Bu gün Azərbaycan xalqı öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır

02:43 14.06.2024 402
Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən Milli Qurtuluş Gününün növbəti ildönümü böyük coşqu ilə qeyd edilir. Artıq o əzəmətli tarixi gündən 31 il ötür. Məhz həmin gün, 1993-cü ilin iyun ayının 15-də xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək, dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etdi. Ölkə daxili siyasi böhrandan qurtuldu. Belə ki, ümummilli liderin dövlətçilik təcrübəsi, düzgün seçim strategiyası və bunun fonunda atdığı zəruri addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər mərhələli şəkildə aradan qaldırıldı. Az müddət sonra prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını qətiyyətlə bəyan etdi. Ulu Öndər xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi, müharibədə atəşkəsə nail oldu.

Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratdı, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan dövləti onun varlığına birdəfəlik son qoyulma təhlükəsi ilə üzləşdiyi zamanda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını dövlətimiz üçün böyük bəxşiş kimi dəyərləndirmək mənəvi borcumuzdur. Məhz həmin çətin anlarda xalq müdrik bir liderə, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcək uzaqgörən siyasətçiyə inanır, güvənirdi. Ulu Öndər Heydər Əliyevin qayıdışı və Azərbaycanda qurtuluşa nail olunması onun nəhəng siyasi xadim olduğunu təsdiqləyən əsas faktlardandır. Əminliklə söyləyə bilərik ki, Azərbaycanın bugünkü inkişafı öz başlanğıcını Milli Qurtuluş günündən götürür. Böyük bəlalardan xilas olduğu 15 İyun tarixindən ötən dövr ərzində Ulu Öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi.

Ümummilli lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də böyük uğurla davam etdirilir. Çünki ulu öndər bizim üçün mükəmməl dövlətçilik məktəbini yaratmışdır. Bu gün isə ümummilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin qazandığı bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və dövlət başçımızın şəxsi keyfiyyətləri dayanır. Dövlət başçımızın bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Prezident İlham Əliyevin istənilən məsələyə yaradıcı münasibət bəsləməsi, yeni müstəvidən yanaşması, siyasi-ictimai və geosiyasi reallıqları, iqtisadi-hərbi prosesləri, ideoloji-etnik problemləri mövcud siyasi kursun işığında yenidən dəyərləndirməsi onun yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarı və novator dövlət xadimi kimi qüdrətli lider olmasını isbatlayır. Məhz dövlət başçımızın əzmkarlığı və siyasi iradəsi sayəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı hərbi əməliyyatları qalibiyyətlə başa vurmaq imkanı əldə edə bildi. Əldə olunan bu tarixi Qələbə nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa etdi və onsuz da lider dövlət kimi çıxış etdiyi Cənubi Qafqaz regionunda yeni tarixi reallıqların müəllifinə çevrildi.

Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır və bu dövr ölkəmizin gələcək, daha parlaq uğur və qələbələrinin sadəcə başlanğıcıdır. Dünya dövlətlərinin keçdiyi yola, lider nümunələrinin müqayisəli təhlilinə diqqət ayırsaq, bir daha əmin olarıq ki, Heydər Əliyev miqyasında dövlət xadimi ilə az-az xalqlar öyünə bilir. Fərqi bir daha görmək üçün Nizami Gəncəvinin bu misralarını yada salmaq kifayətdir: “İnsandan-insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər”. Heydər Əliyev və onun siyasi irsi xalqımızın tarixində heç vaxt korşalmayacaq və əbədi yaşayacaq Zəka Qılıncıdır. Çünki Ulu Öndərin xilaskarlıq missiyasını tarixi Zəfər zirvəsinə çatdıran Prezident İlham Əliyev kimi layiqli davamçısı var. Siseron dəyərli kəlamlarından birində belə demişdi: “Şərəf və düzgünlük ədalətin təməlidir”. Prezident İlham Əliyev müstəqil Azərbaycanın tarixinə adını Müzəffər Ali Baş Komandan olaraq yazdırmağa ona görə müvəffəq oldu ki, Ulu Öndərin şərəfli ömür yolunu şərəf və dürüstlük üzərində davam etdirir. Düşmən tapdağından azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işlərinə start verən Prezident İlham Əliyevin tarixi uğurlarının səbəbi həm də budur ki, O, azərbaycançılıq, türkçülük, milli və müstəqil dövlətçilik məfkurəsinə siyasi sələfi Heydər Əliyev qədər qəlbən bağlıdır.


Dəyanət Tağıyev,
Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu.


Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:19

Adnan Əhmədzadənin dəhşətli səhvi: bütün var-dövlətini ona verib – FOTOLAR

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video

18:38

Kod adı “Mamonya”: Adnan Əhmədzadə haqqında şok faktlar

16:06

"AVAM" HİKMƏTİ (Ustad şair Oktay Şamilə ithaf) - Ədalət Qarabulud.

12:03

Prezident Qəbələdə: Binəli Yıldırımı qəbul etdi

01:15

SÖZÜM HARDA QALDI… - silsilə - Ədalət Qarabulud.

12:10

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

13:28

Paşinyan Zəngəzur dəhlizinə "yeni ad" tapdı

13:26

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

13:24

III MDB Oyunları: Xankəndidə yarışlara start verildi - Foto

13:22

Makron İlham Əliyevi və Paşinyanı təbrik etdi

13:27

Putin onu Rusiyanın baş prokuror təyin etdi

15:58

Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub

12:08

Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır

12:04

Çində “Chikungunya” virusu yayılıb – Fövqəladə vəziyyət elan edilib