REPORTAJ: Yaxşılara yaxşı demək – həm vicdan, həm də vətəndaşlıq borcudur

14:03 18.09.2025 309

Əziz oxucu! Bir anlıq gündəlik qayğılardan, sosial problemlərin yaratdığı yorğunluqdan, kresloları şəxsi mənafe tribunasına çevirənlərin, korrupsiya bataqlığında illərlə yol tapanların söhbətindən uzaqlaşaq. Bu dəfə sizə çoxlarının inanmaqda tərəddüd edəcəyi, amma şəxsiyyəti və əməli ilə insanları heyran edən bir insandan bəhs edəcəyik. Söhbət Ağdaş şəhər M. Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyanın direktoru, dövlətin yüksək etimadını qazanaraq prezident sərəncamı ilə “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Şəhla xanım Hacıbalayevadan gedir.

Yeni dərs ili başlanır. Məktəblərdə zəng çalınır, şagirdlərin gülüşü sinif otaqlarını bəzəyir. Hər il bu çağ günlərində Azərbaycan təhsilinə rəhbərlik edənlərin, müəllimlərin, məktəb direktorlarının fəaliyyəti daha çox diqqət mərkəzinə çəkilir. Çünki gələcək nəsillərin bilik, tərbiyə və vətəndaşlıq təməlləri məhz bu müqəddəs ocaqlarda qoyulur. Bu baxımdan Ağdaşda yerləşən, özünəməxsus təhsil ənənəsi və uğurları ilə tanınan M. Şeyxzadə adına gimnaziya xüsusi bir yer tutur. Və bu uğurların arxasında bir insanın fədakarlığı, zəhməti, rəhbərlik istedadı dayanır: Şəhla xanım Hacıbalayeva.

Vəzifəni hörmətə mindirən DİREKTOR

Müasir dövrdə məmur anlayışı çox vaxt cəmiyyətdə qınaq obyektidir. Xalqın gözü qarşısında kresloda oturanların çoxu vəzifəni şəxsi imtiyaz vasitəsinə çevirdiyindən insanlarda haqlı narazılıq yaranır. Amma bəzən elə insanlar çıxır ki, vəzifənin adına, kreslonun özünə hörmət gətirir. Şəhla xanım məhz belə rəhbərlərdən biridir. O, təhsil idarəçiliyindəki peşəkarlığı, təşkilatçılığı və ən əsası – insani keyfiyyətləri ilə seçilir.

Bir vaxtlar Azərbaycanın tanınmış jurnalistlərindən biri demişdi: “Şəhla xanımı yaxından tanıyıram. Kübar, ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. İnsanlara töhmət verməkdənsə, onlara başa salmağı üstün tutur. Çox vaxt da buna nail olur. Çünki anlayır ki, insanı inzibati üsulla yox, sözlə də islah etmək olar.” Bu, təsadüfi qiymət deyil, uzun illərin müşahidəsindən, yaxın tanışlıqdan doğan səmimi fikirdir.

Yeni dərs ilinə hazırlıq

2025–2026-cı tədris ili artıq başlayıb. Ağdaş şəhərində yerləşən gimnaziyada da həyəcanlı hazırlıq işləri çoxdan başa çatıb. Sinif otaqları təmir olunub, dərs vəsaitləri yenilənib, müəllim heyəti ilə pedaqoji şuralar keçirilib. Şagirdlərin yeni dərs ilinə adaptasiyası üçün xüsusi tədbirlər planı hazırlanıb.

Şəhla xanımın rəhbərliyi ilə gimnaziyada hər il olduğu kimi bu dəfə də “ilk zəng” bayramı xüsusi ruh yüksəkliyi ilə keçirilib. Tədbirdə çıxış edən direktor bir daha vurğulayıb ki, məktəbin əsas missiyası yalnız bilik öyrətmək deyil, həm də vətənə, dövlətə sadiq, mədəniyyətli, düşüncəli, ləyaqətli vətəndaş yetişdirməkdir. Bu sözlər sadəcə şüar deyil, onun bütün fəaliyyətinin mayasını təşkil edən prinsipdir.

Təhsil fədailiyi – gündəlik həyat üslubu

Şəhla xanımı yaxından tanıyan hər kəs bir fikirdə yekdildir: onun üçün iş sadəcə peşə deyil, həyat tərzidir. Hər gününə, hər saatına tədrisin, şagirdlərin, müəllimlərin problemləri ilə bağlı düşüncələr hakimdir.

Onun idarəçilik fəlsəfəsi sadə, amma çox dəyərlidir: “Təhsil – gələcəyin mayasıdır. Bu mayanı sağlam qoymaq üçün gərək insan özünü də bu yola sərf eləsin.”

Məhz bu prinsiplə o, illərlə həm pedaqoq, həm təşkilatçı, həm də əsl müəllim kimi fəaliyyət göstərib. Müəllim yoldaşlarının sözlərinə görə, Şəhla xanım bəzən ən adi məsələlərdə belə məktəbin qayğısını şəxsi məsələlərdən üstün tutur. Bu, hər rəhbərin bacara biləcəyi iş deyil. Çünki buna yalnız məhəbbət, inam və məsuliyyət hissi ilə yanaşanlar nail ola bilirlər.

Tələbkarlıq və təvazökarlıq arasında

Onu tanıyanların ən çox vurğuladığı cəhət – tələbkarlıqla təvazökarlığın vəhdətidir. Bir tərəfdən pedaqoji heyətdən yüksək məsuliyyət tələb edir, digər tərəfdən özünü heç vaxt ön plana çıxarmır.

Maraqlıdır ki, onun adı mediada çox az hallarda çəkilir. Təhsil sahəsində uğurlarına, dövlət tərəfindən göstərilən yüksək etimada baxmayaraq, Şəhla xanım heç vaxt diqqət mərkəzində olmaq istəməyib. Çünki o, nümunəni sözlə yox, əməli ilə göstərməyə üstünlük verir.

Təhsil ocağının uğurları

Son illər gimnaziyanın məzunlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi, ölkədaxili və beynəlxalq müsabiqələrdə qazandıqları uğurlar da məhz bu rəhbərliyin və pedaqoji kollektivin gərgin zəhmətinin nəticəsidir. Təhsil Nazirliyinin monitorinqlərində gimnaziyanın fəaliyyət göstəriciləri daim yüksək olub.

Bütün bunlar isə yalnız idarəçilik bacarığı ilə deyil, həm də insanlarla düzgün ünsiyyət qurmaq, müəllimlərə və şagirdlərə qarşı diqqətli münasibət sərgiləmək sayəsində mümkündür.

Yaxşıların yaxşı olduğunu demək

Tarix boyu məmur problemi cəmiyyətlərdə olub və olacaq. Ancaq hər dövrdə də yaxşı nümunələr çıxır və insanlara ümid verir. Şəhla xanım Hacıbalayeva belə nümunələrdən biridir. Onun timsalında bir daha əmin oluruq ki, yaxşıların yaxşı olduğunu demək təkcə təqdir deyil, həm də vicdan borcudur.

Cəmiyyətin düzgün inkişafı üçün yaxşı nümunələri göstərmək, onları dəyərləndirmək vacibdir. Çünki bu, həm başqalarını da nümunə götürməyə sövq edir, həm də yaxşıların özünə daha böyük işlər görmək üçün ruh verir.

İnsan və əqidə

Onun həyatına nəzər salanda görürsən ki, Şəhla xanım sadəcə bir direktor, sadəcə bir müəllim deyil. O, əqidə adamıdır. Əqidəsi dövlətə, Vətənə, xalqa xidmət olan bir ziyalıdır. Əqidəsini divara yazıb asmasa da, onu gündəlik işi, davranışı, münasibəti ilə göstərir.

Hər bir insan həyatda təkcə mövcud dövrü üçün deyil, gələcək nəsillər üçün də çalışmalıdır. Şəhla xanım bu prinsipin canlı nümunəsidir. Gimnaziyada qurulan şərait, yaradılan pedaqoji mühit, həyata keçirilən təlim-tərbiyə prosesi gələcək nəsillər üçün sağlam bünövrədir.

Və sonda...


Yeni dərs ili yenə başlanır. Minlərlə uşaq məktəb partası arxasında əyləşir, müəllimlərin gözlərində ümid işığı, valideynlərin qəlbində övladlarına dair xəyallar yenilənir. Bu böyük prosesin içində bir məktəbin, bir rəhbərin gördüyü işlər bütöv bir bölgənin, bəlkə də ölkənin gələcəyinə təsir edir.

Şəhla xanım Hacıbalayeva – vəzifəni şəxsi mənfəət yox, Vətənə xidmət tribunasına çevirən, müəllim adına ləyaqət gətirən, təhsil ocağını nümunə göstərən bir insandır. Onun timsalında deyə bilərik: yaxşılara yaxşı demək – həm vicdan, həm də vətəndaşlıq borcudur.


Sadiq YOLCU,
Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:09

Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır