Azərbaycan Prezidenti İƏT-in əmək nazirlərinin 5-ci konfransının iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

11:56 23.11.2023 3 767
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Musavat.com xəbər verir ki, mətndə deyilir:

"Hörmətli konfrans iştirakçıları!
Sizi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransının açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir və Təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin tərəfdarıdır. 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi etmişdir. Bugünkü konfrans da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə səylərin gücləndirilməsi baxımından böyük önəm daşıyır.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Təşkilatın səylərini davamlı olaraq dəstəkləyir. Qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, İslam birliyinin gücləndirilməsi olduqca vacibdir.
2023-cü il Azərbaycan üçün xüsusilə əlamətdar il oldu. Otuz il ərzində ərazilərimizdə mövcud olan “boz” zonanı aradan qaldıraraq və separatizmə son qoyaraq ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etdik, bununla da beynəlxalq hüququn və ədalətin təntənəsini özümüz təmin etdik.
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı otuz il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləmiş, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl şəkildə dəstəkləmişdir. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə minnətdarlığımızı bildiririk.
Təəssüflər olsun ki, işğal illərində şəhər və kəndlərimiz Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, mədəni və dini abidələrimiz məhv edilmişdir. Bundan başqa, Ermənistan işğal altında saxladığı ərazilərimizdə ilkin qiymətləndirmələrə görə bir milyona yaxın mina basdırmış, burada urbisid, kultursid və ekosid törətmişdir. Xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə-yeksan edərək yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir etmişlər. İslam Əməkdaşlıq Təşkilatı əvvəllər işğal altında olmuş ərazilərimizdə İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləmiş, məscidlərin təhqir olunmasını şiddətlə qınamışdır. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə və Təşkilatın Baş Katibliyinə bir daha təşəkkürümüzü bildiririk.
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, vacib infrastruktur layihələri həyata keçirilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq dədə-baba yurdlarına – Laçın və Füzuli şəhərlərinə, o cümlədən üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura geri dönməsi nəzərdə tutulur.
Əlamətdar haldır ki, on il əvvəl də Bakıda İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin konfransı keçirilmişdir. Burada qəbul edilən “Çərçivə sənədi”nə əsasən əmək, miqrasiya və sosial müdafiə sahələrində təcrübə mübadiləsinə dair gələcək prioritetlər müəyyən olunmuşdur. Konfrans çərçivəsində, mənzil-qərargahı Bakıda olmaqla İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşəbbüsü tərəfimdən irəli sürülmüşdü və bu təşəbbüsü üzv ölkələr yekdilliklə dəstəkləmişlər. Ötən dövrdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Mərkəzin üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacağına əminəm.
Bugünkü tədbirin mövzusu innovativ həllərə, eyni zamanda əmək və məşğulluq xidmətlərinin rəqəmsallaşdırılmasına həsr edilib. Müzakirə olunacaq məsələlər hər bir ölkə, o cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülmüşdür. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılması sosial islahatlar proqramının əsas hədəflərindən biridir. Bu istiqamətdə “ASAN xidmət” modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı həyata keçirilmişdir.
Əmək, məşğulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platforması əhaliyə ciddi dəstək mexanizmini formalaşdırıb. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artmış, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşmüş, sosial ödənişlərdə dəfələrlə artımlar edilmişdir. Təkcə son dörd ildə qəbul edilmiş 4 sosial islahat paketi ilə əhalimizin 40%-i əhatə olunmuş, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə 2 dəfə artmışdır.
Əminəm ki, bugünkü konfrans İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsinin yeni imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacaq, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı çatdırır, konfransın işinə uğurlar diləyirəm".
10:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Musavat.com xəbər verir ki, müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov oxuyub.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu