Xırdalan rayonu 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva barədə yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

12:31 26.02.2026 5 853

Ölkədə azad və məsuliyyətli medianın rolu danılmazdır. Cəmiyyətin doğru informasiya ilə təmin olunması, baş verən hadisələrin obyektiv təhlili və ictimai maraqların qorunması hər bir KİV-in əsas missiyası olmalıdır. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, son dövrlər bəzi media subyektləri araşdırma aparmadan, faktları dəqiqləşdirmədən, birtərəfli və qərəzli materiallar yaymaqla peşə etikasını kobud şəkildə pozurlar. Bu cür yanaşma nə jurnalistika prinsiplərinə, nə də cəmiyyət qarşısında daşıdıqları məsuliyyətə uyğundur.

Son günlər Xırdalan 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva barədə yayılan yazılar da məhz bu qəbildəndir. Heç bir əsaslı sübut və fakt ortaya qoyulmadan, köhnə və şişirdilmiş iddiaların dövriyyəyə buraxılması açıq-aşkar qərəzli kampaniya təsiri bağışlayır. Bu cür materiallarda obyektivlik deyil, məqsədli şəkildə imic zədələmək cəhdi hiss olunur.

Qeyd etmək lazımdır ki, hər hansı şəxs barəsində irəli sürülən ittiham xarakterli məlumatlar hüquqi məsuliyyət yarada bilər. Böhtan və şər xarakterli iddialar Azərbaycan qanunvericiliyinə əsasən məhkəmə predmeti ola bilər və bu halda məsuliyyət həmin məlumatları yayanların üzərinə düşür. Peşəkar jurnalistikanın əsas prinsipi faktın dəqiqliyi və qarşı tərəfin mövqeyinin öyrənilməsidir. Əks halda bu, jurnalistika deyil, sifarişli qaralama kampaniyası təsiri bağışlayır.

Arifə Balakişiyeva uzun illərdir təhsil sahəsində fəaliyyət göstərən, rəhbərlik etdiyi kollektivdə intizamı, işgüzarlığı və təşkilatçılıq qabiliyyəti ilə seçilən bir ziyalıdır. Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, o, vəzifəsini şəxsi maraq üçün deyil, dövlətə və xalqa xidmət anlayışı ilə icra edir. Onun həyat yolu sadəlikdən məsuliyyətli rəhbərliyə doğru zəhmət və əzmlə yüksəlməyin nümunəsidir.

Rayon ictimaiyyəti arasında qazandığı hörmət təsadüfi deyil. Bu, illərlə formalaşan etimadın nəticəsidir. Əgər ortada real fakt və hüquqi əsas olsaydı, bu məsələ müvafiq qurumlar tərəfindən araşdırılar və hüquqi qiymətini alardı. Lakin fakt əvəzinə emosional və şişirdilmiş ifadələrə üstünlük verilməsi yazılanların qərəzli xarakter daşıdığını açıq göstərir.

Təəssüf doğuran məqamlardan biri də odur ki, bəzi qələm sahibləri eyni mövzunu dəfələrlə təkrarlayaraq “xarab olmuş qramafon valı” effekti yaradır, yeni fakt təqdim etmədən ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Halbuki cəmiyyət artıq informasiyanı süzgəcdən keçirməyi bacarır. İnsanlar əsassız ittihamla obyektiv tənqidi ayırd edə bilir.

Bir daha vurğulamaq istəyirik ki, Xırdalan 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyevain hər hansı müdafiəyə ehtiyacı yoxdur. Onun fəaliyyəti göz önündədir və gördüyü işlər öz sözünü deyir. Bu yazının məqsədi hansısa qarşıdurma yaratmaq deyil, qərəzli və əsassız məlumatların ictimai rəyə təsir etməsinin qarşısını almaqdır.

Media nümayəndələrinə çağırış edirik: tənqid edin, amma faktla; araşdırın, amma vicdanla; yazın, amma məsuliyyətlə. Şəxsi və ya qrup maraqlarına xidmət edən qaralama kampaniyaları nə jurnalistikanın nüfuzuna, nə də cəmiyyətin informasiya təhlükəsizliyinə xidmət edir.

Unutmaq olmaz ki, el gözü tərəzidir. Cəmiyyət hər şeyi görür və qiymətini verir. Əsassız böhtanlar isə nə qədər şişirdilsə də, həqiqətin qarşısında davam gətirə bilmir.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko