AĞ RƏNG QARA LƏKƏ GÖTÜRMƏZ - Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Şirinxanım Səmədova haqqında yayılan məlumatlar ŞƏR VƏ BÖHTANDIR...

14:22 1.09.2025 174

Bu gün informasiya məkanında məsuliyyətsiz davranışlar, qeyri-ciddi yanaşmalar, əsassız iddialar təəssüf ki, getdikcə artmaqdadır. Sosial şəbəkələrin və bəzi KİV-lərin geniş imkanlarından sui-istifadə edən şəxslər, cəmiyyətin diqqətini cəlb etmək, ucuz populyarlıq qazanmaq üçün heç bir faktoloji əsas olmadan, qərəzli və böhtan xarakterli açıqlamalarla çıxış edirlər. Son zamanlar Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Şirinxanım Səmədova haqqında yayılan ittihamlar da məhz bu qəbildəndir və hər kəsə aydındır ki, bu məlumatların gerçəkliklə heç bir əlaqəsi yoxdur.

Məlumdur ki, doğru jurnalistika araşdırmaya, obyektivliyə, balanslı mövqeyə əsaslanır. Obyektiv medianın borcu xalqı, cəmiyyəti dəqiq və qərəzsiz məlumatlandırmaqdır. Təəssüf ki, bu gün bəzi “blogerlər” araşdırma aparmaq əvəzinə sifarişli, qurama və təkrar-təkrar səsləndirilən açıqlamalarla ictimaiyyəti çaşdırmağa çalışırlar. Halbuki, həmin açıqlamalarda təqdim edilən məlumatların hüquqi baxımdan böhtan və iftira xarakteri daşıdığı açıq-aşkar görünür. Qeyd etmək lazımdır ki, bu cür əsassız ittihamlar məhkəmə predmeti ola bilər və onların müəllifləri hüquqi məsuliyyət daşımaqdan yayınmayacaqlar.

Şirinxanım Səmədovanı yaxından tanıyanlar yaxşı bilirlər ki, o, peşəkar həkim, nümunəvi rəhbər, sadiq vətəndaş, əqidəli ziyalı kimi illərdir həm səhiyyə sahəsində, həm də ictimai müstəvidə ləyaqətlə fəaliyyət göstərir. Onun həyat yolu və karyerası təsadüfi deyil: pillə-pillə, zəhmətlə, əzmlə və vicdanla qazanılmış uğurların nəticəsidir. Hər bir rəhbər vəzifəyə gəlmək mümkündür, lakin orada uzun illər boyu ləyaqətlə qalmaq, kollektivin, ictimaiyyətin rəğbətini qazanmaq hər kəsin işi deyil. Şirinxanım Səmədova bu yolda zəhməti, savadı, insanpərvərliyi və prinsipiallığı ilə seçilmişdir.

Salyan kimi böyük bir bölgədə səhiyyə sisteminə rəhbərlik etmək asan məsələ deyil. Bu sahə daim diqqət mərkəzindədir, insanların sağlamlığı ilə bağlı məsuliyyət böyükdür. Şirinxanım Səmədova ilk gündən işinə vicdanla yanaşaraq xəstəxananın fəaliyyətini yüksəltməyə, xidmətin keyfiyyətini artırmağa çalışmışdır. O, həm kollektiv daxilində, həm də yerli ictimaiyyət arasında hörmət qazanmış, səmimiyyəti, sadəliyi və prinsipial mövqeyi ilə seçilmişdir.

Əlbəttə, belə insanların fəaliyyətini kölgəyə salmaq istəyən qüvvələr həmişə mövcud olacaq. Lakin onların təxribatçı açıqlamaları heç vaxt həqiqəti dəyişməyəcək. İctimaiyyət çox gözəl bilir ki, bu cür əsassız hücumların arxasında şəxsi maraqlar, sifarişlər, gizli məqsədlər dayanır. Əks halda, niyə illərdir eyni mövzuları təkrar edib, yeni fakt ortaya qoymaq iqtidarında deyillər? Niyə köhnə böhtanları yenidən gündəmə gətirirlər? Bütün bunlar həmin şəxslərin məqsədini bir daha açıq göstərir: onlar ictimai maraqları deyil, şəxsi ambisiyalarını güdürlər.

Şirinxanım Səmədovanın fəaliyyəti isə bu gün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. O, həm peşəkarlığı, həm də insanlara qayğısı ilə seçilən bir rəhbərdir. Onun həyat kredosu həmişə işin çətin tərəfindən yapışmaq, məsuliyyəti üzərinə götürmək, insanlara fayda vermək olub. Bu xüsusiyyətləri onu həm kollektivin sevimlisinə, həm də ictimaiyyətin rəğbət bəslədiyi şəxsiyyətə çevirib.

Unutmaq olmaz ki, əsl ziyalı, əsl vətəndaş öz xoşbəxtliyini xalqına xidmətdə görür. Şirinxanım Səmədova da məhz belə insanlardandır. Onun fəaliyyəti, həyat yolu və əqidəsi bir çoxlarına nümunədir. Ona qarşı atılan böhtanların heç bir əsası yoxdur və bu cür yalanlara inanan da yoxdur. Cəmiyyət bu kimi əsassız hücumlara laqeyd yanaşır, çünki hər kəs həqiqəti yaxşı bilir.

Biz bir daha bəyan edirik ki, Şirinxanım Səmədovanın müdafiəyə ehtiyacı yoxdur – onun gördüyü işlər, xidmətləri, qazandığı hörmət özü ən böyük müdafiədir. Sadəcə, şər-böhtan yayanlara xatırladırıq ki, ictimaiyyət bu davranışları ikrahla qarşılayır. İnsanlar artıq belə açıqlamalara dodaq büzür və sifarişli material kimi qiymətləndirir.

Bu səbəbdən də biz bildiririk: Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Şirinxanım Səmədova haqqında yayılan böhtan və iftiralar tamamilə əsassızdır, reallığı əks etdirmir. O, həm həkim, həm rəhbər, həm də ziyalı olaraq dövlətinə, xalqına ləyaqətlə xidmət edən nümunəvi şəxsiyyətdir. İnanırıq ki, ədalət həmişə qalib gələcək, böhtan isə öz müəlliflərinin üzərinə qayıdacaqdır.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK