REPORTAJ: Yaxşılara yaxşı demək – həm vicdan, həm də vətəndaşlıq borcudur

16:19 18.09.2025 165
Əziz oxucu! Bir anlıq gündəlik qayğılardan, sosial problemlərin yaratdığı yorğunluqdan, kresloları şəxsi mənafe tribunasına çevirənlərin, korrupsiya bataqlığında illərlə yol tapanların söhbətindən uzaqlaşaq. Bu dəfə sizə çoxlarının inanmaqda tərəddüd edəcəyi, amma şəxsiyyəti və əməli ilə insanları heyran edən bir insandan bəhs edəcəyik. Söhbət Ağcabədi şəhəri Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin direktoru Mətanət Quliyevadan gedir. Yeni dərs ili başlanır. Məktəblərdə zəng çalınır, şagirdlərin gülüşü sinif otaqlarını bəzəyir. Hər il bu çağ günlərində Azərbaycan təhsilinə rəhbərlik edənlərin, müəllimlərin, məktəb direktorlarının fəaliyyəti daha çox diqqət mərkəzinə çəkilir. Çünki gələcək nəsillərin bilik, tərbiyə və vətəndaşlıq təməlləri məhz bu müqəddəs ocaqlarda qoyulur. Bu baxımdan Ağcəbədidə yerləşən, özünəməxsus təhsil ənənəsi və uğurları ilə tanınan Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-lisey xüsusi bir yer tutur. Və bu uğurların arxasında bir insanın fədakarlığı, zəhməti, rəhbərlik istedadı dayanır: Mətanət xanım Quliyeva.

Vəzifəni hörmətə mindirən DİREKTOR

Müasir dövrdə məmur anlayışı çox vaxt cəmiyyətdə qınaq obyektidir. Xalqın gözü qarşısında kresloda oturanların çoxu vəzifəni şəxsi imtiyaz vasitəsinə çevirdiyindən insanlarda haqlı narazılıq yaranır. Amma bəzən elə insanlar çıxır ki, vəzifənin adına, kreslonun özünə hörmət gətirir. Mətanət xanım məhz belə rəhbərlərdən biridir. O, təhsil idarəçiliyindəki peşəkarlığı, təşkilatçılığı və ən əsası – insani keyfiyyətləri ilə seçilir. Bir vaxtlar Azərbaycanın tanınmış jurnalistlərindən biri demişdi: Mətanət xanımı yaxından tanıyıram. Kübar, ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. İnsanlara töhmət verməkdənsə, onlara başa salmağı üstün tutur. Çox vaxt da buna nail olur. Çünki anlayır ki, insanı inzibati üsulla yox, sözlə də islah etmək olar.” Bu, təsadüfi qiymət deyil, uzun illərin müşahidəsindən, yaxın tanışlıqdan doğan səmimi fikirdir.

Yeni dərs ilinə hazırlıq

2025–2026-cı tədris ili artıq başlayıb. Ağcəbədi şəhərində yerləşən məktəb-liseydə da həyəcanlı hazırlıq işləri çoxdan başa çatıb. Sinif otaqları təmir olunub, dərs vəsaitləri yenilənib, müəllim heyəti ilə pedaqoji şuralar keçirilib. Şagirdlərin yeni dərs ilinə adaptasiyası üçün xüsusi tədbirlər planı hazırlanıb.Mətanət xanımın rəhbərliyi ilə liseydə hər il olduğu kimi bu dəfə də “ilk zəng” bayramı xüsusi ruh yüksəkliyi ilə keçirilib. Tədbirdə çıxış edən direktor bir daha vurğulayıb ki, məktəbin əsas missiyası yalnız bilik öyrətmək deyil, həm də vətənə, dövlətə sadiq, mədəniyyətli, düşüncəli, ləyaqətli vətəndaş yetişdirməkdir. Bu sözlər sadəcə şüar deyil, onun bütün fəaliyyətinin mayasını təşkil edən prinsipdir.

Təhsil fədailiyi – gündəlik həyat üslubu

Mətanət xanımı yaxından tanıyan hər kəs bir fikirdə yekdildir: onun üçün iş sadəcə peşə deyil, həyat tərzidir. Hər gününə, hər saatına tədrisin, şagirdlərin, müəllimlərin problemləri ilə bağlı düşüncələr hakimdir.Onun idarəçilik fəlsəfəsi sadə, amma çox dəyərlidir: “Təhsil – gələcəyin mayasıdır. Bu mayanı sağlam qoymaq üçün gərək insan özünü də bu yola sərf eləsin.”
Məhz bu prinsiplə o, illərlə həm pedaqoq, həm təşkilatçı, həm də əsl müəllim kimi fəaliyyət göstərib. Müəllim yoldaşlarının sözlərinə görə, Mətanət xanım bəzən ən adi məsələlərdə belə məktəbin qayğısını şəxsi məsələlərdən üstün tutur. Bu, hər rəhbərin bacara biləcəyi iş deyil. Çünki buna yalnız məhəbbət, inam və məsuliyyət hissi ilə yanaşanlar nail ola bilirlər.

Tələbkarlıq və təvazökarlıq arasında

Onu tanıyanların ən çox vurğuladığı cəhət – tələbkarlıqla təvazökarlığın vəhdətidir. Bir tərəfdən pedaqoji heyətdən yüksək məsuliyyət tələb edir, digər tərəfdən özünü heç vaxt ön plana çıxarmır.Maraqlıdır ki, onun adı mediada çox az hallarda çəkilir. Təhsil sahəsində uğurlarına, dövlət tərəfindən göstərilən yüksək etimada baxmayaraq, Mətanət xanım heç vaxt diqqət mərkəzində olmaq istəməyib. Çünki o, nümunəni sözlə yox, əməli ilə göstərməyə üstünlük verir.

Təhsil ocağının uğurları

Son illər məktəb-liseyin məzunlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi, ölkədaxili və beynəlxalq müsabiqələrdə qazandıqları uğurlar da məhz bu rəhbərliyin və pedaqoji kollektivin gərgin zəhmətinin nəticəsidir. Təhsil Nazirliyinin monitorinqlərində liseylərin fəaliyyət göstəriciləri daim yüksək olub. Bütün bunlar isə yalnız idarəçilik bacarığı ilə deyil, həm də insanlarla düzgün ünsiyyət qurmaq, müəllimlərə və şagirdlərə qarşı diqqətli münasibət sərgiləmək sayəsində mümkündür.

Yaxşıların yaxşı olduğunu demək

Tarix boyu məmur problemi cəmiyyətlərdə olub və olacaq. Ancaq hər dövrdə də yaxşı nümunələr çıxır və insanlara ümid verir. Mətanət xanım Hacıbalayeva belə nümunələrdən biridir. Onun timsalında bir daha əmin oluruq ki, yaxşıların yaxşı olduğunu demək təkcə təqdir deyil, həm də vicdan borcudur.Cəmiyyətin düzgün inkişafı üçün yaxşı nümunələri göstərmək, onları dəyərləndirmək vacibdir. Çünki bu, həm başqalarını da nümunə götürməyə sövq edir, həm də yaxşıların özünə daha böyük işlər görmək üçün ruh verir.

İnsan və əqidə

Onun həyatına nəzər salanda görürsən ki, Mətanət xanım sadəcə bir direktor, sadəcə bir müəllim deyil. O, əqidə adamıdır. Əqidəsi dövlətə, Vətənə, xalqa xidmət olan bir ziyalıdır. Əqidəsini divara yazıb asmasa da, onu gündəlik işi, davranışı, münasibəti ilə göstərir. Hər bir insan həyatda təkcə mövcud dövrü üçün deyil, gələcək nəsillər üçün də çalışmalıdır. Şəhla xanım bu prinsipin canlı nümunəsidir. Liseydə qurulan şərait, yaradılan pedaqoji mühit, həyata keçirilən təlim-tərbiyə prosesi gələcək nəsillər üçün sağlam bünövrədir.

Və sonda...

Yeni dərs ili yenə başlanıb. Minlərlə uşaq məktəb partası arxasında əyləşir, müəllimlərin gözlərində ümid işığı, valideynlərin qəlbində övladlarına dair xəyallar yenilənir. Bu böyük prosesin içində bir məktəbin, bir rəhbərin gördüyü işlər bütöv bir bölgənin, bəlkə də ölkənin gələcəyinə təsir edir.
Mətanət xanım Quliyeva – vəzifəni şəxsi mənfəət yox, Vətənə xidmət tribunasına çevirən, müəllim adına ləyaqət gətirən, təhsil ocağını nümunə göstərən bir insandır. Onun timsalında deyə bilərik: yaxşılara yaxşı demək – həm vicdan, həm də vətəndaşlıq borcudur.

Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir