YALAN AYAQ TUTAR, AMMA YERİMƏZ, CƏNABLAR...

13:10 1.10.2025 57

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Abdullayev haqqında yayılan məlumatlar şər və böhtandır

Son vaxtlar bir sıra mətbu orqanlarda və sosial şəbəkələrdə məqsədli şəkildə yayılan, həqiqətdən tam uzaq, şər və böhtan xarakterli yazılar ictimaiyyəti çaşdırmaq üçün quraşdırılmış kampaniyanın bariz nümunəsidir. Mövzunun mahiyyətinə diqqətlə baxanda açıq-aşkar görünür ki, buradakı yazılar nə peşəkar jurnalist araşdırmasının nəticəsidir, nə də obyektiv yanaşma nümunəsidir. Bu, sadəcə sifarişli kampaniyadır və hədəf də konkret şəxsdir – Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru, səhiyyə sahəsində nümunəvi fəaliyyəti ilə seçilən Elnur Abdullayev.

İşin maraqlı tərəfi ondadır ki, böhtan kampaniyası müəllifləri hər dəfə eyni mövzuları təkrar edir, köhnə palan işlərini yenidən gündəmə gətirməklə guya sensasiya yaratmağa çalışırlar. Əslində isə ortaya qoyulan iddiaların heç biri hüquqi, məntiqi və ya faktoloji əsas daşımır. Bu yazılar bir daha sübut edir ki, məqsəd informasiyanı düzgün çatdırmaq yox, ictimai rəydə qarayaxma mühiti yaratmaqdır. Burada "kənar əl"in, "xüsusi maraqlar"ın olduğu göz qabağındadır. Qərəzli yazıların tərzi, istifadə olunan ifadələr və əsassız ittihamlar bir daha göstərir ki, bu "məqalələr" jurnalistika deyil, sadəcə cızma-qaradır. El arasında belə hallara "qeyri-ciddi təxribat" deyirlər.

Cəmiyyətin diqqətini yayındırmaq üçün seçilən şəxsin Elnur Abdullayev olması heç də təsadüfi deyil. Çünki o, öz zəhməti, biliyi, idarəçilik bacarığı ilə  Ağcabədidə səhiyyənin inkişafına töhfə verib. Onu tanıyan hər kəs yaxşı bilir: Elnur Abdullayev gənc, işgüzar, prinsipial, tələbkar, amma eyni zamanda insanpərvər və dürüst rəhbərdir.

Onun fəaliyyətini gözü ilə görənlər, xəstəxananın inkişafı üçün həyata keçirilən islahatlara şahid olanlar yaxşı anlayırlar ki, bu qarayaxmaların arxasında paxıllıq, şəxsi maraqlar və sifariş dayanır. Əks halda, bütün bölgədə hörmətlə tanınan bir gənc ziyalının ünvanına bu qədər əsassız yazılar yazılmazdı.

Bu gün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında baş verən dəyişikliklər göz qabağındadır. Maddi-texniki baza möhkəmləndirilib, vətəndaşlara göstərilən xidmətin keyfiyyəti yüksəlib, şəffaflıq prinsipi gücləndirilib. İnsanlar bunu gündəlik təcrübələrində görür və qiymətləndirirlər. Əgər kimsə obyektiv olmaq istəyirsə, buyursun, xəstəxanaya gəlsin, oradakı reallığı görsün.

Əslində, bəzi qərəzli şəxslərin narahatlığı da məhz buradadır: görülən işlərin, edilən yeniliklərin fonunda onların “qara piar”ları tam iflasa uğrayır. Çünki faktlar yalanı alt-üst edir.

Unutmaq olmaz ki, hər bir əsassız ittiham, hər bir böhtan və şər hüquqi müstəvidə cavabını tapır. Bugünkü qanunvericilik imkan verir ki, şərəf və ləyaqətə qəsd edən şəxslər məhkəmə qarşısında cavab versin. Əgər bu yersiz yazılar davam edərsə, onların müəllifləri gec-tez məhkəmə zalında öz yalanlarının cavabını vermək məcburiyyətində qalacaqlar. Cəmiyyət artıq şər-böhtanla deyil, fakt və sübutlarla danışmaq istəyir.

Ən önəmli məqamlardan biri budur ki, insanlar bu böhtan yazılarını ciddi qəbul etmir. Ağcabədidə və ümumən bölgədə yaşayan insanlar Elnur Abdullayevin kim olduğunu yaxşı tanıyır. Onun xidmətlərini, fəaliyyətini, əməllərini görənlər heç vaxt bu cür ucuz qarayaxmalara inanmaz. Əksinə, belə hücumlar əslində ictimai rəydə əks effekt doğurur və cəmiyyət daha qətiyyətlə öz rəhbərinə sahib çıxır. Bir gənc ziyalıya qarşı əsassız hücumlar etmək, onun əməyini gözdən salmaq, şər və böhtanla ləkələməyə calışmaq nə jurnalistikaya, nə də vicdana yaraşır. Cəmiyyət belə halları qəbul etmir. Həqiqi jurnalist haqqı deyir, amma iftira ilə məşğul olmur. Həqiqi qələm adamı yalanla özünü ucaltmağa çalışmaz.

Son söz əvəzi


Bəli, bəziləri unutmasın: xalqın gözü tərəzidir. Kimlərin haqqın, kimlərin nahaqqın yanında olduğunu hamı yaxşı görür. Bu gün Elnur Abdullayevin müdafiəsinə qalxmaq onun özünə deyil, həqiqətə, ədalətə, vicdana xidmət etməkdir. Çünki onun xalqın rəğbətinə, hörmətinə ehtiyacı var, amma müdafiəyə yox. Müdafiəyə ehtiyacı olan cəmiyyətin doğruları bilməsidir. Elnur Abdullayev məqsədyönlü göstərdiyi fəaliyyəti ilə sübut edib ki, o, dövlətinə, xalqına sədaqətlə xidmət edən əqidə sahibidir. Bu yoldan onu nə böhtan, nə qarayaxma, nə də yalan xəbərlər ruhdan sala bilməz. Əksinə, belə hücumlar onun nüfuzunu daha da gücləndirir və insanların ona olan hörmətini artırır.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir