Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində NƏ BAŞ VERİR: İdarə rəisi Qumru Məmmədovaya qarşı qərəzli hücumların PƏRDƏARXASI...

17:00 13.05.2026 4

Müasir dövrdə informasiya cəmiyyətin ən güclü silahlarından biridir. Kütləvi informasiya vasitələrinin əsas missiyası isə cəmiyyəti düzgün, obyektiv və qərəzsiz məlumatlandırmaqdan ibarətdir. Təəssüf doğuran haldır ki, son illər bəzi media qurumları və özünü “jurnalist” adlandıran şəxslər peşə etikası və vicdan anlayışını bir kənara qoyaraq sensasiya xatirinə insanların şərəf və ləyaqətini hədəfə almağı adi hala çeviriblər. Araşdırma aparmadan, faktlara söykənmədən, qərəzli və sifarişli yazılar dərc etmək artıq müəyyən dairələrin fəaliyyət üsuluna çevrilib.
Belə hallardan biri də Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədovanın ətrafında süni şəkildə yaradılmağa çalışılan əsassız ittihamlar və böhtan kampaniyalarıdır. Diqqətlə nəzər yetirdikdə açıq şəkildə görünür ki, bu yazılar obyektiv araşdırmanın deyil, şəxsi maraqların, qərəzin və müəyyən “kənar əllərin” məhsuludur. Həqiqəti görmək üçün xüsusi alim olmağa ehtiyac yoxdur — hər şey gün kimi aydındır.
Əgər jurnalistika həqiqətən də obyektivlikdən bəhs edirsə, niyə bəziləri əyriyə düz, düzə isə əyri deyir? Əgər qərəzsizlikdən danışılırsa, onda niyə bir insanın illərlə qazandığı nüfuz və etibar məqsədli şəkildə kölgə altına alınmağa çalışılır? Bu suallar cəmiyyət tərəfindən də haqlı olaraq səsləndirilir.
Təəssüf ki, uzun illərdir eyni mövzuları təkrar edən, köhnə və əsassız iddiaları yenidən gündəmə gətirməyə çalışan bəzi “media nümayəndələri” bu günə qədər ortaya bir ciddi fakt və ya hüquqi əsas qoya bilməyiblər. Əksinə, yayılan məlumatların bir çoxu böhtan və iftira xarakteri daşıdığı üçün hüquqi məsuliyyət doğura biləcək səviyyədədir. Unudulmamalıdır ki, insan şərəf və ləyaqəti hər bir qanunvericilikdə qorunan ali dəyərlərdəndir.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova isə fəaliyyət göstərdiyi bütün dövrlərdə öz peşəkarlığı, yüksək idarəçilik qabiliyyəti və insanlara münasibəti ilə seçilən ziyalı rəhbərlərdən biri kimi tanınıb. Onu tanıyanlar yaxşı bilirlər ki, Qumru xanım hər zaman dövlətinə, xalqına və gənclər və idman sahəsinə sədaqətlə xidmət etməyi həyat amalına çevirib. O, vəzifəyə sadəcə idarəetmə vasitəsi kimi deyil, cəmiyyətə xidmət missiyası kimi yanaşan insanlardandır.
Onun həyat yoluna nəzər saldıqda aydın görünür ki, bu uğurlar təsadüfən əldə olunmayıb. Sadədən mürəkkəbə, zəhmətdən nailiyyətə doğru pillə-pillə yüksələn Qumru xanım bütün bunlara yorulmaz fəaliyyəti, məsuliyyəti və əzmkarlığı hesabına nail olub. Gecəsini gündüzünə qataraq çalışan, gənclər və idman mühitində nizam-intizamın, keyfiyyətin və sağlam idarəçiliyin formalaşmasına töhfə verən bir rəhbərin bu şəkildə hədəfə alınması cəmiyyətdə də birmənalı qarşılanmır.
Bölgədə onu tanıyan hər kəs bir həqiqəti qəbul edir: Qumru Məmmədova insanlarla münasibətdə səmimiyyəti, kollektivə diqqəti və yüksək mənəvi keyfiyyətləri ilə seçilən rəhbərlər sırasındadır. Böyük-kiçik yeri bilməsi, mədəni davranışı və peşəkar idarəçilik xüsusiyyətləri ona həm kollektiv arasında, həm də ictimaiyyət içində hörmət qazandırıb.
Mübaliğəsiz demək olar ki, Qumru xanım fəaliyyətində hər zaman dövlətçilik prinsipini əsas tutub. O, Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərə və idman və gənclər sisteminin inkişafına xidmət etməyi özünün əsas vəzifəsi hesab edib. Belə insanların fəaliyyəti cəmiyyət üçün nümunədir. Çünki dövlətə sədaqətlə xidmət edən, gənc nəslin formalaşmasına töhfə verən ziyalılar bir xalqın mənəvi sütunları hesab olunur.
Ən təəssüf doğuran məqam isə bəzi şəxslərin qərəz naminə həqiqətləri görməzdən gəlməsidir. Görəsən niyə illərdir görülən işlərə, əldə olunan nailiyyətlərə göz yumulur? Niyə qarışqadan fil düzəltmək müəyyən çevrələrin peşəsinə çevrilib? Əslində cavab bəllidir: məqsəd həqiqəti üzə çıxarmaq yox, müəyyən maraqlara xidmət etməkdir.
Lakin cəmiyyət artıq belə sifarişli yazıları ayırd etməyi bacarır. İnsanlar yaxşı anlayırlar ki, əsassız ittihamlarla nüfuzlu şəxsləri gözdən salmaq cəhdləri nə jurnalistikadır, nə də ictimai maraqlara xidmət edir. Əksinə, bu cür yazılar media adına olan etimadı sarsıdır və peşəkar jurnalistikanın nüfuzuna zərbə vurur.
Bu gün Qumru Məmmədovanın haqqında müdafiə xarakterli fikirlər səsləndirmək kiminsə tapşırığı və ya marağı deyil. Bu, sadəcə haqqın yanında olmaq, zəhməti qiymətləndirmək və böhtana qarşı həqiqəti müdafiə etmək mövqeyidir. Çünki cəmiyyət hər zaman yaxşı ilə pisi, doğru ilə yalanı ayırd etməyi bacarıb.
Unutmaq olmaz ki, insanın ən böyük qazancı xalqın sevgisi və dövlətin etimadıdır. Qumru xanım da məhz illər ərzində qazandığı bu etimad və hörmətlə seçilən ziyalılardandır. Ona qarşı aparılan qərəzli kampaniyalar isə nə onun fəaliyyətinə kölgə sala bilər, nə də insanların gözündə formalaşmış nüfuzu dəyişə bilər.
El arasında gözəl bir deyim var: “El gözü tərəzidir.” Bu tərəzi isə çoxdan öz hökmünü verib.

Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:00

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində NƏ BAŞ VERİR: İdarə rəisi Qumru Məmmədovaya qarşı qərəzli hücumların PƏRDƏARXASI...

15:05

"ALO DAYƏ"-nin “İş” vədi ilə qurulan TƏLƏ: qadınların ümidi necə istismar olunur? - VİDEO

11:56

VİCDAN SUSANDA - Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir- MÖVQE

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu