Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Bərdə Kommunal Müəssisələri Kombinatının rəisi Natiq Qasımov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bərdə Kommunal Müəssisələri Kombinatının rəisi Natiq Qasımov Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Bərdə Kommunal Müəssisələri Kombinatının rəisi Natiq Qasımov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən məmurdur.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Natiq Qasımovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Natiq müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
YAZIYA KİCİK BİR SÖZARDI
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!
Bərdə Kommunal Müəssisələri Kombinatının rəisi Natiq Qasımovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Natiq müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Bərdə Kommunal Müəssisələri Kombinatının rəisi Natiq Qasımovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!
P.S:
Ölkəmizin hər yerində olduğu kimi, Qarabağın dilbər guşəsi olan qədim Bərdə şəhəri də günbəgün gözəlləşir, inkişaf edir və müasirləşir. Məlumdur ki, şəhərin gözəl görünməsi aparılan təmizlik, abadlıq işlərindən daha çox asılıdır. Bərdənin parkları, küçə və xiyabanlarında ideal təmizlik hökm sürür. Bərdə Kommunal Müəssisələri Kombinatının rəisi Natiq Qasımovla söhbətimiz elə bu mövzu ətrafında oldu. Natiq Qasımov 13 ilə yaxındır ki, bu məsuliyyətli və çətin vəzifədə çalışır. Söhbət zamanı idarə rəisi bildirdi ki, rəhbərlik etdiyi kombinat əsasən Bərdə şəhərinin təmizliyini həyata keçirir, yol kənarlarındakı, eləcə də, park və digər yerlərdəki yaşıllıqlara, ağac və gül kollarına qulluq edir. Hazırda kombinatda 53 nəfər işçi çalışır. Eyni zamanda “DOST” MMC-nin xətti ilə 353 nəfər yuxarıda qeyd olunan işlərin icrasına cəlb ediliblər. 30 vakant yer haqqında mərkəzləşdirilmiş portalda elan verilmişdir.
Müəssisə Bərdə-Yevlax və Bərdə-Tərtər avtomobil yollarının kənarlarında əkilmiş, təxminən 1 milyondan artıq, 47 adda dekorativ ağaclar, gül-çiçək və həmişəyaşıl adlanan ağaclara yüksək aqrotexniki qulluq göstərir. Bərdə-Yevlax avtomagistralının Bərdə rayonuna aid olan sağ və sol tərəflərində ağac və gül kollarının mütərəqqi üsullarla suvarılması üçün 18 kilometr uzunluğunda polietilen borular çəkilmişdir. Suvarmada istifadə olunan suyun bir hissəsi Qarabağ kanalından nasos vasitəsilə götürülür, eyni zamanda subartezian quyularından da istifadə olunur. Bundan başqa, Bərdə-Tərtər avtomagistralının hər iki kənarındakı bitkilərin suvarılmasını təmin etmək üçün 3 kilometr uzunluğunda polietilen boruları çəkilmişdir. Bərdə şəhərində Bakı və Koroğlu küçələrində mövcud olan yaşıllıq, ağac və kolların suvarılmasını təmin etmək üçün 5 kilometr uzunluqda polietilen borulardan istifadə olunur.
Bütün bunlarla yanaşı, kombinat Bərdə şəhərindəki füsunkar gözəlliyi və ecazkar mənzərəsi olan, ulu öndərin adını daşıyan parka da xidmət edir. Parkın 45 hektar ərazisi var. Ərazi bütövlükdə müasir suvarma sistemi ilə tam təmin olunmuşdur ki, bu da su itkisinin qarşısının alınması ilə yanaşı suvarılmanın keyfiyyətli aparılmasını da təmin edir. Parkda 40 ölkədən gətirilmiş müxtəlif ağac və gül kolları mövcuddur. Ağaclar yerli iqlimə uyğunlaşdırılmışdır. Parkda uşaqların əylənməsi üçün attraksionlar quraşdırılmış, mini futbol meydançası, iaşə obyektləri, kütləvi tədbirlərin və digər tədbirlərin keçirilməsi üçün açıq konsert zalı fəaliyyət göstərir. Parkın kənarlarında süni bulvar kompleksi yaradılmışdır. Burada böyük fəvvarələr kompleksi fəaliyyət göstərir. Heydər Əliyev adına park rayon sakinlərinin, eləcə də qonaqların sevimli məkanına çevrilmişdir. Park əsl cənnəti xatırladır. Əraziyə “DOST” MMC xətti ilə çalışan işçilər xidmət göstərirlər. Parkın təmizliyinə xüsusi diqqət yetirilir.
Bununla yanaşı, kombinat Bərdə şəhərində yerləşən Qəhrəmanlar parkına da yüksək səviyyədə xidmət edir. Parkın ərazisi 6 hektardır. Ərazidə 2 mindən artıq müxtəlif dekorativ ağac, gül-çiçək və yerli cinsdən olan bitkilər mövcuddur. Bu park Azərbaycanın qəhrəman oğul və qızlarının şərəfinə salınmışdır. Parkdakı möhtəşəm ana heykəli əraziyə xüsusi bir gözəllik verir. Parkda bəzəkli gecə lampaları quraşdırılmışdır. Lampalar gecələr ərazini daha cazibədar edir. Bundan başqa kombinat şəhərin Yevlax rayonu istiqamətindən girişindəki Bayraq meydanına, Torpaqqala ərazisinə və Nüşabə parkına xidmət edir. Eyni zamanda şəhərdə fəaliyyət göstərən ticarət obyektləri ilə bağlanmış müqavilə əsasında onlara xidmət göstərir. Kommunal müəssisələri öz üzərinə düşən vəzifəni məsuliyyətlə icra edir. Bərdə Kommunal Müəssisələr Kombinatı şəhərdaxili 65 küçədə təmizlik işlərini həyata keçirir. Hər gün səhər saat 6-dan başlayaraq məişət tullantılarının yığılması və poliqona daşınması təmin olunur.Maraqlıdır ki, Bərdə şəhərindəki küçə və məhəllələrdə ümumiyyətlə zibil qutuları yoxdur, ancaq heç yerdə zibil də yoxdur. Buradan belə anlaşılır ki, Bərdə şəhərinin təmizliyinə cavabdeh şəxslər işini düzgün qurmaqla şəhərin təmizliyini təmin edir.Azerinform.az