Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru Nərgiz xanım Hüseynova barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə...
LACININ TƏHSİL SÜTUNU – Nərgiz Hüseynova
Laçın rayonunun təhsil mühitində fədakarlıq, peşəkarlıq və rəhbərlik keyfiyyətləri ilə tanınan Nərgiz xanım Hüseynova illərdir ki, Laçın rayon 12 nömrəli tam orta məktəbinin inkişafı naminə böyük səylə çalışır. Onun fəaliyyəti sayəsində bu məktəb sadəcə tədris ocağı deyil, həm də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşdığı, biliyin və şəxsiyyətin birləşdiyi bir məbəd halına gəlib.
Nərgiz müəllimənin rəhbərliyi ilə məktəbdə yaradılan mühit şagirdlərin intellektual və mənəvi inkişafına geniş imkanlar açır. Onun təşəbbüsü ilə keçirilən olimpiadalar, fənn müsabiqələri, intellektual yarışlar, ədəbi-bədii gecələr və sosial layihələr məktəbin tədris həyatını zənginləşdirir. Bu tədbirlər vasitəsilə şagirdlər yalnız bilik qazanmır, həm də öz istedadlarını kəşf edir, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirirlər.
Laçın rayon 12 nömrəli məktəbin məzunları bu gün Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alır, cəmiyyətin fəal üzvləri kimi fəaliyyət göstərirlər. Onlar uğurlarında Nərgiz müəllimənin əməyini, onun təhsilə və insan yetişdirməyə olan məsuliyyətini xüsusi minnətdarlıqla qeyd edirlər.
Nərgiz xanım Hüseynovanın uğurlarının əsas səbəblərindən biri, onun məktəb icması ilə səmimi əməkdaşlıq mühitini qoruyub saxlamasıdır. Valideynlərlə, müəllimlərlə və şagirdlərlə qurduğu qarşılıqlı hörmət və etimad münasibətləri tədris prosesinin səmərəliliyini artırır. O, hər bir şagirdi fərd kimi dəyərləndirir, onların potensialını üzə çıxarmağa çalışır. Bu yanaşma sayəsində məktəbdə həm nizam-intizam, həm də humanist ruh hökm sürür.
Nərgiz müəllimə üçün təhsil sadəcə bir vəzifə deyil, həyat amalıdır. O, təhsili ölkənin gələcəyi kimi görür və hər bir uşağın uğurunu Vətənə xidmətin başlanğıcı hesab edir. Laçının təhsil tarixində onun adı fədakar, məsuliyyətli və vətənpərvər bir rəhbər kimi qalacaq.
Bu gün Laçın rayon 12 nömrəli tam orta məktəbi bölgənin ən nümunəvi təhsil ocaqlarından biri kimi tanınırsa, bu, şübhəsiz ki, Nərgiz Hüseynovanın illərlə göstərdiyi əzmkar əməyin nəticəsidir. Onun fəaliyyəti sübut edir ki, peşəkarlıq, səmimiyyət və fədakarlıq bir araya gəldikdə, istənilən təhsil müəssisəsi uğurun zirvəsinə yüksələ bilər.
Nərgiz xanım Hüseynova – Laçının təhsil fədakarı, gələcəyin işığını yandıran bir müəllim və rəhbər kimi, bu gün də gənc nəslə örnək olmağa davam edir.
TANRI QİSMƏTİNDƏN YAZILAN ÖMÜR...
...Dünyaya göz açan hər bir kəsin öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, təkilatcı təhsil məmuru Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru Nərgiz xanım Hüseynovadır.
Bəri başdan qeyd edək ki, Nərgiz xanım Hüseynova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!O, kamil biliyi və coxillik təcrübi idarəetmə qabiliyyəti olan istedad sahibidir!
O, məktəb direktoru kimi ani və düzgün qərar qəbul edə bilən nadir şəxslərdəndir!
Ölkə prezidentindən nümunə götürən Nərgiz xanımın böyüklüyü onun sadəliyində və kollektivə qarşı səmimi münasibətindədir!
O, insanlara diqqət və qayğıyla yanaşır, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
O, üzərinə düşən bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru kimi professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir təhsil məmuru kimi tanıdığımız Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru Nərgiz xanım Hüseynovanın haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Nərgiz xanım təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər bağlıdır. Saysız-hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə yetirmələrinin xeyirxah əməllərini də artırsaq onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda "Nərgiz xanımın böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, sizsə hər şeyi baş-ayaq anlamısız…
VƏZİFƏNİ HÖRMƏTƏ MİNDİRƏN DİREKTOR
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir təhsil məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi təhsil məmurunu müdafiə edən yazıya imza qoyur?! Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün təhsil məmurlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru Nərgiz xanım Hüseynova vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən təhsil MƏMURlarındandır.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Nərgiz xanım Hüseynovanı yaxından tanıdığını deyir: “Fürsət düşdükdə Nərgiz xanımla həmsöhbət oluram. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdır. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərtdir. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir direktor sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru Nərgiz xanım Hüseynovanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Nərgiz xanımın fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.
Bəli, bir həqiqət isə GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl vətən daşı!