Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - “Xəzər-balıq MMC” şirkətinin prezidenti Aydın Soltanov

00:11 25.05.2023 50

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “Xəzər-balıq MMC” şirkətinin prezidenti Aydın Soltanov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Xəzər-balıq MM” şirkətinin prezidenti Aydın Soltanov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir iş adamı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri iş adamını müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün ümumiyyətlə iş adamlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, “Xəzər-balıq MMC” şirkətinin prezidenti Aydın Soltanov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən iş adamlarındandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Aydın Soltanovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Aydın müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

“Xəzər-balıq MMC” şirkətinin prezidenti Aydın Soltanovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Aydın müəllimin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. “Xəzər-balıq MMC” şirkətinin prezidenti Aydın Soltanovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

P.S

"Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün artıq dünya ölkələri arasnda da söz sahiblərindən birinə çevrilmişdir. Bu il qədirbilən Azərbaycan xalqı özünün xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Qeyd olunmalıdır ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da ilk növbədə bu dahi şaxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir. Məlum olduğu kimi, Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyi ilk illər ərzində ölkəmizin üzləşdiyi daxili və xarici təhdidlər və bu səbəbdən xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-1992-ci illərdə ölkədə yaranmış vəziyyət elə bir böhran həddinə çatmışdı ki, artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Ən pisi də bu idi ki, həmin proqnozların reallaşması üçün ölkədə həqiqətən də son dərəcə təhlükəli bir zəmin artıq tam olaraq formalaşmışdı. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.”

Bunu Azerinform.az-a “Xəzər-balıq MMC” şirkətinin prezidenti Aydın Soltanov bildirib.

Şirkətin prezidenti deyib: "Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Ulu öndər hələ 1994-cü ildə, mart ayının 9-da Pekin İctimai Elmlər Akademiyasında etdiyi çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq demişdir: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Bu gün Azərbaycanın Avrasiya məkanında getdikcə daha çox aparıcı mövqelərə sahiblənməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərində artan rolu ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasının doğruluğunu bir daha nümayiş etdirir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır."

Aydın Soltanov sonda bildirib:"Ulu öndərin 1993-2003-cü illər ərzində həyata keçirdiyi daxili və xarici siyasət kursunun ən mühüm prioritet istiqamətlərindən biri də əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün möhkəm zəminin hazırlanması olub. Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın bu məqsədə nail olacağına bir an belə olsun şübhə etməmişdi. Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində söylədiyi nitqində Ulu Öndər demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” 2020-ci ilin noyabr ayının 10-da dahi liderin bu tarixi kəlamları həyata keçdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiya 2003-cü ildən etibarən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək milli birliyimizin daha da möhkəmlənməsinə öz misilsiz töhfəsini verdi. Torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi bunun ən bariz təcəssümü oldu. Əldə olunmuş tarixi Qələbə Heydər Əliyev milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli Liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi."

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

01:16

“Kapital Bank”KOR QUYUDUR: “UDDUĞU”pulu geri qaytarmır… – GİLEY

21:52

Sadəcə Bünyad müəllim...

23:21

Milli Məclisin yaz sessiyası başa çatdı - Növbədənkənar sessiya keçiriləcək

23:20

İsrail Prezidenti və xanımı İçərişəhərdə

23:18

“ABŞ yanınızda olacaq” - Baydendən Əliyevə məktub

03:15

Elnur Həsənov: "Müstəqilliyinin daimiliyini təmin edən Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayaraq tarixi Zəfəri şərtləndirən bütün amillərin mövcudluğunu təmin etdi"

22:41

Aidə İsmayılova: "İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli Liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi."

18:35

Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı

23:48

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda qarışıqlıq yaratmaq istəyənlərin başında kim dayanır - ACIQLAMA

21:11

Pensiya növbəsində ölən Qrişin – 18 il Moskvaya rəhbərlik etdi, yığdığı pul 18 aya çatmadı

08:31

Nar Cəlilabad Festivalında iştirak etdi!

23:04

Paşinyan həm sülh sazişindən danışır, həm də “Bakı-Xankəndi dialoqu”ndan dəm vurur

22:36

Elnur İsmayılov: "Əldə olunmuş tarixi Qələbə Heydər Əliyev milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi"

04:20

Əkin sahələrinin vaxtında suvarılması başlıca məqsəddir

03:53

İrəvanda etiraz aksiyası – Qarşıdurma yaşandı

02:43

İstedadlı və təşəbbüskar mədəniyyət ADAMI

22:12

Kamran Musayev: "İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk günlərdən insanlara qarşı mərhəmətli və humanist mövqe tutması danılmaz həqiqətdir"

21:21

Güloglan Əliyev: "Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır"

09:07

“Nar” 5G sürətini Sumqayıta gətirdi!

21:48

Hərbi vəzifəlilərin toplanışı barədə daha bir açıqlama

18:17

“Nar”ın tərəfdaşlıq etdiyi Baku Open 2023 Şahmat turnirinin qalibləri bəlli oldu

01:47

22 məktəb direktoru, 19 bağça müdiri işdən çıxarılıb - RƏSMİ

21:57

Seçkinin ən böyük sürprizi...

23:37

Adil Məmmədov: "Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu Cənab Prezident yerinə yetirdi"

19:55

Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib

19:51

“Nar” dan yeni xidmət: “İmzalı zəng”

03:52

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

03:51

Prezident və birinci xanım Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında

03:48

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Abşeron rayonunda qeyd edilmişdir

09:12

Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin 6 "a" sinif şagirdləri Heydər Əliyevin 100 illiyini qeyd etdilər - VİDEO/FOTO

00:04

Mehman Əliyev: "İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli Liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi."

23:28

Deputat Azərbaycanda imzalanan ən böyük əfv sərəncamından danışdı: "Bu, vətəndaşlar üçün şans yaradır"

09:33

“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır

00:49

Bakcell "Formula 1"in ən sürətli anlarını təqdim edir! - FOTO - VİDEO