Əli Hüseynov: Yeni dövrün reallığı

22:17 4.07.2024 370
Əli Hüseynov: Yeni dövrün reallığı


Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov - Bu gün Azərbaycan dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan bir dövlət kimi təqdir olunur. Ölkəmiz sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri uğurla icra edilir. Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə Azərbaycan xalqının və dövlətinin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları əks etdirir.
20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı cənab İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmən tapdağında olan doğma Qarabağımız işğalından azad etdi. 2023-cü ilin sentyabrının 19-20-də isə uğurlu antiterror tədbirləri ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Ən nəhayət 2023-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.
XXI əsrin dünya liderləri arasında xüsusi yeri və mövqeyi olan, öz xalqına tarixi zəfərlər qazandırmış cənab İlham Əliyevin 2024-cü il fev­ralın 7-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil dövlətimiz Zəfərlərə doğru yeni və etibarlı təminat almışdır. Bu mənada xalqımız və ölkəmiz 7 fevral 2024-cü ilin prezident seçkiləri ilə müstəqillik tariximizin indiyə qədərki möhtəşəm tarixi inkişaf yoluna yekun vurmuş və daha böyük inkişafın geniş üfüqlərini nümayiş et­dirən yeni dövrə qədəm qoymuşdur. Azərbaycan Respublikasına uğurla rəhbərlik edən, ölkəmizi və xalqımızı yeni tarixi inkişaf mərhələsinə çatdırmış, 7 fevral seçkilərində qazandığı möhtəşəm qələbə ilə tariximizə silinməz izlər salmış, 20 illik inkişafın möhtəşəm hesabatını təqdim edən Prezident İlham Əliyev həm də daha böyük gələcəyə təminat verə bilən lider olduğunu da təsdiqləmişdir.
7 fevral 2024-cü il seçkilərində qazanılmış tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin daha böyük gələcəyə çağırışlarını ifadə edən manifestidir. Bu, müstəqil dövlətçilik manifestinin ideya müəllifi uzaqgörən dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev, baş qəhrəmanı isə müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Bütün bunlara görə 7 fevral 2024-cü il prezident seçkiləri müstəqillik tariximizin möhtəşəm yekunu, yeni tarixi dönəmin başlanğıcıdır. Dünyanın gözü qarşısında 7 fevral seçkilərində mühüm tarixi qələbə qazanmış Azərbaycan xalqı böyük qürur hissi ilə cənab İlham Əliyevə səs verməklə özünün yeni zəfərlər vəd edən daha böyük gələcəyinə səs verdi. Vətən müharibəsindən sonra keçirilən ilk seçkidə-Zəfər seçkisində iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 200 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisə oldu. Prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə yazıldı. Xalqımız 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdi və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici kimi səsverməyə qatıldılar. İllərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə – yəni Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkilərinin qüruru yaşandı. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq.
Nəticə etibarı ilə, Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı haqq səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi. Beləliklə, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq, həmişə olduğu kimi dövlətimiz və xalqımız hər zaman qalib kimi bütün dünyaya səs salacaq.
Hələ cari ilin yanvar ayının 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Prezident seçkilərinin zərurətini şərh edərkən ölkənin ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun tam bərqərar olunması fonunda keyfiyyət və mahiyyətcə yeni dövrün anonsunu vermişdir. Məhz belə bir dönəmdə və şəraitdə ölkəmizdə Prezident seçiklərindən sonra Milli Məclisə seçkilərin keçirilməsi zərurətə çevrilib. İlk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində parlament seçkilərinin keçirilməsi Konstitusiyanın 54-56 və 71-ci maddələrinə müvafiq olaraq, vətəndaşların dövlətin idarə olunmasında və cəmiyyətin siyasi həyatında maneəsiz iştirak, dövlət orqanlarına seçmək və seçilmək hüququnun qanunverici hakimiyyətə seçkilər fonunda təmin olunmasıdır. Bu mənada bütün ölkə ərazisində keçirilmiş ilk prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması tarixi-siyasi zərurətə çevrilib. Milli Məclisə təklif edilən növbədənkənar seçkilər nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər fiziki olaraq Qarabağ və  Şərqi Zəngəzuru da əhatələyəcək və həmin bölgəni təmsil edən deputatlar məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Məsələni zərurətə çevirən digər amil isə ölkədə Parlament seçkilərinin Azərbaycan tarixinin ən irimiqyaslı tədbirə (COP 29) ev sahibliyi etməsi ilə üst-üstə düşməsi ilə bağlıdır.
Bu səbəblərə görə cari ilin iyun ayının 20-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilmiş və bu iclasda VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət barədə qərarın yekdilliklə qəbul edilməsi yeni geosiyasi reallığın və ölkəmizin qədəm qoyduğu keyfiyyətcə yeni inkişaf mərhələsinin tələbidir.
Qeyd edək ki, cari ilin iyun ayının 28-də Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq  Sərəncamı ilə 1 sentyabr 2024-cü il tarixində ölkəmizdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkiləri keçiriləcəkdir.
Azərbaycan Milli Məclisinə sonuncu seçkilər də növbədənkənar olmaqla 2020-ci ilin fevral ayının 9-da keçirilib. Həmin seçkilər əsasında formalaşan altıncı çağırış Milli Məclis ötən müddət ərzində respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində, dövlət idarəetməsinin daha da təkmilləşdirilməsində yaxından iştirak edib, qanunvericilik fəaliyyətini həyata keçirməklə, üzərinə düşən vəzifələri yerinə yetirib. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrə uyğun olaraq bu dövrdə parlamentin qanunyaratma və qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyəsində qurulması yolunda lazımi addımlar atılıb. Milli Məclis islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsinə layiqli töhfələr verib.
Heç şübhə yoxdur ki, bu il keçiriləcək seçkilərdən sonra da formalaşacaq Milli Məclis ölkəmizin hər tərəfli, ümumi inkişafına öz layiqli töhfəsini verəcəkdir. Bütün mütərəqqi tərəfləri ilə yanaşı, növbədənkənar parlament seçkiləri yeni dövrün reallığı olmaqla yanaşı ölkəmizdə demokratiyanın növbəti təntənəsi kimi də şanlı tariximizdə öz yerini tutacaqdır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi