Lakin biz hibrid formaya keçmək istəsək, o zaman müəllim hansı komponentlərin onlayn, hansılarının isə əyani keçirilməsinin daha effektiv olduğunu yenidən düşünməlidir. Eyni zamanda, ali təhsil haqqında qanunvericiliyə uyğun tədris yükü normativləri yenidən nəzərdən keçirilməli, akkreditasiya tələbləri hibrid modelə uyğunlaşdırılmalıdır. Mən də düşünürəm ki, bu təklif doğru istiqamətdədir. Dünya bunu edir, elmi dəlillər bunu dəstəkləyir. Amma “bəzi mühazirələri distantlaşdıraq” deməklə effektiv hibrid sistemi qurmaq arasında böyük fərq var. Sistem üçün hazırlıq mütləqdir, texnoloji infrastruktur, müəllim inkişafı, qiymətləndirmə islahatı, bütün bunlar paralel getməsə, bu addım formal dəyişiklikdən ötəyə keçməyəcək. Onsuz da bu dəyişiklik qaçılmazdır, sadəcə, zaman məsələsidir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:20

İctimai rəy, media məsuliyyəti və HÜQUQİ REALLIĞ: DÖVLƏT MƏMURLARI ŞANTAJ OLUNUR...

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır