Jurnalistikanın ali prinsipləri UNUDULANDA - Qərəzlilk və məsuliyyətsizlik "GÖZ CIXARIR"...

15:37 28.08.2025 66

Son günlər bəzi sosial media platformalarında və blog səhifələrində Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov haqqında əsassız, böhtan və qərəz dolu məlumatların yayılması narahatlıq doğurmaya bilməz. Həmin məlumatların mötəbər mənbəyə əsaslanmadığı, peşəkar jurnalistika prinsiplərinə uyğun gəlmədiyi və sırf ictimai rəyə təsir etmək niyyəti daşıdığı açıq-aydın hiss olunur.

Bu tip yazıların heç bir jurnalistik araşdırmaya, faktlara və obyektiv təhlilə əsaslanmadığı ortadadır. Əslində isə medianın vəzifəsi cəmiyyəti düzgün məlumatlandırmaq, ictimai marağa xidmət etmək və insanları düşünməyə təşviq etməkdir. Təəssüf ki, bəzi “bloger” və ya media adı altında fəaliyyət göstərən şəxslər bu funksiyanı yerinə yetirmək əvəzinə şəxsi maraqlara və ya sifarişli hücumlara xidmət edirlər.

Burada bir məsələni açıq şəkildə vurğulamaq vacibdir: Rəşad Cəbrayılov ictimaiyyətin yaxından tanıdığı, uzun illər ərzində dövlətə, vətəndaşa ləyaqətlə xidmət etmiş, vicdanlı və məsuliyyətli bir məmurdur. Onun fəaliyyəti sadə vətəndaşdan tutmuş yüksək vəzifəli şəxslərə qədər hər kəs tərəfindən rəğbətlə qarşılanır. Bu gün bölgədə cəmiyyətin geniş kəsimi onun xidmətlərini təqdir edir və fəaliyyətinə yüksək qiymət verir.

Qərəzli və səviyyəsiz hücumlar sadəcə bir şəxsi deyil, ümumilikdə cəmiyyətin dövlətə olan inamını sarsıtmağa xidmət edir. Bu isə nə media azadlığı, nə də tənqid adı ilə əsaslandırıla bilməz. Tənqid məsuliyyət tələb edir. Əgər bir mətbuat orqanı və ya fərdi yazıçı hansısa məmur haqqında məlumat yayırsa, bu zaman ən azı obyektivlik, qarşı tərəfin mövqeyinə yer vermək, sübutlara söykənmək kimi əsas prinsipləri gözləməlidir.

Buradan açıq şəkildə bəyan edirik: Rəşad Cəbrayılov haqqında yayılan şər və böhtan xarakterli yazılar qətiyyən həqiqəti əks etdirmir və bu məlumatlar hüquqi məsuliyyət doğura bilər. Əgər bu cür məsuliyyətsiz yazılar davam edərsə, zəruri hüquqi tədbirlər görüləcək və bu cür halların qarşısı qanun çərçivəsində alınacaqdır.

Bu gün Azərbaycan dövlətçiliyinə, onun inkişafına sadiq, ictimai nüfuzu olan insanların hədəfə alınması heç də təsadüfi görünmür. Cəmiyyət isə artıq bu kimi yazıların sifarişlə yayımlandığını yaxşı anlayır. Cəfəngiyyatla dolu, faktlardan uzaq, qeyri-peşəkar yanaşma ilə hazırlanan yazılar sadəcə yazanların öz reputasiyasına zərbə vurur.


P.S:

Rəşad Cəbrayılovun xidmətləri, şəxsi keyfiyyətləri və fəaliyyət yolu haqqında cəmiyyətin kifayət qədər məlumatı var. O, illərdir bölgədə peşəkar kadr kimi hörmət qazanıb və bu etimadı doğrultmağa davam edir. Cəmiyyətdə tanınan, etibarlı və nüfuzlu bir şəxsi əsassız şəkildə hədəfə almaq, iftira atmaq – təkcə əxlaqsızlıq deyil, eyni zamanda hüquqi baxımdan da məsuliyyətə səbəb ola biləcək bir davranışdır.

Azərinform.az olaraq bəyan edirik ki, biz əsassız iddialara qarşı həmişə fakt və hüququn tərəfində olmuşuq. Rəşad Cəbrayılov haqqında yayılan informasiyaların heç bir real əsası yoxdur və bu məlumatları qəti şəkildə təkzib edirik.

Hörmətli həmkarlar və media nümayəndələri – gəlin jurnalistikanın ali prinsiplərinə sadiq qalaq: Qərəzsizlik, obyektivlik və məsuliyyət.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK