Belə-belə işlər: MİLLİ PARKIN MİLLİ QƏNİMLƏRİ... – Satirik qələmlə!

14:35 1.12.2025 144
1-ci qeyd – “Əfqan planetinə xoş gəldiniz”

Bu gün meşədə astronomik hadisə baş verdi:
Əfqan Qəribov peyda oldu.
Astronomiya kitablarında deyilir ki, bəzi planetlər həyat üçün əlverişsizdir.
Deməli, Şahdağ da o planetlərin köməkçi versiyasıdır — nə vaxt bu adam eniş edir, həyat dərhal “təhlükə” moduna keçir.
Heyvanlar qaçır, quşlar uçmur, ağaclar nəfəsini saxlayır.
Bizimkini görəndə ayı belə “QAÇAQ” rejiminə keçir.

2-ci qeyd – “700 ağacın kütləvi intiharı?!”

Bu gün yoxlamada deyilən “versiya” yayıldı:
“700 ağac özünü kəsib.”
Bizim meşədə kollektiv ruhi sarsıntı yaşanıbmış guya.
Psixoloq çağırmaq lazımdırmış.
Ağacın biri gülümsəyib dedi:
— Qardaş, biz budaqdan asıla bilərik, amma öz-özümüzü motorla doğraya bilmərik də.
Psixiatr da bunu qəbul etməz.

3-cü qeyd – “Meşənin yeni diaqnozu: xəritə çaşqınlığı”

Akt yazanlar gəlib deyir:
— “Bura Şahdağ deyil, İsmayıllıdır.”
Ağaclar bir-birinə baxıb sual edir:
— Biz nə vaxt köçmüşük?
Deməli, meşə ərazisi son vaxtlar çox gəzirmiş.
Heç biz bilməmişik.
Görəsən, gecələr gizli-gizli yeriyirik?
Meşə xəritəsinin diaqnozu:
“Əmioğlu sindromu — coğrafi obyektlər qohumluqdan asılı olaraq yer dəyişir.”

4-cü qeyd – “Nəriman müəllimin ‘HD Reallığı’”

Nəriman Cırıyev gəlib meşəyə baxdı, bir şəkil çəkdi və dedi:
— “Hər şey qaydasındadır.”
Bu insanın gözündə 700 ağac yoxdur.
Əgər belə bir göz varsa, onu rentgen şöbəsinə yox, muzeyə qoymaq lazımdır —
“Görmədən baxanlar ekspozisiyası.”
Onun aktında meşə o qədər sağlamdır ki, elə bil burda yoxlama deyil, reklam çəkilişidir:
“Şahdağ – daim yamyaşıl, hətta kəsiləndə belə.”

5-ci qeyd – “Cabbar müəllimin mistik toxunuşu”

Bu gün nazirlikdən külək əsdi — adına “Cabbar müəllimin zəngi” deyilir.
Zəng düşüən kimi meşədə belə dəyişiklik oldu:
  • Kəsilmiş ağaclar “möcüzəvi şəkildə” unuduldu,
  • Yoxlayıcıların yaddaşı sıfırlandı,
  • Əfqan Qəribov “təbiət dostu” tituluna bir addım da yaxınlaşdı.
Hətta heyvanlar belə dedi:
— Bu zəngin dalğaları bizə də dəyir. Qorxudan maralların buynuzları titrəyir.

6-cı qeyd – “Meşələrin təhlükəsizlik qaydası”

Yeni qayda asılıb:
“Əfqan Qəribov meşəyə daxil olanda, ağaclar ən yaxın kolun içinə gizlənsin.”
Ağac necə gizlənsin?
Budaqların üstə “tərbiyəvi məktub” asılıb:
— “Yarpaqlarınızı tökün, bəlkə fikir vermədi.”

7-ci qeyd – “Meşə təsərrüfatı kimin təsərrüfatı?”
Bu gün elan verildi:
“Qırılan ərazi Şahdağa aid deyil.”
Deməli, kimin ərazisi daha rahat ört-basdır edilirsə, qırıntı ora aiddir.
Sabah deyərlər ki, ağacları Laplandiyada kəsiblər.
Biz də inanmalyıq.
Ağacların arasında yeni termin yaranıb:
“Ərazi turistliyi” — sən kəsilsən də, bölünən sən olmursan, ərazin gedib başqa yerə düşür.

8-ci qeyd – “Hansı akt bizi xilas edəcək?”

Bu gün meşədə aktların siyahısı gəzdirilir:
  1. “Ağaclar yerindədir.”
  2. “Yox olublarsa, deməli, olmayıb.”
  3. “Olan da olmayıb kimi yazıla bilər.”
  4. “Əfqan Qəribov bu ərazidən keçməyib.”
  5. “Keçibsə də günahı yoxdur.”
Ən axırda böyük akt var:
“Meşə səhv salınıb.”
Bax, bu akt hər şeyi həll edir.

9-cu qeyd - “Son sağ qalan ağacın monoloqu”

Bu gün çinar dedi:
— Mən 200 yaşımda çox şey gördüm. Amma belə yumoristik faciə görməmişdim.
— Əgər mən də kəsilsəm, akt yazacaqlar: “Çinar stressdən yerə yıxılıb.”
Sonra əlavə etdi:
— Bir gün gələcək, burda bir ağac da qalmayacaq. Amma aktlarda yazılacaq:
“Şahdağ sıx meşəlikdir.”

10-ci qeyd - “Gələcəyə məktub”

Gələcək nəsillərə məktub yazırıq:
— Əgər bir gün Şahdağa gəlsəniz, çox ağac görməsəniz, narahat olmayın.
Onlar kağızda çoxdur.
Aktlarda daha çoxdur.
Statistikada lap çoxdur.
Haqqı yazanlar azdır — elə onların da kökü kəsilir.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi