Təşkilatcı rəhbər, gözəl insan və əsl vətən daşı - Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Rəşad Əhmədəliyev...

14:27 20.08.2025 259
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Rəşad Əhmədəliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə...

TANRI QİSMƏTİNDƏN YAZILAN ÖMÜR... 

...Dünyaya göz açan hər bir kəsin öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, təkilatcı məmur Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Rəşad Əhmədəliyevdir.

Bəri başdan qeyd edək ki, Rəşad Əhmədəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
O, kamil biliyi və yüksək təcrübi idarəetmə qabiliyyəti olan istedad sahibidir!
O, baş memar kimi ani və düzgün qərar qəbul edə bilən nadir şəxslərdəndir!
Ölkə prezidentindən nümunə götürən Rəşad Əhmədəliyevin böyüklüyü onun sadəliyində və kollektivə qarşı səmimi münasibətindədir!
O, insanlara diqqət və qayğıyla yanaşır, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
O, üzərinə düşən bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Memarlıq və Şəhərsalma İdarəsinin rəisi kimi professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir məmur kimi tanıdığımız Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Rəşad Əhmədəliyevin haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Rəşad Əhmədəliyev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər bağlıdır. Saysız-hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya necə-necə yetirmələrinin xeyirxah əməllərini də artırsaq onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda "Rəşad Əhmədəliyevin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, sizsə hər şeyi baş-ayaq anlamısız…

VƏZİFƏNİ HÖRMƏTƏ MİNDİRƏN MƏMUR

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi məmuru müdafiə edən yazıya imza qoyur?! Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Rəşad Əhmədəliyev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Rəşad Əhmədəliyevi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Rəşad müəllimlə həmsöhbət oluram. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt adamdır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Rəşad Əhmədəliyevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Rəşad müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Bəli, bir həqiqət isə GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl vətən daşı!


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:20

Gedəbəy Mineral Sularının brendi və qanuni təmsilçisi Ramil Fərzəliyev: Slavyankanın bugünkü vəziyyəti

22:04

"Qul bazarı"nda nur... - Ədalət Qarabulud

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...

00:37

Sözün Aynası: Qaçan ölümün sirri (Mirzə Ələkbər Sabirin ruhuna ithafən) - Ədalət Qarabulud

19:22

Sözün Aynası - (poema) - Mirzə Ələkbər Sabirin ruhuna ithafən

11:07

Rus generalın qətlində şok isim: Bakı ermənisi...

10:36

Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…

10:29

Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma – CHP ləğv edilir?

10:18

Türkiyəyə Qara dənizdən təhlükə var: Ankara təcili hərəkətə keçməlidir – Şifrələr açılır

10:08

İrəvan ABŞ-la Zəngəzuru müzakirə edəcək - Badalyan

10:07

Dugindən şok: Müharibə ilə Rusiya özünü bərpa edir!

10:03

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

14:23

İsraildən Bakını qəzəbləndirəcək addım... - Kritik açıqlama

14:21

Əliyevlə Putinin müzakirə edəcəyi çox şey var - Belyayev

12:41

Kafkanın yuxuları: Simvolizm və yuxu izahlarının tarixi kökləri

12:26

Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ

16:07

Vidadi Babanlı vəfat etdi

13:12

Muzdlu, qarışıq nikahdan anadan olan türk oğulları

11:49

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

13:31

Lənkəranda NƏ BAŞ VERİR - Şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri və valideynlər ETİRAZ EDİRLƏR...

10:58

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...

10:54

Bakıda yol hərəkətində nəzarət sistemləri: islahatlar və çatışmazlıqlar

13:29

Yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı…

12:35

Kreml sülh təklifindən imtina edir: Trampın ultimatumu...

14:12

Rusiyanın gələcəyi bundan asılıdır - Volodin

11:46

Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? – 500 illik yalan üzə çıxdı

11:45

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

15:50

Yüksək qabiliyyəti ilə seçilən təşkilatcı kitabxanacı-alim, gözəl insan və əsl vətən daşı... - Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova

12:38

Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya

17:26

Azərbaycanda qandonduran ənənə – analar oğullarına görə özlərini belə qurban verirlər

13:27

Temperatur 36 dərəcəyə yüksələcək

15:50

Nəsimidə qanunsuz tikintiyə yenidən YAŞIL İŞIQ: Həsənbala Əliyev 80g ünvanında proses bərpa olunub