Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı – “Ya müharibə, ya da…”

12:16 18.02.2025 317
Fevralın 14-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan arasında videoformat çərçivəsində keçirilən danışıqlar ictimaiyyətdə diqqət çəkib.

Danışıqlar zamanı iki ölkə arasında dövlət sərhədinin delimitasiyasının davam etdirilməsi razılaşdırılıb. Budəfəki prosesin Gürcüstandan İrana qədər aparılmasına qərar verilməsi isə Zəngəzur dəhlizinin açılacağına dair müzakirələri gücləndirib. Maraqlıdır ki, digər tərəfdən Ermənistanın kütləvi şəkildə silah aldığı, sərhəddə mövqelərini gücləndirdiyi və bununla da növbəti müharibəyə hazırlaşdığına dair məlumatlar yayılır. Paralel olaraq isə Baş nazir Nikol Paşinyan hökumətinin Bakının şərtləri ilə dəhlizin açılmasına şərait yaradacağı iddia olunur.

İki ölkə arasındakı sülh danışıqlarında vəziyyət nə yerdədir? Mövcud gedişata uyğun olaraq dəhlizin yaxın zamanda açılması nə dərəcədə real görünür?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan üçün yeganə xilas yolu regional kommunikasiyanın açılmasıdır və İrəvan da Azərbaycandan Naxçıvana maneəsiz keçidin verilməsinin qaçılmaz olduğunu anlayır:

“Sadəcə Ermənistan hakimiyyəti bu məsələdə öz maraqlarını müəyyən qədər də olsa təmin edə biləcəyi variantları qəbul etdirməyə çalışır. Məsələn, Mehridən keçəcək yoldan istifadə zamanı Azərbaycana gömrük rüsumlarında güzəşt edilməsi, təhlükəsizliyin onlayn qaydada təmin olunması və s. kimi təkliflər irəli sürür. Bütün bunların heç biri rəsmi Bakı üçün məqbul deyil. Fikrimcə, Ermənistanın hərbi arsenalını gücləndirməsi, müharibə, hazırlığ haqda yayılan məlumatlar da bundan qayanaqlanır”.

Asif0nerimanli 3 900x600 1
Asif Nərimanlı

Ekspertin sözlərin sözlərinə görə, İrəvanın burada iki mümkün hədəfinin olduğu ehtimalı var:

“Birincisi, təxribat hücumları ilə regionda eskalasiya yaratmaq və Bakı-İrəvan xəttindəki mövcud gündəliyi arxa plana keçirməkdir. Bununla danışıqların növbəti mərhələsində Zəngəzur dəhlizi də daxil Azərbaycanın tələblərinin olmadığı, yaxud korrekt edilmiş formada yer aldığı yeni gündəliyi formlaşdırmaq istəyirlər.

İkincisi, yeni təxribatlarla eskalasiyanı körükləməyə çalışan Paşinyan hakimiyyəti, beləliklə erməni ictimai rəyini formalaşdırmaq istəyə bilər. Çünki bu və ya digər formada regional kommunikasiyanın açılmasına çalışırlar və yekunda Azərbaycana güzəşt etməli olacaqlarını bilirlər. Lakin belə bir situsiya erməni ictimai rəyində hakimiyyətə qarşı qəzəbə səbəb olacaq. Mümkün eskalasiya isə müharibə təhlükəsini artırır və bu halda Paşinyan hakimiyyəti “razılaşmasaq, yeni müharibə başlayacaq” arqumenti ilə ictimai rəydəki narazılıqları neytrallaşdıra bilər”.

Turan Rzayev
Globalinfo.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK