Nəsimidə "Əcəmi Mall"ın üçüncü mərtəbəsi hansı icazə ilə tikilir? - VİDEO

13:14 30.06.2026 5

Paytaxtın mərkəzində aparılan tikinti işləri ciddi suallar doğurur

Bakı şəhərində qanunsuz tikintilərlə mübarizənin gücləndirildiyi, şəhərsalma və tikinti qaydalarına nəzarətin sərtləşdirildiyi barədə aidiyyəti dövlət qurumlarının mütəmadi açıqlamaları verilir. Rəsmi məlumatlarda vurğulanır ki, icazəsiz tikililərə qarşı operativ tədbirlər görülür, qanunvericiliyin tələbləri pozulduqda tikinti işləri dərhal dayandırılır və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.

Lakin paytaxtın mərkəzi rayonlarından biri olan Nəsimi rayonunda müşahidə edilən vəziyyət bu bəyanatlarla real mənzərə arasında müəyyən ziddiyyətlərin yaranmasına səbəb olur.

Söhbət Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən və ictimaiyyət arasında "Əcəmi Mall" kimi tanınan kommersiya obyektindən gedir.


Müşahidələr və redaksiyamıza təqdim olunan videogörüntülər göstərir ki, əvvəllər iki mərtəbədən ibarət olan binada hazırda üçüncü mərtəbənin inşası sürətlə davam etdirilir. Tikinti meydançasında fəhlələrin işlədiyi, tikinti materiallarının daşındığı və əlavə mərtəbənin konstruksiyalarının quraşdırıldığı açıq şəkildə görünür. Ən diqqətçəkən məqam isə odur ki, tikinti hazırda da fasiləsiz davam edir.

Bu isə istər-istəməz bir sıra ciddi suallar yaradır.

Əgər aparılan tikinti tam qanunidirsə, bəs bunun üçün verilmiş tikinti icazəsi haradadır? Layihə sənədləri mövcuddurmu? Dövlət ekspertizasından keçmiş layihə varmı? Obyektin konstruktiv dayanıqlılığı yenidən qiymətləndirilibmi? Mövcud binanın üzərinə əlavə mərtəbə tikilməsinə müvafiq dövlət qurumları tərəfindən razılıq verilibmi?

Yox əgər belə icazələr mövcud deyilsə, onda tikinti hansı əsasla aparılır?

Ən maraqlı məqam isə budur ki, tikinti şəhərin mərkəzində, insanların sıx hərəkət etdiyi ərazidə həyata keçirilir. Belə bir tikintinin aidiyyəti qurumların diqqətindən yayınması inandırıcı görünmür.

Bu səbəbdən ictimaiyyət haqlı olaraq soruşur:

Nəsimi Rayon İcra Hakimiyyəti bu tikintidən xəbərdardırmı?

Şəhərsalma və tikinti sahəsində nəzarəti həyata keçirən müvafiq dövlət qurumları obyektə baxış keçiriblərmi?

Əgər keçiriblərsə, niyə tikinti dayandırılmayıb?

Yox əgər tikinti tam qanuni hesab olunursa, bununla bağlı ictimaiyyətə niyə rəsmi məlumat verilmir?

Məsələ yalnız bir obyektin üzərinə əlavə mərtəbə tikilməsi ilə məhdudlaşmır. Burada söhbət qanunun aliliyinə münasibətdən gedir. Çünki eyni qaydalar bütün vətəndaşlar üçün tətbiq olunmalıdır. Sadə bir vətəndaş həyətində kiçik bir tikili inşa etmək istədikdə aylarla müxtəlif icazələr almağa məcbur qalırsa, şəhərin mərkəzində iri ticarət obyektinin üzərinə yeni mərtəbə əlavə olunarkən həmin prosedurların necə keçildiyi ictimaiyyət üçün tam aydın olmalıdır.

Ekspertlərin fikrincə, mövcud binaların üzərinə əlavə mərtəbələrin tikilməsi yalnız hüquqi deyil, həm də mühəndislik baxımından son dərəcə məsuliyyətli prosesdir. Binanın daşıyıcı konstruksiyalarının əlavə yükə davamlılığı xüsusi texniki rəylərlə təsdiqlənməlidir. Əks halda, gələcəkdə həm obyekt istifadəçiləri, həm də ətraf ərazilərdə yaşayan insanlar üçün təhlükə yarana bilər.

Bu baxımdan "Əcəmi Mall" ətrafında yaranmış vəziyyətin aidiyyəti dövlət qurumları tərəfindən operativ araşdırılması vacib görünür.

İctimai maraq doğuran bu məsələ ilə bağlı aşağıdakı suallar cavab gözləyir:

"Əcəmi Mall"ın üçüncü mərtəbəsinin tikintisinə rəsmi icazə verilibmi? Tikinti layihəsi hansı dövlət qurumu tərəfindən təsdiq edilib?

Ümid edirik ki, aidiyyəti dövlət qurumları bu məsələni araşdıracaq, obyektiv mövqe ortaya qoyacaq və cəmiyyətin haqlı suallarına rəsmi cavab verəcəklər. Çünki qanunun aliliyi yalnız sənədlərdə deyil, praktikada da öz əksini tapmalıdır. Əks halda, paytaxtın mərkəzində göz önündə aparılan belə tikintilər cəmiyyətdə "qanun hamı üçün eynidirmi?" sualını daha da aktuallaşdıracaq.

Qeyd: Redaksiya mövzu ilə bağlı adıçəkilən obyektin sahibi və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırdır. Onların təqdim edəcəyi hər hansı rəsmi açıqlama və ya mövqe olduğu təqdirdə, dəyişdirilmədən və tam həcmdə oxuculara çatdırılacaq.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO