Vəzifəni hörmətə mindirən məmur - Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova

15:41 8.09.2025 423


Müasir dövrdə ictimai-siyasi həyatımızın ən çox müzakirə edilən mövzularından biri məmur-vətəndaş münasibətləridir. Çox təəssüf ki, cəmiyyətin böyük hissəsində məmur obrazı daha çox neqativ təsəvvürlərlə assosiasiya olunur: qanunsuzluqlar, özbaşınalıqlar, korrupsiya, vətəndaşların problemlərinə laqeyd münasibət... Bu mənzərə fonunda vicdanı, vətənpərvərliyi, xalqa bağlılığı ilə seçilən məmurlardan yazmaq həm məsuliyyətli, həm də ümidverici bir işdir. Belə nümunələrdən biri də Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubovadır.

Vətən sevgisi ilə yoğrulmuş ömür...


Hər bir insanın həyat yolunu müəyyən edən dəyərlər var. Kimisi var-dövlət, kimisi şöhrət, kimisi isə sadəcə kreslo arxasında oturmaq xatirinə yaşayır. Amma el də, obada da belə insanlara həmişə bir gözlə baxıblar: “o vəzifəni sevir, yoxsa vəzifə onu?” Aynurə Əyyubova timsalında görürük ki, o, vəzifənin hörmətə mindirdiyi deyil, əksinə, vəzifəni hörmətə mindirən insandır. Onun həyat fəlsəfəsi sadədir: xalqa xidmət etmək – Vətənə xidmət etməkdir.

Doğulub boya-başa çatdığı ailədən aldığı tərbiyə, elin-obanın sevgisi, dövlətinə və millətinə bağlılıq hissi onun bütün fəaliyyətinə hopub. Bərdə kimi strateji və tarixi əhəmiyyətə malik bir bölgədə gənclərlə işləmək, onların inkişafına töhfə vermək həm məsuliyyət, həm də böyük fədakarlıq tələb edir. Aynurə xanım bu məsuliyyəti öz həyatının ayrılmaz bir parçasına çevirib.

Rəhbər obrazı – sərtliklə deyil, sözlə islah edən...


Onu yaxından tanıyanlar yaxşı bilirlər ki, Aynurə Əyyubova rəhbər obrazını klassik inzibati üsullarla deyil, insani münasibətlərlə qurub. Tanınmış bir jurnalist onun haqqında belə deyir:

“Çox vaxt sərt inzibati tədbirə əl atmaq əvəzinə, sözlə, məntiqlə, izahla insanları inandırır. Həlim görünüşünün altında böyük bir iradə dayanır. Çünki o, yaxşı bilir ki, cəmiyyəti inzibati təzyiqlə yox, sözün gücü ilə islah etmək olar.”

Bu keyfiyyətlər bugünkü idarəçilik mühitində nadir tapıntıdır. Çünki çoxları vəzifədə olduğu anda qəlbinin yumşaqlığını, təvazökarlığını itirir. Aynurə xanım isə əksinə, təvazökarlığını rəhbər üslubuna çevirərək insanlarla ünsiyyətdə əsas körpünü etibar və hörmət üzərində qurur.

Sərvəti – saf və təmiz qəlbi...

El arasında tez-tez deyirlər: “Əl tutmaq Əlidən qalıb.” Aynurə xanım bu kəlamın canlı nümunəsidir. Yardıma ehtiyacı olanlara əl uzatması, ehtiyacı olan gənclərə dəstək göstərməsi, müxtəlif xeyirxah işlərə qoşulması onun sərvətinin ölçüsünü daha da böyüdür. Şəhid ailələri və qazilərə qaygı isə Aynurə xanımn fəaliyyətində ən önəmli bir sahədir. O, həmişə şəhid ailələrinin qazilərin yanındadır. O, Veteranların, aztəminatlı ailələrin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Aynurə xanım Əyyubova öz səlahiyyətləri çərçivəsində hər cür köməklik göstər. Bəli, Aynurə xanım hər zaman Dövlətə - Dövlətçiliyə, Xalqa, Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki , bu tendensiya bu gün də uğurla davam edir . Aynurə müəllimə özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. 

Media və təvazökarlıq


Maraqlıdır ki, Azərbaycan mediasında tez-tez adı hallanmasa da, onu yaxından tanıyanlar yaxşı bilirlər: Aynurə xanım diqqət mərkəzində olmağı sevmir. Təvazökar insandır. Əslində bu, onun böyüklüyündən xəbər verir. Çünki əsl xidmət – göstərilən işin çox danışılmasında deyil, görülən əməlindədir.


Bugünkü gənclərin tərbiyəsi, vətənpərvərlik ruhunda yetişməsi, sağlam düşüncəyə malik olması üçün Bərdə Uşaq-Gənclər İnkişaf Mərkəzində həyata keçirilən layihələr də məhz bu təvazökarlıq fonunda gerçəkləşir. B


Qlobal düşüncə – milli dəyərlərlə yanaşı...


Aynurə Əyyubova yalnız lokal deyil, həm də qlobal düşüncə sahibi olduğunu müsahibələrində dəfələrlə sübut edib. Onun COP29 konfransı ilə bağlı söylədikləri bunu bir daha göstərir. O bildirir ki, Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal səviyyədə nüfuzunun artmasıdır.

Bu yanaşma həm də onun dünyaya baxışının genişliyini nümayiş etdirir. Çünki dövlətə və xalqa xidmət yalnız lokal problemlərin həllindən ibarət deyil, həm də beynəlxalq miqyasda Azərbaycanın imicini yüksəltməkdən keçir. Aynurə xanımın mövqeyi aydındır: Vətənə xidmət həm öz obanda, həm də dünyada Azərbaycanın adını ucalda bilməkdir.

Haqqın yanında olmaq – əsas meyar...


Tarixin bütün dövrlərində yaxşı məmur problemi olub. Amma bu problemin həllini tapmaq üçün sadəcə bir düstur var: haqqın yanında olmaq. H.Əliyevin də də dediyi kimi, “Ədalət olmayan yerdə dövlət olmaz.” Aynurə Əyyubova da fəaliyyətində bu düsturu rəhbər tutur. Onun siyasətində – əxlaq, əməllərində – ədalət, düşüncəsində – haqq dayanır.

Sözardı


Bu yazını qələmə almaqda məqsədimiz yalnız bir insanı tərifləmək deyildi. Məqsədimiz odur ki, cəmiyyətimizdə yaxşı nümunələr də var. Onları göstərmək, dəyərləndirmək lazımdır. Çünki yaxşıların yaxşı olduğunu demək, həm onları ruhlandırır, həm də başqalarını nümunə götürməyə vadar edir.

Prezident İlham Əliyevin dediyi kimi: “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün.” Bu çağırış hər bir məmur üçün dərs olmalıdır. Aynurə Əyyubova timsalında görürük ki, bu çağırışa sadiq qalan, dövlətin etimadını doğruldan insanlar var və onların fəaliyyəti gələcəyimiz üçün böyük əhəmiyyət daşıyır.


Əziz oxucu, bəzən təmənnasız yazı yazmaq çətin olur. Amma yaxşıların adını çəkmək, onların nümunəsini göstərmək həm mənəvi borcdur, həm də gələcək üçün ümid işığıdır. Çünki insan var olduğu dövr üçün çalışdığı kimi, gələcək nəsillər üçün də çalışmalıdır. Aynurə Əyyubova isə bu örnəyi qoyanlardan biridir – vəzifəsini vicdanla yerinə yetirən, millətinə sədaqətli, dövlətinə bağlı bir məmur kimi.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir