Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ - Əslində Qalib Xudaverdiyev KİMDİR

07:55 14.06.2024 264
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli acıqlamalarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə acıqlamaların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsizlikdən söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon valı kimi eyni mövzunu təkrarlayan media nümayəndələri, sosial şəbəkə blogerləri isə hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş acıqlamalarda göstərilən şər və böhtan xarakterli məlumatlar Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər və nəticəsi hec də həmin KİV nümayəndələri ücün yaxşı olmaz.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, nümunəvi təşkilatcı-rəhbər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevdir.

...Bu gün Cəllabadda onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər illərdir ki, bu adamı harada işləməyindən asılı olmayaraq peşəkar kadr kimi məşğul olduğu sahələrdə, ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

...Qalib Xudaverdiyev həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan kadrlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Qalib Xudaverdiyevin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Qalib Xudaverdiyev calışdıgı sahədə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

...Mübaliğəsiz demək olar ki, Qalib Xudaverdiyev fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə borc bilən bir ziyalı kimi tanınır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.


Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Qalib Xudaverdiyev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir.

Tam səmimiyyətlə demək istəyirik ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, onun barəsində şər və böhtan xarakterli acıqlama yayan KİV nümayəndələrinə, sosial şəbəkə blogerlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yaydırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yayılanlarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə acıqlamalara dodaq büzür və sifariş adlandırırlar.

Yayılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yayılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə milcəyi filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub, sanki Qalib müəllimin gördüyü işləri yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun! Utanın cənablar, utanın!



Azərinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:27

YPX Alayının 11-ci tağımının komandiri polis mayoru Qurban Gülməmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO