Yaslarla bağlı qadağalar geri qayıdır? – Artıq zamanı çatıb…

20:08 9.04.2025 429
Evlərdə keçirilən yas mərasimləri ilə bağlı zaman-zaman mənfi xəbərlər alırıq – ya kütləvi zəhərlənmələr olur, ya da eyvan çökür, insanlar xəsarət alırlar və sair. Pandemiya dövründə yas və toylar barədə qadağalar mövcud idi. Təbii olaraq, faciəvi hadisələr də olmurdu. Bu baxımdan, xüsusilə mərasimə gələn insanların sayını azaltmaq, süfrədə daha az qida məhsullarına yer vermək müzakirə obyektidir.
Yas mərasimləri ilə bağlı qadağalar yenidən tətbiq edilə bilərmi?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov məsələnin dəfələrlə müzakirə olunduğunu deyib:
cccCeyhun Məmmədov
“Bu gün Azərbaycanda həm yas, həm də toy mərasimləri əndazədən çıxıb. Təəssüf ki, məclislərimizdə israfçılıq baş alıb gedir. Bundan cəmiyyət də əziyyət çəkir. Düşünürəm, artıq yas və toy tədbirlərində israfçılığa son qoymağın zamanı gəlib. Bu, həm də ictimai sifarişidir. Ümid edirik, tezliklə bu istiqamətdə müəyyən dəyişikliklər və yanaşmalar görə biləcəyik”.
 İlahiyyatçı Ağa Hacıbəyli bildirib ki, insanların xoş niyyətlə toplanmasında qəbahət yoxdur:
aga
Ağa Hacıbəyli

“Peyğəmbərimiz yas məclisləri ilə bağlı öz tövsiyələrini verib. Xüsusən səhabəsinə, ona inanan dostlarına deyir ki, hüznlənmiş bir ailə varsa, dəstək olun, yükünü, dərdini yüngülləşdirin. 3 gün ərzində həmin evə dost-tanışların, qohum-əqrəbaların getməsi ziyarət ədəbini ortaya qoyur. İnsanlar mənəvi dəstəklə yanaşı, maddi yardım da edirlər. Amma pandemiya dövründə məclislər qanunlar çərçivəsində gerçəkləşdi. Günümüzdə isə israf həddindən artıq çoxalıb. Bəzi imkansız adamlar yas mərasimləri üçün aldıqları borcları illərlə ödəməyə çalışırlar. Onları çıxılmaz vəziyyətə salmağın nə mənası var? Önəmli olan məclislərdə Quran oxumaq, dua etmək, vəfat edən insanın adını gözəl xatirələrlə canlandırmaq, Allahdan əfv diləməkdir. Yaslarda baş verən faciəvi hadisələr isə nadir hallarda olur. Ümumiyyətlə, hamı öz məclisində daha təmiz qidalara yer vermək istəyər. Lakin hər kəs düşünməlidir ki, gördüyü işdən Allah razıdır, yoxsa yox? Başqalarının baxışı ilə həyat quran şəxslər heç vaxt insanları məmnun edə bilməyəcəklər. Bu, çətindir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir