Rus millətçilərinin anti-Azərbaycan çıxışlarında “velikorus” şovinizmi özünü parlaq göstərir - Deputat

11:23 13.02.2025 80


Azərbaycan dövləti tərəfindən irəli sürülən tələblərdə qeyri-adi heç nə yoxdur. Bu həm Azərbaycanın, həm də beynəlxalq hüququn tələbədir.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginliyi şərh edərkən deyib.
Rusiyada Azərbaycana qarşı aparılan kampaniyanın məqsədli olduğuna diqqət çəkən deputat söyləyib:

“Hər bir təyyarə qəzası zamanı aidiyyatı dövlətlərin və qurumların atmalı olduğu addımları tənzimləyən beynəlxalq konvensiya və müvafiq prosedur qaydaları var. Azərbaycanın Rusiyadan tələbi və gözləntisi də həmin qaydalara uyğun addımların atılmasıdır. Doğrudur, Rusiya siyasi hakimiyyətinin ən yüksək pillələrində heç kim mövcud durumu hər hansı bir şəkildə şərh etmir. Elə buna görə də ictimai mühitdə bu insidentlə bağlı bir boşluq yaranıb və Rusiya siyasi palitrasının bütün təmsilçiləri, xüsusilə Rusiya millətçiləri özlərinin ekstremizmi ilə öz ayditoriyalarına şou göstərirlər. Hadisəyə münasibət bildirmək missiyasını ölkənin siyasi həyatında heç bir rolu olmayan Valuyev kimi qondarma Duma üzvləri və əsasən də siyasi şərhçilər və blogerlər bu missiyanı öz üzərinə götürüblər. Məhz onların anti-Azərbaycan çıxışlarında “velikorus” şovinizmi özünü bütün parlaqlığı ilə göstərir. Belə vəziyyət Rusiya hakimiyyətini də qane edir”.

O əlavə edib ki, onlar bir tərəfdən, özlərinin “velikorus” qürurunu sındırmamağa çalışaraq, Azərbaycanın tələblərini eşitməzliyə vurur və hər hansı şəkildə vəziyyəti yumşaltmaq üçün uyğun şəraitin yaranmasını gözləyirlər. Digər tərəfdən isə məhz Rusiya siyasi hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış bu qalmaqal Rusiya cəmiyyətinin diqqətini Ukrayna cəbhəsindəki uğursuzluqlardan yayındırmaq üçün çox maraqlı bir mövzuya çevrir: “Vəziyyətdən yararlanmağa çalışan ermənilər də anti-Azərbaycan kampaniyası aparmaq üçün əlverişli fürsət yarandığını zənn edərək özlərinin propaganda maşınını işə salıblar. Lakin bütün bunlar Azərbaycan tərəfindən qaldırılmış məsələləri həll etmir. Gec və ya tez Rusiya ali hakimiyyəti hadisəyə obyektiv qiymət verməli və Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Çünki bu, həm Azərbaycanın, həm də beynəlxalq hüququn tələbləridir. Bu Rusiya ilə Azərbaycan arasında imzalanmış çoxsaylı dövlətlər arası sənədlərdən, eləcə 3 il əvvəl imzalanmış strateji qarşılıqlı fəaliyyət haqqında Bəyannamədən irəli gələn öhdəliklərin doğurduğu tələblərdir. Əgər Rusiya özünü sivil dövlət hesab edirsə, öz imzasına hörmət etməli və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir