Balakən rayonu iş adami, sahibkar Nadir Haciyev - 2025-ci il: Konstitusiya, suverenlik və Azərbaycanın qlobal siyasi qayıdışı - İL AYRICINDA

13:47 30.12.2025 42
2025-ci ilin başa çatmasına sayılı günlər qalır. Dünyanın siyasi xəritəsində gərginliklərin artdığı, müharibə ocaqlarının sönmədiyi, qlobal iqtisadi risklərin dərinləşdiyi bir dövrdə Azərbaycan ili necə başa vurur? Bu sual cəmiyyət üçün də, siyasi dairələr üçün də aktualdır. Mövzu ətrafında Balakən rayonu iş adami, sahibkar Nadir Haciyevin fikirləri 2025-ci ilin ümumi mənzərəsini dəyərləndirmək baxımından diqqət çəkir.

“Konstitusiya və suverenlik” ili – siyasi mesaj və strateji xətt

2025-ci ilin Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və suverenlik” ili elan edilməsi təsadüfi qərar deyildi. Bu, Azərbaycanın postmünaqişə mərhələsində dövlətçilik fəlsəfəsini, hüquqi və siyasi prioritetlərini dünyaya açıq mesajla təqdim etməsi idi.
Hacı Əliyevin də qeyd etdiyi kimi, il ərzində Azərbaycan bir tərəfdən daxili sabitliyini möhkəmləndirdi, digər tərəfdən beynəlxalq platformalarda suveren mövqeyini daha qətiyyətlə nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramının real nəticələr verməsi bu siyasətin praktik təzahürüdür. Artıq bu bölgələr yalnız simvol deyil, real iqtisadi və sosial həyat məkanına çevrilir.

Vaşinqton görüşü – regionun taleyini dəyişən imza


2025-ci ilin ən yadda qalan hadisəsi kimi 8 avqust Vaşinqton görüşü xüsusi qeyd olunur. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsi mətninin paraflanması Cənubi Qafqaz tarixində dönüş nöqtəsi hesab olunur.
Bu hadisə bir daha sübut etdi ki, Azərbaycan artıq regional yox, qlobal diplomatiyanın aktiv oyunçusudur. Eyni zamanda ATƏT-in Minsk qrupunun və onun strukturunun ləğvi faktiki olaraq uzun illər süni şəkildə saxlanılan “status-kvo”nun hüquqi tabutuna vurulan son mismar oldu. Hacı Əliyevin fikrincə, bu, Azərbaycan diplomatiyasının açıq zəfəridir.

2026-cı il: sülh, dəhlizlər və açılan sərhədlər ümidi


Gələn ilə baxışda əsas gözləntilər aydındır:
– Ermənistanla tam hüquqlu sülh müqaviləsinin imzalanması,
– Zəngəzur dəhlizi ilə bağlı konkret və geri dönməz addımlar,
– Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddialarının çıxarılması,
– regionda revanşist və daşnak ideologiyasının siyasi iflası.
Bu proseslərin tamamlanması yalnız iki ölkə üçün deyil, bütün region üçün dayanıqlı təhlükəsizlik və iqtisadi inkişaf deməkdir. Eyni zamanda illərdir cəmiyyətin gözlədiyi quru sərhədlərinin açılması sosial və iqtisadi baxımdan mühüm rahatlama yaradacaq.

İqtisadi sabitlik və mümkün risklər


Nadir Haciyevin vurğuladığı kimi, 2026-cı ildə siyasi sabitliklə yanaşı, iqtisadi davamlılıq da qorunacaq. Milli Məclisdə müzakirəyə çıxarılan və artıq birinci oxunuşdan keçən tarixin ən böyük büdcəsi dövlətin maliyyə gücünü göstərir.
Lakin qlobal reallıqlar nəzərə alınmalıdır. Beynəlxalq maliyyə böhranı, enerji bazarlarında dalğalanmalar, neft qiymətlərinin enməsi kimi risklər istisna deyil. Buna baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları, fiskal intizamı və ehtiyatlı makroiqtisadi siyasəti bu riskləri minimuma endirməyə imkan verir.

İqtisadiyyatın şaxələndirilməsi: çağırış və zərurət


Məhz bu məqamda Nadir Haciyevin fikirlərində xüsusi yer tutan məsələ ön plana çıxır:
“İqtisadiyyatın şaxələndirilməsi sürətləndirilməli, qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görülməli, özünüməşğulluq proqramları genişləndirilməlidir.”
Bu, təkcə tövsiyə deyil, strateji çağırışdır. Çünki dayanıqlı iqtisadiyyat yalnız iri dövlət layihələri ilə deyil, regionlarda inkişaf edən kiçik biznes, ailə təsərrüfatları, startaplar və yerli istehsal hesabına formalaşır. Özünüməşğulluq proqramlarının genişləndirilməsi sosial rifahı artırmaqla yanaşı, işsizliyin azalmasına və daxili bazarın canlanmasına xidmət edir.

Sonda

2025-ci il Azərbaycan üçün tarixi yekunların və gələcək hədəflərin ili oldu. Suverenlik artıq yalnız hüquqi termin deyil, real siyasi, iqtisadi və diplomatik məzmun daşıyır. 2026-cı il isə bu xəttin davamı, sülhün rəsmiləşməsi və iqtisadi transformasiyanın dərinləşməsi baxımından həlledici ola bilər.
Azərbaycanın qarşısında duran əsas vəzifə əldə olunan nailiyyətləri qorumaq, regionda sülhün əsas memarına çevrilmək və iqtisadiyyatın dayanıqlı modelini formalaşdırmaqdır. Görünən odur ki, bu yol artıq seçilib və geri dönüş yoxdur.
Hələ qarşıda Azərbaycanı daha böyük nailiyətlər, daha böyük uğurlar gözləyir.
Ulu Öndər Heydər Əliyevin hər birimizin qürur rəmzinə çevrilən sözləri yada düşür: “Hər bir insan üçün onun milli mən sssubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.”
Bu gün biz hamımız Müzəffər Prezidentimizlə, Ordumuzla, xalqımızla, Azərbaycanlı olmağımızla fəxr edirik.

 
Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:10

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto