İrəvan və Tehran hərəkətə keçdi – Azərbaycanlı prezident hərbi yük maşınlarını dayandıracaq?

21:56 25.07.2024 371

İran və Ermənistan arasında silah tədarükü ilə bağlı məxfi müqavilə imzalandığına dair məlumatlar yayılıb. Müqavilə dəyərinin isə 500 milyon dollar olduğu iddia edilir.

“İran İnternational” razılaşmaya əsasən Tehranın İrəvanı kamikadze PUA-ları ilə təchiz etməsini nəzərdə tutduğunu yazıb. Ermənistan Müdafiə Nazirliyi iddiaları təkzib etsə də, sözügedən məlumat ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə azərbaycanlı Məsud Pezeşkianın İranda hakimiyyətə gəlməsindən sonra Tehranın İrəvanla bağlı siyasətində müəyyən dəyişikliklərin olacağı gözlənilirdi.

M.Pezeşkian İranın Ermənistana gizli-aşkar silah satışını əngəlləmək gücünə sahibdirmi?

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, İran-Azərbaycan münasibətlərində köklü dəyişikliyin olacağı gözlənilmir:

“Mən bunun olacağına inanmıram. Yenə də İran Prezidenti Məsud Pezeşkianın nələrsə edəcəyi gözlənilir. Amma iki ölkə arasında fundamental problemlər var. Bunun əsas səbəbi Tehranın Bakıya yanaşmasıdır.

İranın son üç ildə Azərbaycana təzyiq siyasəti effekt vermədi. Bunu başa düşən Tehran münasibətləri normallaşdırmağa çalışır. O ki qaldı İranla Ermənistanın 500 milyon dollar dəyərində silah müqaviləsi imzalamasına, bu barədə əvvəllər də xəbər vardı. Bu məlumatların doğru olma ehtimalı var. Tərəflər iddiaları rəsmi olaraq qəbul etməsə də, belə bir müqavilə imzalanmış ola bilər”.

Hərbi ekspert Emin Həsənli Globalinfo.az-a açıqlamasında bəzi böyük dövlətlərin Ermənistana dəstək verməsinə rəğmən, müharibənin Azərbaycanın qələbəsi ilə sonlandığını qeyd edib:

“İran, Fransa, Hindistan kimi ölkələr Ermənistanı silahlandırır. Bu qüvvələr səylərinə baxmayaraq heç nəyə nail ola bilməyəcək. İrəvan bu silahlanma ilə odla oynayır. Sual yaranır ki, həmin silahlar kimə qarşıdır: Türkiyə, yoxsa Azərbaycan? 500 milyon dollar kifayət qədər böyük məbləğdir. Ermənistan iqtisadiyyatı belə bir alışın həyata keçirilməsinə imkan verəcək səviyyədə deyil. Mümkündür ki, bu silahları məhz Qərbin ayırdığı yardımlarla əldə etməyə çalışır.

Diqqətçəkən digər məqam isə bu silahları istifadə edəcək kadrların olmamasıdır. Yəni silahlanma həyata keçirilsə də, onu istifadə edəcək adam yoxdur. Görünür, Ermənistan 44 günlük müharibənin nəticəsini unudub. Proses davam edərsə, xatırlamalı olacaq”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko