Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:19 30.07.2026 10
Carlsberg Group PepsiCo ilə strateji tərəfdaşlığını genişləndirir və yeni sazişə əsasən, 1 yanvar 2027-ci il tarixindən etibarən Azərbaycan Respublikasında PepsiCo-nun bottleri olacaq. Yeni strateji tərəfdaşlıq çərçivəsində Carlsberg Group PepsiCo-nun Azərbaycandakı alkoqolsuz içkilər portfelinin istehsalını, satışını və distribusiyasını öz üzərinə götürəcək.

Carlsberg-in Xırdalandakı istehsal müəssisəsinin əsaslı şəkildə yenidən qurulması və istehsal gücünün artırılması dövründə PepsiCo məhsul portfelinin istehsalı müvəqqəti olaraq hazırkı bottler olan Mars Overseas tərəfindən davam etdiriləcək. Yeni razılaşmanın qüvvəyə minməsi ilə Carlsberg və PepsiCo 15 bazarda bottler müqavilələrinə malik olacaq: Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Laos və Kamboca, həmçinin 2029-cu ildən Danimarka, Finlandiya, Estoniya, Latviya və Litva, 2027-ci ildən isə Azərbaycan.

Genişləndirilmiş tərəfdaşlıq Carlsberg Group və PepsiCo-nun Azərbaycanda uzunmüddətli artımı dəstəkləyən, genişləndirilə bilən və yerli bazarın tələblərinə uyğun içki istehsalı və distribusiya əməliyyatlarının qurulmasına dair ortaq öhdəliyini əks etdirir. Carlsberg Group-un İcraçı direktoru Yakob Aarup-Andersen qeyd edib: “PepsiCo ilə uzunmüddətli tərəfdaşlığımızın Azərbaycana da genişlənməsindən çox məmnunuq. Yeni razılaşma çərçivəsində PepsiCo-nun ikonik brendlərini ölkədəki güclü yerli pivə portfelimizə əlavə edəcəyik və Azərbaycan bazarındakı biznesimizi əhəmiyyətli dərəcədə böyüdəcəyik. Bu, istehlakçılara daha uyğun və çeşidli seçimlər təqdim etməyə imkan verəcək”.

“Bu tərəfdaşlıq şirkətimiz və əməkdaşlarımız üçün mühüm imkanlar yaradır. Həcmlərin təxminən iki dəfə artacağının gözlənilməsi, istehsal müəssisəmizə əhəmiyyətli investisiyaların planlaşdırılması və yeni iş yerlərinin yaradılması Carlsberg Azerbaijan-ın ölkənin aparıcı içki istehsalçılarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır”, — deyə Carlsberg Azerbaijan-ın baş direktoru Krasimir Lazarov əlavə edib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...