Eldar Quliyev–73. CIRAQ KİMİ ADAM - Sadəcə Eldar müəllim...

22:57 26.07.2024 742
Qnun haqqında saatlarla, günlərlə danışmaq, yazmaq olar. Əziz oxucum, bu yazını sadə bir jurnalistin tanınmış bir vəzifəli şəxs barədə iltifatı, mədhiyyəsi, təmənnalı münasibəti kimi yox, uzun illər müşahidələrinin nəticəsi olan səmimi bir yazı kimi qəbul etməyinizi rica edirəm. O, zəngin təfəkkürünün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində həm öz peşəsini, həm də insanlıq zirvəsini fəth edib. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər. O, bir çoxunun dərdinə dərman, ürəyinə təpər, işinə yarayan, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən ziyalımızdır. Belə adamlarla ünsiyyətdə olanda onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olur. O, heç kəsə ağır söz deməz, yaraya köz basmaz. O, yaxşı bilir ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi-aləmini zədələyir.

Söhbət Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdən gedir. O Eldar Quliyevdən ki, sözünün qədir-qiymətini bilir. O Eldar Quliyevdən ki, sözü zərgər dəqiqliyi ilə seçir və onu hədəfə vurur. O Eldar Quliyevdən ki, sözünün ağasıdır. O Eldar Quliyevdən ki, sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçdikcə, zaman dəyişdikcə, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməzdir. Ona görə də Eldar müəllim daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir adamdır, adamlar adamı... 
QISA TANIŞLIQ

1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ticarətin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Vatikan Bonifasian Akademiyasının həqiqi üzvüdür. Roma şəhərinin fəxri alimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının «Qızıl ulduz» medalına və Atatürk beynəlxalq mükafatına, BMT-nin «Taclı xidmət» və «Avropa xidməti» ordenlərinə, Avropa Təbiət Elmləri Akademiyasının «Leybnis», «Senator ulduzu» və «Qızıl qartal» ordenlərinə layiq görülmüşdür. BMT-nin xoşməramlı səfiridir. 10-dan çox dərslik və monoqraqfiyanın, 100-dən artıq elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
Azərbaycan Ağsaqqallar Şurasının sədridir.
1973–1974-cü illərdə Ümumittifaq Əməyin Elmi Təşkili İnstitutunun Azərbaycan filialında iqtisadçı vəzifəsində işləmiş, 1974–1975-ci illərdə hərbi xidmət keçmişdir. 1975-ci ildən Bakı Şəhər Sənaye Malları Ticarəti İdarəsində əmtəəşünas, təsərrüfat hesablı univermağın direktoru, 1983-cü ildən ticarət idarəsinin direktor müavini, direktoru, 1987-ci ildən «Azərittifaq»ın Bakı Şəhər İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri, 1990-cı ildən «Azərittifaq»ın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. 1993-cü ildə «Azərittifaq»ın İdarə Heyətinin sədri seçilmişdir və indiyədək ictimai əsaslar ilə bu vəzifədə işləyir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektorudur.
Bitərəfdir.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çexiya, Əfqanıstan, Xorvatiya, Küveyt, Polşa, Serbiya, Sloveniya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 
Evlidir, 2 övladı var.

...Bəli, Eldar müəllim hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran adamdır. Bu çeviklik ona cəsarət, güc, şərəf verir. Həqiqətən Eldar müəllim sadə, təbii bir insandır. O da var ki, onun haqqında yazmaq, danışmaq çətindən də çətindir. Cünki Eldar müəllim haqqında deməyə söz həddən artıq çoxdur. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir simadır. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında cöxlarına örnək ola bilər.

...Burada bir haşiyə çıxmaq istəyirəm. Dahi şairimiz Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsindəki ibrətamiz faktlar diqqəti daha çox cəlb edir. Onun “Yeddi gözəl” poemasında Cin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir.
Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir. Lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir. Xeyiri bir kürd qızı xilas edir. Gözlərini isə qızın atası sağaldır. Xeyir bunların yanında qalaraq bir ailə kimi yaşayır. Kürd ona öz doğma övladı kimi münasibət göstərir, qızını da Xeyirə verərək bütün var-dövlətini onun sərəncamına verir. Xeyir, kürd və kürd qızı arasında olan münasibətlər təmənnasız olub, əsl xeyirxahlıq nümunələridir. Onların hər birinin xeyirxahlığı cavabsız qalmayıb, digəri tərəfindən yüksək qiymətləndirilir.
Xeyirin yaxşı işləri bununla bitmir. O, öz ölkəsinə qayıdarkən adına uyğun hərəkət edərək xəstə şah qızını sağaldır, heç bir təmənna güdmür. Ona var-dövlət təklif edən şaha Xeyir belə söyləyir:


Heç şeydə yox gözüm qoca dünyada,
Mənim verəcəyim dərman-dava da
Allah rizasına veriləcəkdir.

Mənfur Şərin isə əsərdə aqibəti öz xasiyyətinə uyğun olur, onun xəyanət üzərində qurulan səadəti heçə dönür, puç olur.

Hekayə şərin, zülmün uzun sürməyəcəyinə, xəyanətkar adamın gec-tez cəzaya çatacağına oxucunu inandırır. İnsan səadətinə yüksək qiymət verən şair xoşbəxtliyin qədrini bilməyi, insanlara bir-birinə arxa, dayaq olmağı, həyatı gözəlliklər və dünya nemətlərindən birlikdə faydalanmağı tövsiyə edir.
Hekayədə bir daha təsdiq olunur ki, xeyirxahlıq, yaxşılıq, düzlük, ədalət zərbələrə məruz qala bilər, əzilə bilər, lakin heç vaxt məhv edilə bilməz. Vicdanı pak, nəfsi təmiz olan insanlar heç vaxt xeyiri məhv etməyə qoymazlar. Bəşəriyyət həmişə insanlığa bəla kəsilmiş şərə qarşı mübarizə aparmalı, xeyirxahlığı, ədaləti yaşatmalı, şəri, zülmü məhv etməlidir.

Həmişə bu məsəli çəkəndə istər-istəməz Eldar Quliyevin həyatda etdiyi saysız-hesabsız yaxşılığı yada düşür. Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Eldar müəllimin əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Eldar Quliyev sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.

Bəli, Eldar müəllim kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayırlar… Eldar müəllim də bax beləcə ömür sürən ziyalılarımızdandır.  O, hədisiz dərəcədə sadə, alicənab, təvazökar insandır.
Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Eldar Quliyevin həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.

Eldar müəllim bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Eldar Quliyev etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara qarşı həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Eldar Quliyev işində həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Eldar müəllim saf əqidəsi və məsləki olan vəzifə sahibidir. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O, öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə həmkarlarından fərqlənən vəzifə sahibidir, xalq adamıdır, ən əsası agsaqqal-ziyalıdır.

Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Eldar Quliyevə aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Eldar Quliyevdir! Eldar müəllim həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.

Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Eldar müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir fikir nur kimi ətrafa yayılır: “İnsanlar, adam olun, bu Sizin birinci vəzifənizdir!”. Eldar müəllimin anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!

Bəli, Eldar Quliyev rahat həyat sürmək üçün kiməsə, nəyəsə əyilən deyil. Həm də var-dövlət toplamaq üçün. Cünki Eldar müəllimin həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalı - məmur olmagı nümayiş etdirir. O, bu zirvədə uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb, yaraşır və yaraşacaqdır...

***

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

...Bəli, Eldar müəllim nə qədər sadə, səmimi, alicənab adamdır. Bilmirəm, onun məmur-ziyalı kimi portretini az da olsa cıza bildimmi? Belə adamlar haqqında yazmaq həqiqətən cətindir. O, sözün həqiqi mənasında cıraq kimi adamdır. 

Bu günlər Eldar müəllimin dogum günüdür, 73 yaşı tamam olur. Eldar müəllim üçün ən böyük mükafat Azərbaycan xalqının və dövlətinin ona olan böyük etimadı, hörmət və rəğbətidir. Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevi – Vətənə, dövlətə, xalqa sarsılmaz sədaqəti ilə insanların sevgisini qazanan nüfuzlu millət vəkilini, öz şəxsiyyətində zəngin mənəvi dəyərləri birləşdirən müdrik ağsaqqalı, görkəmli elm xadimini və vətənpərvər ziyalını şərəf və vicdanla yaşadığı ömrünün 73-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, ona bu dünyanın ən gözəl neməti olan möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətində davamlı uğurlar arzulayırıq! 

Allah təaladan istəyimiz odur ki, Eldar Quliyev kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərd agsaqqallara ehtiyacı var. Tanrı Sizi qorusun, Eldar müəllim! Tanrı Türkü qorusun! Amin!!!

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi

21:21

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

22:21

Netanyahu: Kim bizə zərər vermək istəsə, bunun əvəzini ağır ödəyəcək

21:05

Polad Həşimovun oğlu niyə “avtoş” olmadı? - Seymur Verdizadə yazır...

21:01

Şəhid qardaşının arvadını öldürən şəxsin cinayət işi istintaqa geri qaytarılıb

21:21

Masallıda davamlı inkişafda “yaşıl düşüncə” düşərgəsinin açılışı olub

09:40

“Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

01:34

Akademik İbrahim Cəfərovla bağlı Qazaxıstandan xoş xəbər

19:00

“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı

17:00

Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində!

11:30

“Bakcell”in dəstəyi ilə qadınlar üçün İKT üzrə təlimlər başladı

10:30

“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub

21:21

Zəngəzurda “həyəcan siqnalı”: əhali sığınacaqlara yığılır

21:09

Slovakiyadan Paris-2024 haqda: İyrənclik rəmzi...

21:06

Azərbaycana qarşı çağırış edən jurnalist həbs edildi

21:03

Pezeşkianın andiçməsinə Azərbaycandan onlar qatılacaq – Siyahı

22:57

Eldar Quliyev–73. CIRAQ KİMİ ADAM - Sadəcə Eldar müəllim...

21:56

İrəvan və Tehran hərəkətə keçdi – Azərbaycanlı prezident hərbi yük maşınlarını dayandıracaq?

20:48

Yeni müharibə riski var: Bölgə təhlükə qarşısındadır – Kritik gəlişmə

20:43

Ermənistanı məhv edərik! – Türk general elan etdi

22:12

İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər - Ədliyyə naziri

22:09

Azərbaycanda bu məhsullar 2 manata qədər bahalaşacaq - AÇIQLAMA

01:06

Cinayətkarlıqla mübarizə - dövlətin sistemli fəaliyyəti

01:30

“Simpsonlar” bu dəfə Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı"

01:25

"Vəhdət Partiyasının parlamentdən kənar qalmasına razı ola bilmərik" - Vasif Əfəndiyev