Təşkilatcı-rəhbər, gözəl insan və əsl vətən daşı - Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Abdullayev

12:34 5.08.2025 30
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Abdullayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə...

QISA TANIŞLIQ

Abdullayev Elnur Məzahir oğlu 23.04.1982-ci ildə Ağcabədi Rayon Yeni Qaradolaq kəndində anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi, 2003-2005-ci illərdə Hərbi tibb fakultəsində təhsil alıb.
2005-2010-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi həkim kimi fəaliyyət göstərib.
2011-2020-ci illərdə Mərkəzi neftçilər xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb.
2020-2021-ci illərdə Respublika Diaqnostika Mərkəzində Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.
2021-2022-ci illərdə Yeni Klinikada İntensiv Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-2023-cü illərdə Mərkəzi Neftçilər xəstəxanasında Təcili yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.
2023-2024-cü illərdə Ağcabədi RMX PHŞ-nin direktor müavini-baş həkim vəzifəsində çalışıb


VAR-DÖVLƏTİ SAYA GƏLMƏZ ANLAYAN OLSA...

...Dünyaya göz açan hər bir kəsin öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, təkilatcı rəhbər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Abdullayevdir.

Bəri başdan qeyd edək ki, Elnur Abdullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, kamil biliyi və yüksək təcrübi idarəetmə qabiliyyəti olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir şəxslərdəndir!

Prezident İlham Əliyevdən nümunə götürən Elnur Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara qarşı səmimi münasibətindədir!

O, insanlara diqqət və qayğıyla yanaşır, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

O, üzərinə düşən bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun bu sahədə professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir səhiyyə məmuru kimi tanıdığımız Elnur Abdullayevin haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Elnur Abdullayev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız-hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya necə-necə xeyirxah əməllərini də artırsaq onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda "Elnur Abdullayev böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, sizsə hər şeyi baş-ayaq anlamısız…

VƏZİFƏNİ HÖRMƏTƏ MİNDİRƏN MƏMUR

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir iş adamı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi iş adamını müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün iş adamlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Abdullayev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən səhiyyə MƏMURlarındandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Elnur Abdullayevi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Elnur həkimlə həmsöhbət oluram. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib. 

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Abdullayevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Elnur həkimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Bəli, bir həqiqət isə GÜN İŞIGI kimidir: Nəinki fəaliyyət göstərdiyi rayonda, hətda bölgədə belə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı-rəhbər, gözəl insan və əsl vətən daşı!


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:29

Yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı…

12:35

Kreml sülh təklifindən imtina edir: Trampın ultimatumu...

14:12

Rusiyanın gələcəyi bundan asılıdır - Volodin

11:46

Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? – 500 illik yalan üzə çıxdı

11:45

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

15:50

Yüksək qabiliyyəti ilə seçilən təşkilatcı kitabxanacı-alim, gözəl insan və əsl vətən daşı... - Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova

12:38

Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya

17:26

Azərbaycanda qandonduran ənənə – analar oğullarına görə özlərini belə qurban verirlər

13:27

Temperatur 36 dərəcəyə yüksələcək

15:50

Nəsimidə qanunsuz tikintiyə yenidən YAŞIL İŞIQ: Həsənbala Əliyev 80g ünvanında proses bərpa olunub

21:16

Putin Trampa meydan oxudu, deyib ki.. - Uşakov dəstəyi kimin yerə qoyduğundan danışdı

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

11:00

Fəda Abbasov monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı -TƏFƏRRÜAT

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir