Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO
olke / tehlil
16:585.01.202630
Ötən ilin noyabr ayında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb və icra başçısının müavini Muradov Nadir Yədulla oğlu, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdir əvəzi Qafar Abdullayev (baş mütəxəssis) barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Daha sonra Qaradağ rayon icra başçısının köməkçisi Umudov Rəşad Həsən oğlu, icra hakimiyyətinin mütəxəssisi Nadirli Rəşad Sərdar oğlu və rayon icra hakimiyyəti başçısının Çeyildağ üzrə nümayəndəsinin müavini Şəmsiyev İsa Tofiq oğlu saxlanılıb və məhkəmənin qərarı ilə onlar haqqında ev dustaqlığı qətimkan tədbiri qərarı verilib.
2010 – cu ildən Qaradağ rayon İcra Hakimiyyətinə rəhbərlik edən Süleyman Mikayılov hələlik məsuliyyətdən kənarda qalıb. Illərdir saysız – hesabsız şikayətlərə və qanunsuz əməllərə baxmayaraq Mikayılovun cəzasız qalması cəmiyyətdə birmənalı qarşılanmır.
Paytaxt.org bildirir ki, Qaradağ rayonunda baş verən həbslərlə bağlı Reallıq.Tv Media qrupunun rəhbəri İkram Rəhimov sosial şəbəkədə maraqlı açıqlamalar verib. Tanınmış jurnalist bir sıra gizli məqamlara aydınlıq gətirməklə Qaradaağ rayon icra başçısının hansı fəaliyyətlə məşğul olduğuna və kimlər tərəfindən himayə olunduğuna aydınlıq gətirib. İkram bəy ilk olaraq illər öncə rəhbəri olduğu “Reallıq” qəzetində imzası ilə dərc olunmuş araşdırmalara diqqət çəkərək Süleyman Mikayılovun himayədarı Kəmaləddin Heydərovun kimliyi barədə qeyd edir: ”2004-cü ildə rəhbəri olduğum “Reallıq” qəzetində imzamla dərc olunmuş yazılarda dövlətə xəyanət maddəsi ilə hazırda həbsdə olan boz kardinal Ramiz Mehdiyev və onun şəbəkəsinin əsas siması Prezidentin keçmiş köməkçisi Əli Həsənov haqqında təkzibolunmaz faktları ictimailəşdirmişdim. Qəzetin eyni nömrələrində hazırda Fövqəladə Hallar naziri olan Kəmaləddin Heydərov və hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş baş nazirin keçmiş müavini Abbas Abbasovun gizli fəaliyyəti ilə bağlı geniş məlumatlar dərc olunmuşdu. Silsilə yazılar adıçəkilən şəxslərin narazılığına səbəb olmuşdu və onlar qəzetin fəaliyyətini dayandırmaq üçün o dövrdə fəaliyyətdə olan “Çap evi” mətbəəsinin rəhbəri Şahbaz Xuduoğluna, eləcədə qəzetlərin satışını təşkil edən MMC-lərə təzyiq edirdilər. Məcburiyyətdən biz mətbəənin adını qarışıq yazaraq texniki səhv kimi göstərir və təzyiqlərdən yayınmağa çalışırdıq. Həmin yazılardan məlum olurdu ki, adıçəkilən şəxslər Rusiya Xüsusi xidmət orqanları ilə çalışır. Lakin Ramiz Mehdiyev - Əli Həsənov cütlüyü ilə Kəmaləddin Heydərov şəbəkəsi Rusiyada eyni qurumlarla işbirliyində deyildilər. Illər sonra mənimlə Əli Həsənov arasında gərginləşən münasibət xəbər saytımın ölkədə girişinə qadağaların tətbiqinə səbəb oldu. Bu qanunsuz sifarişi ölkədə domen satışını təşkil edən “Delta Telekom”un rəhbıri Faiq adlı şəxs həyata keçirmişdi. Faiq Əli Həsənovun çox yaxını sayılırdı və məhkəmə qərarı olmadan özbaşınalıq edərək ölkədə müstəqil mediaya təzyiqlər edirdilər. Düzdür mübarizəmizi davam etdirdik və nəticədə qanunsuz bloklanma aradan qaldırıldı. Keçmiş köməkçi ilə görüş zamanı verdiyi təklifi geri çevirməyim yeni təzyiq dalğası ilə nəticələndi. Əli Həsənovun himayə etdiyi şəbəkənin Mətbuat Şurasında cəmləşən üzvləri özlərinə məxsus qara siyahıya rəhbəri olduğum media resursunun adını salmaqla fəaliyyətimi məhdudlaşdırmağa çalışdılar. O vaxt “Əli Həsənova AÇIQ Məktub – Siz dövlətə xəyanət edirsiz” başlıqlı yazıdan bir neçə saat sonra həbs olundum. Həbsim dövründə nələr yaşamışam bu gündə izləyicilər sosial şəbəkədən öyrənə bilərlər. Vacib olan odur ki, qanunsuz həbsim uzun çəkmədi, həqiqət üzə çıxdı və Əli Həsənov, Vüqar Səfərli kimilər cəzasız qalmadı”.
Daha sonra Fvqəladə Hallar naziri Kəmaləddin Heydərovun keçmişinə nəzər yetirən tanınmış jurnalist İkram Rəhimov 2004 –cü ildə rəhbəri olduğu qəzetdə yazılanlar barədə qeyd edir: O illərdə redaksiyamıza maraqlı və dövlət üçün əhəmiyyətli faktlar daxil oldu. Bizdə öz növbəmizdə araşdırma apardıq və faktları ictimaləşdirmək barədə qərar verdim. Kəmaləddin Heydərovun əsl kimliyinə aydınlıq gətirən faktları öz imzamla xalqın diqqətinə çatdırdım. Məlum oldu ki, Kəmaləddin Heydərov 1991 ci ildə Rusiyanın paytaxtı Moskvada Akademik Mİl küçəsində yaşadığı mənzildə həbs olunub. Bu barədə Rusiyanın “Qorodskaya Vesti” qəzeti açıqlama vermişdi. İndi o mətbu orqanın fəaliyyət gösərdiyi barədə məlumata sahib deyiləm. Heydərovun yaşadığı mənzildə aparılmış axtarışda küllü miqdara narkotik vasitə sayılan kokain istintaqçılar tərəfindən götürülmüşdü. Narkotik ticarətçisi kimi həbs olunan nazirimiz cəmi 3 ay həbsdə qalmışdı. Maraqlı tərəfi də ondan ibarət idi ki, Kəmaləddin Heydərovu xilas edən şəxs Ermənistanda Qeyri Hökümət təşkilatlarına rəhbərlik edən Makaryan olmuşdu. Rusiya Xüsusi Xidmət orqanlarının əsas adamlarından olan Makaryan Kəmaləddin Heydərovla yaxınlıq münasibəti bizim hüquq mühafizə orqanlarının diqqətindən yayınmamalıdır. Həmin yazılardan sonra hazırda Qaradağ rayon icra hakimiyyəti başçısı Süieyman Mikayılov bizə təzyiqlər etməyə başlamışdı. Lənkəran rayonuna yeni icra başçısı təyin olunan Mikayılovun təzyiqlərinə baxmayaraq faktları ictimaləşdirməkdən çəkinmədik. İndi hamı sual edir- müavini həbs olunan icra başçısı niyə cəzalandırılmır. Əslində haqlı sualdır və bir vaxtlar Lənkəranda, daha sonra Qaradağ icra hakimiyyətində müavin vəzifəsini tutan Nadir Muradovun rəhbərinin tapşırıqları əsasında qanunsuzluq etdiyinə şübhə yoxdur. Təsadüfi deyil ki, Süleyman Mikayılov Lənkəranda sahibi olduğu milyonluq obyektləri Nadir Muradovun qohumlarının adına rəsmiləşdirib. Onların yaxınlıq münasibətləri Qaradağda birgə işləməyinə necə səbəb olubsa, cinayət əməllərində də şərik olmaları araşdırılmalıdır. Aldığım məlumata görə hazırda həbsdə olan keçmiş müavin icra başçısına ismarişlər göndərib - əgər kömək olunmasa Lənkərandakı obyektlərdən əlini üz. Süleyman Mikayılovun Qaradağ rayonu ərazisində torpaq sahələrini köhnə sənədləri saxtalaşdıraraq satdığı gün kimi aydındır. Bizə müraciət edən vətəndaşların müraciətləri hazırda araşdırılır və rəhbəri olduğum Reallıq.TV yutub kanalında bu barədə geniş açıqlama olacaq. Mən ümid edirəm ki, Ramiz Mehdiyev-Əli Həsənov və Kəmaləddin Heydərov şəbəkəsi tam ifşa olunacaq, əməlləri ilə dövlətə xəyanət edənlər cəzalanacaq. Illər öncə yazdığımız həqiqətlərə görə Ramiz Mehdiyevin, Əli Həsənovun müdafiəsinə qalxanlar, o vaxt məni qınayanlar –İkram Rəhimovu tutun – deyənlər indi mediada ağalarını daş qalaq edirlər. Onların sifarişi ilə bizi həbsxanaya göndərənlər indi utanmadan özlərini dövlətsevən kimi qələmə verir qısa və yaramaz keçmişlərini xatırlamaq istəmirlər”.
Paytaxt.org bildirir ki, Reallıq.TV media qrupunun rəhbəri İkram Rəhimov sonda dövlət qurumlarına müraciət edərək Əli Həsənov, Kəmaləddin Heydərov və Süleyman Mikayılovla bağlı faktların ətraflı araşdırılmasını xahiş edib.
Xatırladaq ki, Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılovun himayə etdiyi və Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən faiqlər kimi bəzi iş adamları ətraf rayonlarda hektarlarla torpaq sahələrini zəbt ediblər. Ətraf rayon icra başçılarına zəng edərək həmin iş adamlarının toxunulmazlığını təmin edən Mikayılovun himayə etdiyi şəxslər barəd növbəti materialda geniş məlumat verəcəyik.