Son dövrlər ölkədə informasiya məkanında müşahidə olunan mənfi tendensiyalardan biri də bəzi kütləvi informasiya vasitələrinin (KİV) peşəkarlıq prinsiplərindən uzaqlaşaraq, qərəzli və sifarişli materiallara üstünlük verməsidir. Halbuki, jurnalistikanın əsas missiyası cəmiyyətə doğru, obyektiv və dolğun informasiya təqdim etməkdən ibarətdir. Təəssüf doğuran haldır ki, bəzi media nümayəndələri bu ali prinsipləri unudaraq, araşdırılmamış, əsassız və çox zaman böhtan xarakterli yazılarla ictimai rəyi manipulyasiya etməyə cəhd göstərirlər.
Xüsusilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sistemində çalışan və uzun illərdir peşəkarlığı ilə seçilən 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyev barədə yayılan qərəzli materiallar bu tendensiyanın bariz nümunəsidir. Bu yazılarda yer alan iddiaların əksəriyyətinin faktlara deyil, şayiə və təhriflərə əsaslandığı açıq şəkildə görünür.
Əslində, obyektiv yanaşma sərgiləyən istənilən media qurumu hər hansı bir məsələni işıqlandırarkən balansı qorumağı, qarşı tərəfin mövqeyini öyrənməyi və məlumatları yoxlamağı özünə borc bilməlidir. Lakin bəzi “jurnalistlər” bu prinsipləri gözardı edərək, eyni mövzunu dəfələrlə, heç bir yeni fakt ortaya qoymadan tirajlayır, cəmiyyətdə yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Bu isə artıq jurnalistika deyil, məqsədli qaralama kampaniyası təsiri bağışlayır.
Məzahir Əliyevi yaxından tanıyanlar onun fəaliyyətini, idarəçilik keyfiyyətlərini və insan kimi dəyərlərini çox yaxşı bilirlər. O, uzun illər ərzində müxtəlif vəzifələrdə çalışaraq zəhməti, peşəkarlığı və prinsipial mövqeyi ilə seçilmiş, sadədən aliyə doğru ardıcıl inkişaf yolu keçmişdir. Onun fəaliyyəti yalnız inzibati idarəetmə ilə məhdudlaşmır – o, həm də cəmiyyətlə sıx əlaqə saxlayan, problemlərin həllinə həssas yanaşan bir rəhbər kimi tanınır.
Məzahir Əliyevin əsas fərqləndirici xüsusiyyətlərindən biri onun işin “ağır tərəfindən yapışmaq” prinsipinə sadiqliyidir. O, çətinliklərdən yayınan deyil, əksinə, problemlərin həllində ön cəbhədə yer alan rəhbərlərdəndir. Bu keyfiyyət isə onu həm kollektiv arasında, həm də ictimaiyyət içində hörmətli və etibarlı şəxsə çevirib.
Onun haqqında yayılan böhtan xarakterli məlumatların hüquqi müstəvidə araşdırılması halında, bu iddiaların əsassızlığı tam şəkildə ortaya çıxa bilər. Bu cür materialları yayan şəxslər isə qanun qarşısında məsuliyyət daşıya bilərlər. Çünki hər bir vətəndaşın, xüsusilə də ictimai vəzifə daşıyan şəxsin şərəf və ləyaqətinin qorunması hüquqi baxımdan təmin olunmuşdur.
Cəmiyyət də artıq bu tip “məlumat hücumları”na qarşı kifayət qədər həssasdır. İnsanlar fərqindədir ki, bəzi yazılar konkret maraqlara xidmət edir və onların arxasında “kənar əl”in olması ehtimalı az deyil. Bu səbəbdən də belə materiallar çox zaman ictimaiyyət tərəfindən ciddi qəbul edilmir, əksinə, ikrah hissi ilə qarşılanır.
Bu gün Məzahir Əliyev haqqında yazmağa ehtiyac varmı? Əslində, onun gördüyü işlər, qazandığı nüfuz və cəmiyyət içində formalaşmış imici özü-özlüyündə ən böyük cavabdır. Lakin həqiqətin təhrif edildiyi məqamlarda susmaq da düzgün olmaz. Bu yazı məhz belə hallarda obyektiv mövqenin ifadəsi kimi dəyərləndirilməlidir.
Nəticə etibarilə, Məzahir Əliyev yalnız bir idarə rəhbəri deyil, həm də dövlətinə və xalqına xidmət etməyi həyat amalına çevirən bir ziyalı obrazıdır. Onun fəaliyyəti, həyat yolu və idarəçilik təcrübəsi bir çoxları üçün nümunə ola bilər. Qərəzli hücumlar isə nə qədər çox olsa da, həqiqətin üzərini örtmək iqtidarında deyil.
Həqiqət gec-tez öz yerini tutur. Və bu həqiqətlərin fonunda Məzahir Əliyevin adı peşəkarlıq, dürüstlük və xidmət anlayışları ilə yanaşı çəkilməyə davam edəcək.
Azerinform.az