Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

21:21 5.08.2024 729


02, 03 və 04 avqust  2024-cü ildə Masallı rayonu, İstisu ərazisində Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan Davamlı inkişafda “yaşıl düşüncə” layihəsinin təlimləri keçirilmişdir. Layihənin müddəti 3 ay olmaqla 01 iyun – 31 avqust 2024-cü il tarixləri əhatə edir.
 
Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci Ələkbər oğlu qeyd etmişdir ki, təlim 87 onlayn müraciətlər içərisindən - 12 rayon və ya şəhər üzrə o cümlədən Sumqayıt, Lənkəran, Göygöl, Şəmkir, Şəki, Yardımlı, Masallı, Siyəzən, Cəlilabad və Kəlbəcərdən seçilmiş 20 nəfər gəncin iştirakı ilə keçirilmişdir. Layihənin məqsədi ətraf mühitin qorunmasında yaşıl düşüncə və davamlı inkişafda yaşıl düşüncənin logistik əhəmiyyətinə cəmiyyətin, o cümlədən gənclərin diqqətini cəlb etməkdir. Üç günlük təlimlərdə enercayzerlərlə ekoloji sistem, ətraf mühit, onun qorunması, ekoloji tarazlığın saxlanılması, təbii sərvətlər, növləri, onlardan səmərəli istifadə, alternativ enerji mənbələri-davmlı inkişaf, ekoloji təhlükəsizlik, ekoloji problemlər və onun həlli yolları, yanğınlar və onlara qarşı mübarizə tədbirləri, tullantılar və onların idarə olunması, ekoloji siyasət, COP29-yaşıl düşüncə, Yaşıl dünya naminə həmrəylik ili mövzularında gənclərə təlimlər keçirilmişdir. Düşərgənin axırıncı günündə düşərgə iştirakçıları Masallı  rayonunun yaşıl düşüncə nümunələri ilə bağlı  müxtəlif ərazilərinə o cümlədən Masallı İstisu Sanatoruyasına, Masallı Sənaye Parkına və Masallı Asan Xidmət Mərkəzinə ekskursiya təşil edilmişdir. Layihənin davamlılığını təmin etməkdən ötrü Facebook sosial şəbəkəsində fəalyyət göstərən “SƏHRALAŞMAYAN GƏNCLİK” qrupuna təlimlərdə iştirak edən gənclər üzv edilmişdir. Üç gün ərzində keçiriləcək təlim kurslarında uyğun mövzular üzrə layihənin eksperti Samir Salayev və təlimçi Afiq Məlikov tərəfindən təlimlər keçilmişdir. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
                                          “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi



Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:15

Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

17:12

Təcrübəli USM həkimi Mərdan Vəliyevin ad gününü TƏBRİK EDİRLƏR...

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR