ABŞ-ın sabiq prezidenti Barak Obama Donald Trampın telefon danışıqlarının dinlənilməsinə dair ittihamlarından qəzəblənib.
azerinform.az-un xəbərinə görə, bu barədə çərşənbə axşamı, martın 7-də, The Wall Street Journal nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Mənbənin məlumatına görə, Obama respublikaçının sözlərini təhqir kimi qəbul edib, lakin yeni prezidentin hər ittihamına cavab vermək niyyətində olmadığını bildirib.