HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:16 25.09.2026 19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının köklü şəkildə yenilənməsini nəzərdə tutan yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklər təkcə Müdafiə Nazirliyinin şəxsi heyətinin maaşlarının nəzərəçarpan dərəcədə artırılmasını deyil, həm də illərdir tətbiq olunan pensiya hesablanması mexanizminin tamamilə dəyişdirilməsini nəzərdə tutur.
Bəs bu qanun layihəsi qəbul edilərsə, mövcud sistemlə müqayisədə hərbçilərin həyatında nə dəyişəcək? Kimlər udacaq, yeni sistem hansı üstünlükləri gətirir?
"AzPolitika" hər iki sistemi müqayisəli şəkildə təhlil edir:
 Vəzifə maaşından "Rütbə maaşı" modelinə keçid
Hazırda qüvvədə olan qaydada hərbçilərin maaşının əsasını vəzifə maaşı təşkil edir. Rütbə maaşının ümumi gəlirdəki payı aşağı idi. Müxtəlif vergi və icbari ödənişlər tutulduqdan sonra ələ dəyən net məbləğ nisbətən aşağı qalırdı.
Yeni layihədə isə əmək haqqı strukturunda baza dəyişikliyi edilir: rütbə maaşının xüsusi çəkisi 70 faizə çatdırılır. Ən əsası, bütün vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra hərbi qulluqçuların xalis əməkhaqqı orta hesabla 22,8 faiz artacaq.
Pensiya hesablannması: "Təminat xərcliyi" ləğv edilir, "Sığorta kapitalı" gəlir
Hazırda qüvvədə olan qaydayə əsasən hərbçinin pensiyası onun sonuncu aldığı təminat xərcliyinin (maaş və xidmət əlavələrinin) müəyyən bir faizi kimi hesablanır. Bu sistemdə pensiya birbaşa dövlət tərəfindən hərbçi maaşlarına edilən artımlarla indeksasiya olunurdu.
Yeni layihəyə görə, pensiya məbləği ilə təminat xərcliyi arasındakı asılılıq tamamilə ləğv edilir. Hərbçilərə mülki şəxslərdə olduğu kimi, fərdi şəxsi hesablarında toplanmış pensiya kapitalı əsasında pensiya təyin olunacaq.
Pensiya əlavələri: Staj faizini sabit "Rütbə ödənişi" əvəzləyir
Hazırda qüvvədə olan qaydaya görə pensiyaya çıxan hərbçiyə xidmət stajına görə faizlə hesablanan pensiya əlavəsi verilirdi.
ƏtraflıAd - 00:05
Yeni layihədə isə qulluq stajına görə verilən faizli əlavə ləğv edilir. Bunun əvəzinə pensiyaya çıxan hərbçiyə daşıdığı hərbi rütbəyə görə müəyyən olunmuş sabit aylıq məbləğdə əlavə ödəniləcək. Yəni pensiyaçı həm topladığı kapitala görə pensiya, həm də rütbəsinə görə sabit ödəniş alacaq.
Pensiya yaşı: Xidmətdə olmanın son yaş həddi prinsipi
Hazırda qüvvədə olan qaydada əsas şərt minimum 25 il xidmət stajının tamamlanması idi (stajı bitən hərbçi yaşından asılı olmayaraq pensiyaya çıxa bilirdi).
Yeni layihədə nəzərdə tutulur ki, hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi doğrudan doğruya pensiya yaşı kimi müəyyən ediləcək. Bu dəyişiklik peşəkar kadrların orduda daha uzun müddət qalmasını həvəsləndirəcək. Xidmət müddəti uzandıqca hərbçinin rütbəsi və maaşı artacaq, bu da onun fərdi hesabındakı pensiya kapitalını və gələcək pensiyasını yüksəldəcək.
Kağız qovluqlarından "elektron pensiya"ya
Hazırda qüvvədə olan qaydadatərxis olunan hərbçi komissarlıqlar və kadrlar şöbəsindən xidmət illəri, təminat xərcliyi barədə kağız sənədlər toplayıb Sosial Müdafiə Fonduna təqdim etməli olurdu.
Yeni layihədə isə vahid sığorta-kapital sisteminə keçid sayəsində pensiya təyinatı tam avtomatlaşdırılacaq. Hərbçilərə pensiya proaktiv (elektron) qaydada, heç bir ünvana getmədən və sənəd toplamadan təyin ediləcək.
Müqayisəli cədvəl
GöstəriciHazırda qüvvədə olan sistemYeni təklif olunan sistem
Xalis əməkhaqqıMövcud tariflər üzrəVergilər çıxıldıqdan sonra orta 22,8% artım
Maaşın strukturuVəzifə maaşı üstünlük təşkil edirRütbə maaşı 70%-ə çatdırılır
Pensiyanın mənşəyiSon təminat xərcliyinin faiziFərdi hesabda toplanan pensiya kapitalı
Pensiya əlavəsiStaja görə faiz əlavəsiRütbə üzrə sabit aylıq məbləğ
Pensiya yaşıƏsasən minimum xidmət stajı (25 il)Rütbə üzrə xidmətdə olmanın son yaş həddi
SənədləşməKağız sənədlərin toplanmasıAvtomatik elektron (proaktiv) təyinat
Sonda qeyd edək ki, təklif olunan islahat iki mühüm strateji hədəfə xidmət edir: birincisi, Müdafiə Nazirliyinin şəxsi heyətinin xalis gəlirlərini dərhal 22,8% artırmaqla hərbi xidmətin sosial cəlbediciliyini yüksəltmək; ikincisi, pensiya təminatını mülki şəxslərdə olduğu kimi vahid sığorta-kapital prinsiplərinə uyğunlaşdırmaqla həm elektronlaşmanı təmin etmək, həm də təcrübəli hərbçilərin orduda daha uzun müddət xidmət etməsini stimullaşdırmaq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!