"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

20:48 10.02.2026 38
"Carlsberg Azerbaijan" 2025-ci il ərzində ölkə iqtisadiyyatına verdiyi töhfəni daha da artırıb. Belə ki, Şirkət ötən il dövlət büdcəsinə ümumilikdə 38,7 milyon manatdan artıq vergi və rüsüm ödənişi həyata keçirib. Bir sıra xarici və bazar amillərinin təsirinə baxmayaraq, Şirkət 2025-ci ildə müsbət inkişaf dinamikası nümayiş etdirmiş və satış həcmlərini 2024-cü illə müqayisədə 2,4% artıb.

Müasir ticarət kanalında (pərakəndə satış şəbəkələri) satışlar bazarda mövqelərin gücləndirilməsi, kommersiya proseslərinin standartlaşdırılması və milli pərakəndə satış şəbəkələri ilə tərəfdaşlıq təşəbbüslərinin inkişafı nəticəsində 11,1% artıb. HоReCa kanalında (otel, restoran və kafelər) satış həcmləri premium brendlər portfelinin genişləndirilməsi, satış fəaliyyətinin intensivləşdirilməsi və "Xırdalan" brendinin bazar mövqeyinin gücləndirilməsi hesabına 4,6% artıb. DIOT kanalında (pərakəndə satış məntəqələrində çəllək pivəsi) satışlar aktiv müştəri bazasının genişlənməsi nəticəsində 2024-cü illə müqayisədə 45,2% artıb. Eyni zamanda, ənənəvi ticarət kanalında (kiçik pərakəndə satış məntəqələri) satış həcmləri ötən illə müqayisədə 7,2% azalıb ki, bu da istehlakçı davranışının daha müasir satış formatlarına yönəlməsi və bazarda struktur dəyişiklikləri ilə əlaqələndirilir.

2025- ci ildə Carlsberg Azerbaijan məhsullarının Gürcüstana ixrac həcmi isə yüksək artım tempi nümayiş etdirib və 2024-cü illə müqayisədə 70% artıb
.

Brend portfeli davamlı inkişafdadır və uğurlu tərəfdaşlıqlar davam edir.

2025-ci ildə "Carlsberg Azerbaijan" brend portfelinin davamlı inkişafını təmin etməklə bazardakı mövqeyini möhkəmləndirib, hər bir brend öz seqmentində artımın mühüm hərəkətverici qüvvəsi olub. Aparıcı brend olan "Xırdalan"ın 2024-cü il ilə müqayisədə satış həcmlərində 10% artım qeydə alınıb, bazardakı lider mövqeyini bir daha təsdiqləyib.

"Xırdalan Premium Draft" məhsulu 2025-ci ildə Brüsseldə Beynəlxalq Dad İnstitutu tərəfindən təqdim olunan "Superior Taste Award" beynəlxalq mükafatını qazanması və ilin sonunda məhdud buraxılış olan "Xırdalan Winter Edition" seriyası premium seqmentin güclənməsini təmin edib. "Xırdalan 0.0" öz əhatə dairəsini Bakı İnvestisiya Günü, Bakı Marafonu, Azərbaycan Media Liqası ilə həyata keçirilən və AFFA ilə davam edən strateji tərəfdaşlıqlar vasitəsilə genişləndirib. "Carlsberg" premium brendi, CineMastercard kinoteatrlarında (Dəniz Mall və Gənclik Mall) təqdim etdiyi Carlsberg zalları və digər genişmiqyaslı brend aktivasiya tədbirləri sayəsində satış həcmini 22,2% artırıb. 

"Blanc 1664" brendi isə 2025-ci il ərzində satış həcmlərini 2024-cü illə müqaisədə 15,2% artırıb. Bu nəticə bir sıra məqsədyönlü kommunikasiya və brend imicini möhkəmləndirən tədbirlərlə dəstəklənib: bunlara "Stock In Stock Out" ilə birgə eksklüziv kapsul kolleksiyasının təqdimatı, Bakı Moda Həftəsi və Piano Festivalının rəsmi sponsoru kimi iştirak daxildir. 

"Tuborg" yenidən beynəlxalq "DREAM FEST" layihəsinin rəsmi tərəfdaşı olub, böyük ulduzların iştirakı ilə keçirilən tədbirlərdə fərqlənib və 2024-cü illə müqayisədə 16,8% artım nümayiş etdirib.

"Carlsberg Azerbaijan" Grimbergen abbatlığında yaranmış, pivəbişirmə sahəsində 900 ildən çox tarixə malik premium brend olan Belçika pivəsi "Grimbergen"i "Blonde" və "Blanche" olmaqla iki çeşiddə Azərbaycan bazarına təqdim edib."Carlsberg Azerbaijan" komandasına yenicə qoşulmağıma baxmayaraq əminliklə deyə bilərəm ki, Şirkət 2025-ci ili güclü biznes göstəriciləri və əhəmiyyətli strateji nailiyyətlərlə tamamlayıb. 

İlin əsas hadisəsi tərəfdaşlarımızla birgə İmişlidə “Promalt” pivəlik arpa emalı zavodunun açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimində iştirak etmək bizim üçün böyük şərəf idi.

Növbəti illərdə mənim əsas fokusum əldə edilmiş nəticələrdən irəli gələrək biznesin davamlı inkişafını təmin etmək, keyfiyyət, innovasiya və lokallaşdırmaya əlavə investisiyalar yatırmaq, həmçinin dövlət və sənaye tərəfdaşları ilə əməkdaşlığı möhkəmləndirərək həm Şirkətin, həm də ölkə iqtisadiyyatının dayanıqlı böyüməsini dəstəkləmək olacaq,” – Krasimir Lazarov, Carlsberg Azerbaijan-ın Baş direktoru qeyd edib.

Dayanıqlı inkişaf üçün "Birlikdə SIFIRA doğru və daha İrəli"Carlsberg Group-un "Birlikdə SIFIRA doğru və daha İrəli" qlobal dayanıqlılıq strategiyasının bir hissəsi olaraq, Şirkət ekoloji cəhətdən dayanıqlı texnologiyaların tətbiqinə istiqamətlənmiş təşəbbüslər, resursların səmərəli istifadəsi və yerli icmaların inkişafının dəstəklənməsi üzrə təşəbbüsləri davamlı şəkildə icra edir.
 
Son beş il ərzində (2021–2025) "Carlsberg Azerbaijan" su istehlakını 9%, istilik istehlakını 11% və CO₂ emissiyasını 9%azaldıb.
Bundan əlavə, 2025-ci il ərzində Şirkət "Xəzəri Qoruyaq!" ekoloji layihəsini fəal şəkildə dəstəkləyərək, Lənkəran, Astara, Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Sumqayıt və Bakı sahillərində təmizlik tədbirləri təşkil edib. Təşəbbüs çərçivəsində 23 hektardan çox ərazidə 5 tondan artıq tullantı toplanıb və təkrar emal edilib.

Xatırladaq ki, "Carlsberg Azerbaijan"ın pivə zavodu Bakı şəhərindən 10 kilometr məsafədə, Xırdalanda yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər işçi çalışır və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel biznesi) 3000-dən çox iş yeri təmin edilir. Zavodun inkişafına qoyulan investisiyaların ümumi həcmi 82 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Blanc 1664", "Grimbergen" və "Əfsanə" kimi brendlər daxildir.

 Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

21:56

Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində 5 saylı Magistral Yolların İstismarı MMC-nin rəisi Arif Abbasov KİMDİR...

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb