VİCDAN SUSANDA... - "Xəzər" turuzim mərkəzinin direktoru Mahir Şirəliyevin haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir

11:28 23.06.2025 115

Azərbaycanda söz və mətbuat azadlığı təmin olunur, lakin bu azadlıq məsuliyyət tələb edir

Bu gün yüzlərlə kütləvi informasiya vasitələrinin sərbəst şəkildə fəaliyyət göstərdiyi, informasiya məkanının dinamik inkişaf etdiyi Azərbaycan Respublikasında söz və mətbuat azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qorunur və inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində medianın hüquqi və maddi-texniki bazası möhkəmləndirilmiş, informasiya əldə etmək və yaymaq azadlığı təmin olunmuşdur. Dövlətin informasiya siyasətində şəffaflıq, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması əsas prinsip kimi qəbul edilir.

Bununla yanaşı, medianın inkişafı ilə bərabər, təəssüf doğuran bir tendensiya da müşahidə olunur – bəzi şəxslər tərəfindən yaradılmış və heç bir peşəkar meyara cavab verməyən, hüquqi qeydiyyatı belə şübhə doğuran dırnaqarası "informasiya saytları" və burada çalışan bəzi "jurnalistlər" mətbuat azadlığından sui-istifadə edərək, şəxsi maraqlar naminə böhtan xarakterli, qərəzli yazılar yayırlar. Onlar jurnalistikanın əsas prinsiplərini – obyektivlik, balanslılıq və həqiqətə əsaslanmaq öhdəliyini tamamilə gözardı edir, ictimai rəyi manipulyasiya etməyə çalışırlar.


Media vasitəsi yoxsa şantaj aləti?

Belə qərəzli informasiya resursları cəmiyyətin etibar etdiyi tanınmış ictimai-siyasi xadimlərə, sahibkarlara, idarə və təşkilatlara qarşı planlı şəkildə yalan məlumatlar yayaraq, ictimai nüfuzlarını sarsıtmaq, etibarlarını zədələmək niyyəti güdürlər. Bu saytlarda yayılan yazıların əksəriyyəti faktlara deyil, fərziyyələrə və ya şəxsi qərəzə əsaslanır. Onlar bəzən bu cür qarayaxma kampaniyalarını dayandırmaq üçün müxtəlif “təkliflər” irəli sürərək, açıq-aşkar şantaja əl atırlar. Belə fəaliyyət isə artıq yalnız media etikası yox, həm də qanun çərçivəsində hüquqi məsuliyyət yaradan hərəkət sayılır.

Təəssüflə qeyd etmək istərdik ki, bu günlərdə belə qərəzli kampaniyanın növbəti hədəfi Yalama "Xəzər" turuzim mərkəzinin direktoru Mahir Şirəliyev olmuşdur. Həmin “informasiya portalları” Mahir Şirəliyevin haqqında həqiqəti əks etdirməyən, tamamilə uydurma iddialar irəli sürməklə, onu ictimaiyyət qarşısında gözdən salmağa, işgüzar nüfuzuna xələl gətirməyə çalışırlar. Məlumatlar bir daha sübut edir ki, məqsəd jurnalistlik yox, şəxsi və ya sifarişli maraqları həyata keçirməkdir.


Reputasiyaya hücum təkcə bir şəxsə deyil, bir kollektivə qarşı yönəlmiş addımdır

Burada diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, yayılan yalan məlumatlar təkcə Mahir Şirəliyevin şəxsi nüfuzuna deyil, onun rəhbərlik etdiyi müəssisənin – Yalama "Xəzər" turuzim mərkəzinin kollektivinə mənfi təsir göstərmişdir. Bu cür böhtan xarakterli yazılar kollektiv üzvləri arasında gərginlik, narahatlıq və haqlı narazılıq doğurmuşdur. Əməksevər və vicdanla fəaliyyət göstərən əməkdaşların əməyi kölgəyə salınır, onların ictimai nüfuzuna təsir göstərilir.

Sonda Yalama "Xəzər" turuzim mərkəzinin 
kollektivi jurnalist adına ləkə gətirən, peşə etikası və vətəndaş məsuliyyətindən uzaq olan media qurumlarına bildirir ki, böhtan xarakterli, təxribatçı və qərəzli məlumatlar yaymaqla siz heç nəyə nail ola bilməyəcəksiniz. Biz haqqımızı qanun çərçivəsində qorumağa qadirik və lazım gəldikdə bütün hüquqi vasitələrdən istifadə olunacaq.

Eyni zamanda biz də  cəmiyyətin maariflənməsi, sağlam informasiya məkanının formalaşması naminə, bütün media subyektlərini ədalətli, vicdanlı və məsuliyyətli olmağa, jurnalistikanın əsas prinsiplərinə sadiq qalmağa çağırırıq. Unutmayaq ki, media – həm inkişafın, həm də dağınıqlığın aparıcı qüvvəsidir. Onu hansı istiqamətə yönəltmək isə jurnalistin vicdanı ilə ölçülür.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:34

VİCDAN SUSANDA - Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevin haqqında yayılan məlumat şər və böhtandır - MÖVQE

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO