Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Ramazan yazısı...

11:23 28.03.2025 1 138
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Şirvan şəhəri 21 nömrəli orta məktəbinin direktoru Səadət Quliyevanın barəsində bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şirvan şəhəri 21 nömrəli orta məktəbinin direktoru Səadət Quliyeva Vətənə ləyaqət nümunəsi sayılacaq təhsil MƏMURlarımızdandır.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün təhsil məmurlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Şirvan şəhəri 21 nömrəli orta məktəbinin direktoru Səadət Quliyeva vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən pedaqoqlardandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Səadət Quliyevanı yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Səadət xanımla görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdır. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir direktor sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir məmurdur. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, şagirdi inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!

Şirvan şəhəri 21 nömrəli orta məktəbinin direktoru Səadət Quliyevanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Səadət xanımın fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Şirvan şəhəri 21 nömrəli orta məktəbinin direktoru Səadət Quliyevanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

Şirvan şəhəri 21 nömrəli orta məktəbinin direktoru Səadət Quliyeva deyir:

- Müqəddəs Ramazan ayının başa çatması, bu gözəl bayram münasibətilə həmkarlarımı ürəkdən təbrik edir, ən səmimi arzularımı bildirirəm.

Ramazan ayının müqəddəsliyini təcəssüm etdirən, yüksək mənəvi və əxlaqi keyfiyyətlər çoxdur. Müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xoş niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.


Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu ölkəmiz bütün sahələrdə yeni uğurlar qazanmaqdadır. Bu tərəqqini  təmin edən o nurlu yolun davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevdir. Ölkə başçısının hər il bu müqəddəs ayda iftar mərasimində iştirak etməsi, müsəlman dövlətlərinin səfirləri ilə görüşməsi, müdrik fikirlərini bildirməsi dünyada analoqu olmayan ənənədir. Son bir il ərzində ölkəmizdə aparılan davamlı quruculuq işlərinin bütün sahələr kimi, mənəviyyat sahəsini də əhatə etməsi bütün xalqımızı hədsiz sevindirir. Məscid və ziyarətgahlarımızın  dövlətimizin başçısı İlham Əliyevin yaxından köməkliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulması, əsaslı təmir edilməsi ilin çoxsaylı əlamətdar hadisələrindəndir. Bütün bunların sayəsində Azərbaycan mədəni-mənəvi və dini dəyərlərə ehtiram məkanına çevrilmişdir.


Hər il olduğu kimi, bu gün də xalqımız, o cümlədən kollektivimiz Ramazan ayını böyük ruh yüksəkliyi ilə, könül xoşluğu ilə yola salır, bu gözəl ayın sınaqlarından layiqincə çıxdıqlarını nümayiş etdirirlər. Bu əziz günlərdə dövlətimizin rifahı və tərəqqisi naminə diləklərini söyləyir, ulu öndər Heydər Əliyevin, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın ruhuna dualar edir, xoş arzu və niyyətlərini bildirirlər.


Bəli, bu gün müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Bu gün bizim dini bayramlarımız dövlət səviyyəsində qeyd edilir. Ramazan bayramı, Qurban bayramı, əsrlər boyu yaşatdığımız, ürəyimizdə saxladığımız Novruz bayramı bizim böyük sərvətimizdir.


Bir daha bu əziz Ramazan bayramı münasibətilə hamınızı təbrik edir, evlərinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.


Allah orucunuzu qəbul etsin!

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir