12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyəti qənaətbəxşdir

15:04 5.10.2026 16

İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Füzuli rayonunda ekoloji təhlükəsizliyin təmin olunması, təbii ehtiyatların qiymətləndirilməsi, su resurslarının monitorinqi, meşəbərpa və yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, fauna və su bioresurslarının artırılması istiqamətində görülən işlər kompleks xarakter daşıyır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində həyata keçirdiyi tədbirlər sırasında Füzuli rayonuna aid işlərin xüsusi yeri vardır. Ərazidə yeraltı və yerüstü su ehtiyatlarının qiymətləndirilməsi, mineral-xammal ehtiyatlarının öyrənilməsi, geoekoloji və radioaktivlik şəraitinin araşdırılması, hidrometeoroloji müşahidələrin təşkili, meşə və yaşıllıq sahələrinin bərpası, fauna növlərinin reintroduksiyası istiqamətində mühüm addımlar atılıb.

Xüsusilə diqqətçəkən məqamlardan biri işğal dövründə dağıdılmış su infrastrukturunun və kəhriz sistemlərinin vəziyyətinin müəyyənləşdirilməsi, çaylar üzərində avtomat hidroloji stansiyaların quraşdırılması və əldə olunan məlumatların mütəmadi monitorinq edilməsidir. Bu tədbirlər azad edilmiş ərazilərin ekoloji vəziyyətinin sistemli şəkildə izlənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Füzuli rayonunda yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində də konkret işlər görülür. Füzuli şəhəri yaxınlığında 251,1 hektar ərazinin yaşıllaşdırma məqsədilə ayrılması, onun 60 hektarında torpaq hazırlığı işlərinin başa çatdırılması, növbəti əkin mövsümündə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsinin nəzərdə tutulması bunu göstərir.

Bununla yanaşı, Füzuli şəhərinin yeni Baş planında 22,47 hektar ərazidə Mərkəzi Parkın salınmasının nəzərdə tutulması şəhərin ekoloji mühitinin yaxşılaşdırılması və əhalinin istirahət imkanlarının genişləndirilməsi baxımından müsbət addımdır. Parkda müxtəlif ağac, dekorativ kol və çiçək növlərinin əkilməsi də şəhər mühitinin yaşıllaşdırılmasına xidmət edəcək.

Fauna və su bioresurslarının bərpası istiqamətində həyata keçirilən tədbirlər də diqqətəlayiqdir. Cəbrayıl ərazisinə ceyranların buraxılması, Füzuli və digər azad edilmiş rayonların çay və su anbarlarına yüz minlərlə balıq körpəsinin salınması ekosistemin təbii tarazlığının bərpasına yönəlmiş konkret layihələrdir.

Bütün bunlar göstərir ki, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyətini yalnız inzibati nəzarət çərçivəsində deyil, azad edilmiş ərazilərin ekoloji bərpası və Böyük Qayıdış prosesinin ekoloji təminatı baxımından qiymətləndirmək lazımdır. Mövcud məlumatlar əsasında idarənin fəaliyyətini qənaətbəxş hesab etmək mümkündür. Bununla belə, qarşıda daha böyük və uzunmüddətli vəzifələr dayanır. Əsas məsələ görülən işlərin davamlılığının təmin edilməsi, salınan meşə və yaşıllıqların qorunması, su ehtiyatlarının mütəmadi monitorinqi, təbii sərvətlərin istismarı zamanı ekoloji tələblərə ciddi əməl olunması və yeni məskunlaşan əhalinin ekoloji təhlükəsiz yaşayış mühitinin təmin edilməsidir.


Vüsal İbrahimli,
12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi.



Azerinform.az

 

Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko