Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

11:26 27.11.2025 726

“Noyabrın 5-də, məhkəmə sədri elə məhkəmə zalındaca mənə deyir ki, Ramiz Mehdiyevin adını indi başqa cür hallandırırlar, Ramiz Mehdiyev nə edib ki? Ramiz Mehdiyev bu dövlətin qurucularından birincilərindəndir. Mən də Elçin Qurbanova dedim ki, Ramiz Mehdiyev belə dövlət qurandırsa, niyə dövlətə xəyanət edirdi?”

Bu sözləri Musavat.com-a iş adamı Novruz Gülməmmədov deyib.

İş adamının sözlərinə görə, məhkəmə prosesi bir çox hüquqi tələblərin pozulması fonunda aparılıb:

“Müdafiə tərəfinə kifayət qədər imkan tanınmayıb, ittiham tərəfinin təqdim etdiyi materiallar isə obyektiv araşdırılmayıb. Başlıca irad prosesə sədrlik edən hakimin qərəzli davranmasıdır. Hakim Elçin Qurbanovun davranışlarında açıq şəkildə tərəfkeşlik hiss olunurdu. Müdafiə tərəfinin sübutlarına nəzər salınmır, əvvəlcədən hazırlanmış bir ssenarinin icrası kimi proses aparılırdı. Həmin hakim əvvəllər də Ramiz Mehdiyevin himayə etdiyi şəxslərlə yaxınlığı ilə yadda qalıb. Bu əlaqələr nəticəsində mənə qarşı sifarişli hökm çıxarıldığını düşünürəm”.

Novruz Gülməmmədov iddia edir ki, məhkəmə sədri ilə yanaşı, Ekologiya Nazirliyinin sabiq departament rəisi Namiq Xıdırovun da bu prosesdə xüsusi rolu olub və məhz həmin dairələrin sifarişi ilə qərarın hazırlanmasına təzyiq göstərilib.

İş adamı bildirir ki, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına etdiyi müraciətlər də lazımi qaydada araşdırılmayıb. Onun sözlərinə görə, verdiyi ifadələr, təqdim etdiyi faktlar, səs yazıları və digər materiallar rəsmən qeydə alınsa da, prosesin gedişinə təsir etməyib:

“Mənim müraciətlərimi qəbul edən şəxslərin sonradan rayon məhkəmə sədri ilə əlaqəsi olduğu aydın oldu. Bəs bu adamlar kimə və nəyə arxalanır? Niyə bir vətəndaşın hüquqları bu qədər asan şəkildə tapdanır? Hökmdən əvvəl və sonra ortaya çıxan hallar aydın göstərir ki, proses obyektiv olmayıb”.

Novruz Gülməmmədovun sözlərinə görə, proses uzadılır, telefon zəngləri ilə müəyyən təzyiqlər edilir, məhkəmənin taleyi isə öncədən müəyyən edilirdi. Ölkə rəhbərliyinə ünvanlanan məktubda o qeyd edir:

“Mən adi vətəndaşam və heç kəsdən imtiyaz istəmirəm. Yalnız ona ümid edirəm ki, ölkənin rəhbəri qarşısında hüququ pozulan bir insanın səsi eşidilər. Heç bir məmura, heç bir dəstəyə söykənmirəm. Sadəcə ədalətli qərar istəyirəm”.
O həmçinin soruşur ki, AR Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə bağlı eyni məzmundan olan işlər üzrə indiyə qədər hansı qərarlar çıxarılıb və həmin işlərdə mövcud təcrübə nədən ibarətdir?

Novruz Gülməmmədov 25 noyabr 2025-ci il tarixli ayrıca müraciətində ölkə rəhbərliyindən xahiş edir ki, məsələ ilə bağlı obyektiv araşdırma aparılması üçün aidiyyəti qurumlara tapşırıq verilsin. O bildirir:

“Fuad Ələsgərovun qəbulunda mənə qarşı törədilmiş qanunsuzluqlar barədə geniş məlumat verdim. Lakin hələ də bəzi şəxslər məsuliyyətdən kənarda qalır.

Sizdən xahiş edirəm ki, müraciətim nəzarətə götürülsün və günahkar şəxslər barəsində ciddi tədbirlər görülsün”.

Gülməmmədov Novruzun müraciətləri Azərbaycan məhkəmə sistemində şəffaflıq və obyektivlik məsələlərinin aktuallığını bir daha təsdiqləyir. O, çıxarılan hökmün ləğv edilməsini, iş üzrə yenidən, tam və hərtərəfli araşdırma aparılmasını tələb edir.

Şikayətçi sonda vurğulayır:

“Bu ölkədə ədalət var və mən həmin ədalətə inanaraq müraciət edirəm”.

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq./Musavat.com/
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:36

Müasir düşüncə, yeni texnologiyalar, yeni hədəflər - Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva

12:26

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı