Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

22:09 31.08.2024 328
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini vurğulayıb. Onun sözlərindən belə məlum olur ki, Paşinyan danışıqları ikitərəfli formatda aparılması niyyəti güdür.

Paşinyan, həqiqətən, Azərbaycanla birbaşa sülh danışıqlarının tərəfdarıdır?

Mövzu ilə bağlı yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, baş nazir Rusiyanın prosesdə iştirakını istəmir: socar vakansiya

“Nikol Paşinyanın kənar vasitəçilərin prosesə qatılmasını istəmədiyini düşünmürəm. O, sadəcə olaraq, Rusiyanın prosesdə iştirakında maraqlı deyil. Məhz özünün mətbuat konfransında da bildirmişdi ki, Rusiya prezidenti ilə telefon danışığında ikitərəfli formatın daha effektiv olacağını nəzərə çatdırıb. Eyni zamanda, baş nazir qeyd edib ki, başqa formatlarda olan görüşlərə etiraz etmir.

Digər tərəfdən, iyul ayının 20-də Londonda Böyük Britaniyanın təşəbbüsü ilə keçiriləcək üçtərəfli görüşdən yayındığı üçün Paşinyana ciddi təzyiqlər var. Bununla bağlı Paşinyana qarşı etiraz və təhdidlər səsləndirildi. Bu baxımdan Ermənistan baş naziri özünə ünvanlanan tənqidlərdən sığortalanmaq və doğrudan da sülh istədiyini nümayiş etdirmək üçün sərhəddə ikitərəfli görüşün keçirilməsinə razı olduğunu və bu təkliflə çıxış etdiyini qeyd edir”.

Politoloqun fikrincə, hazırda danışıqlara ən böyük əngəl, xaricdən İrəvana olunan siyasi diktələrdir:

“Təbii ki, bu daha çox beynəlxalq ictimai rəyə oynamaq cəhdləridir. Amma doğrudan da Nikol Paşinyan buna hazır olacaqsa, niyə də görüş keçirilməsin?! Azərbaycan onsuz da buna hazırdır. İkitərəfli formatda danışıqların aparılması təklifini də ilk olaraq Azərbaycan vermişdi.

Paşinyan son çıxışında ikitərəfli formatın effektiv olması və bu daha yaxşı nəticələrin əldə edilmə ehtimalı onun deməyə əsas verir ki, o da Azərbaycanın bu təklifini qəbul edir. Lakin işin ən problematik tərəfi ondan ibarədir ki, İrəvan, çox təəssüf ki, müstəqil siyasət iqtidarında deyil. Ermənistan daha çox kənardan, daha dəqiq desək, Qərbdən verilən təlimatlar əsasında hərəkət edir. Bu isə bölgədə sülh prosesini əngəlləyən əsas amillərdən biridir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK