Azərbaycan polisinin dövlətçilik mövqeyi daim qətiyyətli və sarsılmazdır

20:44 27.06.2024 316
İyulun 2-də müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 106 yaşı tamam olur. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Ölkənin ərazi bütövlüyünün qorunması, dövlət çevrilişinə cəhdlərin qarşısının alınması, ayrı-ayrı qeyri-qanuni silahlı dəstələrin ləğv edilməsi, narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə və digər dövlət və ümumxalq əhəmiyyətli məsələlərdə Azərbaycan polisi daim öndə olub, öz vəzifəsini peşəkarcasına yerinə yetirib.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçib. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərib. Dahi rəhbərin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə orqanlarının işində dönüş yaranıb, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə qarşı mübarizə gücləndirilib.

Bu gün Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr vermək əzmindədir.

Azərbaycan polisi dövlətini, dövlətçiliyini qoruyur. Yeri gələndə bu müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə yüksəlmək şücaətindədir. O, yeri gələndə ölüm təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan qəhrəmanlar qədər qüdrətlidir. 2015-ci ildə paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın zamanı 4 nəfəri xilas edən baş serjant Orxan Əzimin qucağında körpə uşaq olan fotosu dünya KİV-lərində “Qəhrəman polis” altyazısı ilə dərc olundu. Qanlı 20 Yanvar faciəsində ilk şəhid polis əməkdaşı Telman Bağırov olub. Azərbaycan polisi birinci Qarabağ müharibəsində sıralarından 1695 nəfər şəhid verib, 1710 nəfər yaralanıb, 66 nəfər polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində daxili işlər orqanlarının 99 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2650 nəfər xəsarət alıb. Bu statistik rəqəmlərin arxasında yanan və sönən ürəklər, vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin şəxsiyyəti durur.

Azərbaycan polisinin gücündən, zəhmətindən bəhs ederkən, koronavirusla mübarizədə göstərdiyi xidmətlərindən söz açmasaq olmaz. Pandemiya ilə mübarizədə  görülən işlər, atılan addımlar, qabaqlayıcı tədbirlərin effektivliyi ilk növbədə Daxili İşlər Nazirliyinin virusla mübarizəyə operativ şəkildə səfərbər edilməsi ilə özünü büruzə verdi. Çünki pandemiyanın mövcud olduğu ilk günlərdən xüsusi karantin rejiminin qaydalarına tam şəkildə əməl olunmasını nəzarətdə saxlamaq Daxili İşlər Nazirliyinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, Azərbaycan polislərinə həvalə olunub.

Azərbaycan polisi belə bir kritik dönəmdə də insanların təcrid olunmasına, onların karantin rejiminə lazımi səviyyədə əməl etməsinə görə cavabdehlik daşıyır.  Paytaxt küçələrində gördüyümüz polis əməkdaşları bizi məhz virusa yoluxdurucaq əməllərdən qorumağa, mümkün qədər uzaq tutmağa çalışırdı. Onlar qoruyucu tibbi maskalardan istifadə etməyimizə, sosial məsafəni qoruyub saxlamağımıza, küçəyə çıxmaq üçün icazəmizin olub-olmamasına, kütləvi şəkildə toplaşmamağa, ölkədə asayişin təmin edilməsinə nəzarət edirdilər.

Karantin rejiminin tətbiq olunduğu müddətdə də Azərbaycan polisi kifayət qədər nizam-intizam, qanunun tələblərini gözləyərək vəzifə borcunu yerinə yetirdi. Bu ağır günlərdə Azərbaycan xalqının bir hissəsi olan polis işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Bununla yanaşı, Azərbaycan polisi özünün humanizmindən də qalmadı. Bəzi hallarda ciddi ehtiyac duyanlara kömək əli uzadıldı.

Etiraf edək ki, polis əməkdaşlarımız öz işlərinə məsuliyyətsiz, laqeyd yanaşsaydılar, vətəndaşların sağlamlığına, yoluxmanın artmasına əhəmiyyət verməsəydilər Azərbaycanda koronavirus qurbanlarının sayı Çinin Uhan şəhərini də keçəcəkdi. Əlbəttə, biz vətəndaşlar gecə-gündüz, istidə-soyuqda paytaxt küçələrində, avtobuslarda, metro stansiyalarında çalışan polislərin əməyinə düzgün qiymət verməli, onların zəhmətini itirməməliyik. Birmənalı olaraq deməliyik ki, pandemiyanın ilk günlərindən polislərimiz də həkimlərimiz qədər fədakarlıq göstəriblər. Necə deyərlər, “mənim polisim məni qoruyur!” Bu, həmişə belə olub və belə də olacaq!

2020-ci ilin payızını Azərbaycan polisinin imtahan dönəmi də adlandıra bilərik. Belə ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları cəbhədə bir düşmənə qarşı döyüşürdüsə, polis əməkdaşları eyni anda ikinci bir düşmənlə mübarizə aparırdı. Söhbət COVID-19 virusundan gedir. Gözlə görünməyən bu düşmən hər yerdə idi. Qürurla deyə bilərik ki, bu imtahandan da asayiş keşikçilərimiz üzüağ çıxdılar.

Qeyd etmək yerinə düşər ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Vətən müharibəsinin gedişində Fizuli şəhəri daxil olmaqla rayonun Qoçəhmədli,Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Bu şanlı qələbədə Fizuli rayon polisinin də əməyini qeyd etmək yerinə düşər. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Fizulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Bir-birinin ardınca azad olunan rayonlarımıza, kəndlərimizə ilk ayaq basanların, o torpaqlarda bayrağımızı dalğalandıran oğullarımızın arasında Daxili İşlər Nazirliyinin şəxsi heyəti də var idi. Ağır döyüşlərdə onlardan 66 nəfər şəhid oldular. 346 hərbi qulluqçu yaralandı, 4 nəfər Vətən müharibəsi qəhrəmanı adına layiq görüldü. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Ali dövlət mükafatları ilə təltif edilənlər arasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi.

Müharibə zamanı və post-müharibə dönəmində Daxili İşlər Nazirliyinin əməkdaşları bütün şəhər və kəndlərimizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqdadır. Bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşür. Bir sözlə polis və hərbi qulluqçular işğaldan azad edilmiş ərazilərdə öz xidmətlərini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi möhkəmləndirirlər. Təmkinli, cəsur, daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir. Otuz ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Sevindirici haldır ki, artıq həmin şəhər və rayonlarımızda polis əməkdaşları illərdir həsrətində olduqları ərazilərdə xidmət aparırlar. Bu gün əsasən məqsədlərindən biri vətəndaş məmnunluğunu təmin etmək olan Azərbaycan polisi cəmiyyətin hər bir üzvünün güvənc yeri, əminliklə kürəyini söykədiyi bir dayaqdır. Azərbaycan polisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin tərəqqisinə, inkişafına layiqli töhfələr vermək üçün bu gün də yorulmadan, ayıq-sayıq dövlətə və dövlətçiliyə xidmət edir.

Azərbaycan polisi torpaqlarımızın müdafiəsi, cinayətkarlığın səviyyəsinin azalması, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, transmilli mütəşəkkil cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili və digər yönümlərdə şərəflə çalışmış, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirmişdir. Taleyüklü anlarda – dövlətin, xalqın, vətəndaşın maraqları tələb edən zamanda polisin həyatını riskə ataraq böyük rəşadət və qəhrəmanlıqlar nümayiş etdirdiyinin, hətta canından belə keçdiyinin dəfələrlə şahidi olmuşuq. “Mənim polisim məni qoruyur” deyimi də bu gün tam həqiqi mahiyyəti ilə qəbul edilir. Azərbaycanda ictimai asayiş, təhlükəsizlik etibarlı qorunur və onu heç bir qüvvə təhdid etmək gücündə deyil.

Azərbaycanda hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır. Əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar. Bütün bunlara görə Azərbaycan polisi, təbii ki, qürurludur. Bu qürur onu daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Biz öz polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Azərbaycan polisi dövlətə, xalqa, Ali Baş Komandanına sədaqətlə xidmətdə bir örnək sərgiləyir.Azərbaycan polisinin böyük inkişaf yolu keçərək dövlətçiliyimizin möhkəmlənməsi uğrunda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ictimai asayişi və sabitliyi qorumaq naminə qarşıya çıxan çətinliklərə inamla sinə gərir. Bu gün Azərbaycan polisi həm də vətəndaş kimi həyatın bütün sahələrində ölkəmizin inkişafına töhfə verir. Azərbaycan polislərinə fəaliyyətlərində uğurlar arzulayır, onları daxili işlər orqanlarının 106 yaşı münasibətilə təbrik edirik!

Cəsarət Qasımov,
Beyləqan rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi

21:21

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

22:21

Netanyahu: Kim bizə zərər vermək istəsə, bunun əvəzini ağır ödəyəcək

21:05

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı? - Seymur Verdizadə yazır...

21:01

Şəhid qardaşının arvadını öldürən şəxsin cinayət işi istintaqa geri qaytarılıb

21:21

Masallıda davamlı inkişafda “yaşıl düşüncə” düşərgəsinin açılışı olub

09:40

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

01:34

Akademik İbrahim Cəfərovla bağlı Qazaxıstandan xoş xəbər

19:00

“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı

17:00

Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!

11:30

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

10:30

“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub

21:21

Zəngəzurda “həyəcan siqnalı”: əhali sığınacaqlara yığılır

21:09

Slovakiyadan Paris-2024 haqda: İyrənclik rəmzi...

21:06

Azərbaycana qarşı çağırış edən jurnalist həbs edildi

21:03

Pezeşkianın andiçməsinə Azərbaycandan onlar qatılacaq – Siyahı

22:57

Eldar Quliyev–73. CIRAQ KİMİ ADAM - Sadəcə Eldar müəllim...

21:56

İrəvan və Tehran hərəkətə keçdi – Azərbaycanlı prezident hərbi yük maşınlarını dayandıracaq?

20:48

Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişmə

20:43

Ermənistanı məhv edərik! – Türk general elan etdi

22:12

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər - Ədliyyə naziri

22:09

Azərbaycanda bu məhsullar 2 manata qədər bahalaşacaq - AÇIQLAMA

01:06

Cinayətkarlıqla mübarizə - dövlətin sistemli fəaliyyəti

01:30

“Simpsonlar” bu dəfə Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı"

01:25

"Vəhdət Partiyasının parlamentdən kənar qalmasına razı ola bilmərik" - Vasif Əfəndiyev