Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın – Müşviq Məmmədov haqqında yazılanlara CAVAB

16:28 5.11.2025 123
Ölkədə son illər informasiya bolluğu artdığı kimi, təəssüf ki, qərəzli, sifarişli və araşdırılmamış materialların sayı da çoxalır. Bəzən bu cür yazılar, cəmiyyətin etibarını qazanmış, ictimai nüfuzu yüksək olan şəxslərə qarşı yönəlir. Son günlər Nəsimi rayon İcra Hakimiyyətinin rəsmisi Müşviq Məmmədov haqqında bəzi saytlarda yayılan qərəzli yazılar buna bariz nümunədir. Biz, Azərinform.az olaraq bu yazılara münasibət bildirməyi özümüzə borc bilirik — çünki jurnalistika obyektivlik, vicdan və araşdırma üzərində dayanmalıdır.

Jurnalistika – həqiqətin axtarışı, böhtanın aləti deyil


Əsl jurnalist istənilən situasiyada izləyicisini fakt və sübutla heyrətləndirməyi bacarmalıdır. Müasir media texnologiyaları sayəsində gizli qalan həqiqətləri üzə çıxarmaq mümkündür. Amma çox təəssüf ki, bu imkanlardan yararlanmaq əvəzinə, bəziləri “senzasiya” xətrinə qərəzli yazılar dərc etməyi üstün tutur. Nəsimi rayon İcra Hakimiyyətinin rəsmisi Müşviq Məmmədovu tanıyanlar yaxşı bilirlər: o, sadə, səmimi, əqidəli və dövlətinə sədaqətli bir insandır. Onun məsul olduğu sahədə hər iş nümunəvi sayılır. Məhz ona görə də Müşviq müəllim həmişə rəhbərliyin aparıcı işci kimi etimadını doğruldub. Əməksevərliyi, intizamı, yüksək əxlaqi keyfiyyətləri və dürüst münasibəti onu həm kollektiv, həm də rayon ictimaiyyəti arasında hörmətli edib. Onun üçün vəzifə – imtiyaz yox, xidmət meydanıdır.

Köhnə palan içi: niyə eyni mövzular təkrarlanır?

Bəzi saytlar uzun müddətdir “köhnə valı” təkrarlayır. Bir dəfə yayılan təsdiqsiz məlumat, aylarla müxtəlif adlarla yenidən gündəmə gətirilir. Halbuki həmin məlumatlar nə hüquqi, nə də faktoloji əsas daşıyır. Oxucular artıq bu “çeynənmiş” yazılara etinasız yanaşır, onları sifarişli və məqsədli kampaniyalar kimi qiymətləndirirlər. Əslində bu davranış yalnız yazı müəlliflərinin özlərinə mənfi imic qazandırır. El arasında deyildiyi kimi, “el gözü tərəzidir.” Cəmiyyət artıq kimin nəyə xidmət etdiyini, kimin isə sadəcə çamur atmaqla məşğul olduğunu çox yaxşı anlayır.

Haqqı demək – cəsarət tələb edir


Bu gün Nəsimi rayonunda hər kəs Müşviq Məmmədovu tanıyır, sevir və hörmətlə yad edir. Onu sevənlər onun hansı sahədə işləməyindən asılı olmayaraq peşəkar, dövlətinə sədaqətli və məsuliyyətli kadr kimi dəyərləndirirlər. Müşviq müəllim üçün yüksəliş – vəzifə deyil, zəhmətin, səbrin və inamın nəticəsidir. O, illər boyu topladığı təcrübəni insanlara xidmətə yönəldib, dövlətin sosial siyasətini layiqincə həyata keçirib.

Bizim müdafiəmiz yox, ədalət tələbimiz var


Tam səmimiyyətlə qeyd edirik: Müşviq Məmmədovun nə mediada müdafiəyə, nə də şəxsi təbliğata ehtiyacı yoxdur. Onun gördüyü işlər, rayon icra hakimiyyəti kollektivində fəaliyyəti kifayət qədər öz sözünü deyir. Amma biz ədalətsiz tənqid və yalan ittiham qarşısında susmağı vicdana sığışdırmırıq. Çünki susduqca, qərəz böyüyür.
Bütün KİV nümayəndələrinə müraciət edirik:
“Əgər yazırsınızsa, faktla yazın. Əgər tənqid edirsinizsə, ədalətlə edin. Əgər susursunuzsa, böhtana ortaq olmayın.”
P.s
Jurnalistika – xalqı doğru məlumatlandırmaq, cəmiyyətin vicdan səsini çatdırmaq sənətidir. Obyektivlik, balans, məsuliyyət – bu peşənin əsas dayaqlarıdır. Biz inanırıq ki, Müşviq Məmmədov kimi əqidəli məmurlar, zəhməti və şəffaf fəaliyyəti ilə bu dövlətin dayaqlarıdır. Onun haqqında yazılan sifarişli, sübutsuz materiallar yalnız mediaya etimadı zədələyir. Cəmiyyətin gözü tərəzidir. Haqqı görən, ədaləti tanıyan xalq hər kəsi öz əməli ilə qiymətləndirir. Biz də deyirik: yaxşını yaxşı görmək, ədaləti qorumaq – həm borcumuz, həm də vicdan işimizdir.


Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı