Xırdalan şəhər 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevanın haqqında yazılanlar şər və böhtandır - MÖVQE

02:11 16.09.2024 184
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Xırdalan şəhər 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyeva xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Xırdalan şəhər 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevanın məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Xırdalan şəhər 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevanın haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Sevinc Məmmədəliyeva öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən təhsil məmurudur ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Sevinc Məmmədəliyeva xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Sevinc Məmmədəliyeva elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan təhsil məmurudur ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, Sevinc xanım yüksək savada və dünyagörüşə malik olan məktəb direktorudur. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Sevinc xanıma məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Sevinc Məmmədəliyevanın əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Sevinc Məmmədəliyevanın haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər.

Xırdalan şəhər 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevanın haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı, vətənpərvər olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Xırdalan şəhər 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyeva ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

01:29

CIRPINTI... (Mistik - fəlsəfi poema) - Ədalət Qarabulud

21:34

Putinə bu və ya digər Ukrayna torpağını vermək... - Zelenski

20:07

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın, CƏNABLAR...

00:37

Sözün Aynası: Qaçan ölümün sirri (Mirzə Ələkbər Sabirin ruhuna ithafən) - Ədalət Qarabulud

19:22

Sözün Aynası - (poema) - Mirzə Ələkbər Sabirin ruhuna ithafən

11:07

Rus generalın qətlində şok isim: Bakı ermənisi...

10:36

Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…

10:29

Türkiyə çalxalanır: rəsmilərlə polis arasında toqquşma – CHP ləğv edilir?

10:18

Türkiyəyə Qara dənizdən təhlükə var: Ankara təcili hərəkətə keçməlidir – Şifrələr açılır

10:08

İrəvan ABŞ-la Zəngəzuru müzakirə edəcək - Badalyan

10:07

Dugindən şok: Müharibə ilə Rusiya özünü bərpa edir!

10:03

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

14:23

İsraildən Bakını qəzəbləndirəcək addım... - Kritik açıqlama

14:21

Əliyevlə Putinin müzakirə edəcəyi çox şey var - Belyayev

12:41

Kafkanın yuxuları: Simvolizm və yuxu izahlarının tarixi kökləri

12:26

Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ

16:07

Vidadi Babanlı vəfat etdi

13:12

Muzdlu, qarışıq nikahdan anadan olan türk oğulları

11:49

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

13:31

Lənkəranda NƏ BAŞ VERİR - Şəhər 2 nömrəli tam orta məktəbin müəllimləri və valideynlər ETİRAZ EDİRLƏR...

10:58

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur...

10:54

Bakıda yol hərəkətində nəzarət sistemləri: islahatlar və çatışmazlıqlar

13:29

Yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı…

12:35

Kreml sülh təklifindən imtina edir: Trampın ultimatumu...

14:12

Rusiyanın gələcəyi bundan asılıdır - Volodin

11:46

Şah İsmayıl Çaldıran döyüşündən əvvəl qadınlara nə tapşırıb? – 500 illik yalan üzə çıxdı

11:45

İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə

15:50

Yüksək qabiliyyəti ilə seçilən təşkilatcı kitabxanacı-alim, gözəl insan və əsl vətən daşı... - Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova

12:38

Əbu-Dabi görüşünə Rusiyadan daha bir reaksiya

17:26

Azərbaycanda qandonduran ənənə – analar oğullarına görə özlərini belə qurban verirlər

13:27

Temperatur 36 dərəcəyə yüksələcək

15:50

Nəsimidə qanunsuz tikintiyə yenidən YAŞIL İŞIQ: Həsənbala Əliyev 80g ünvanında proses bərpa olunub

21:16

Putin Trampa meydan oxudu, deyib ki.. - Uşakov dəstəyi kimin yerə qoyduğundan danışdı

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü