Kimlərinsə "milcəkdən fil düzəltmək" eşqi... - Əslində Milli Məclisin deputatı Əliabbas Salahzadə KİMDİR

09:01 31.05.2024 305
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırıamaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Azerinform.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon valı kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar Milli Məclisin deputatı Əliabbas Salahzadə haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər və nəticəsi hec də həmin KVİ-lər ücün yaxşı olmaz.

Milli Məclisin deputatı Əliabbas Salahzadəni tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, nümunəvi təşkilatcı-ziyalı Milli Məclisin deputatı Əliabbas Salahzadədir.

...Bu gün onu ölkədə hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər bu adamı hansı sahədə işləməyindən asılı olmayaraq peşəkar kadr kimi məşğul olduğu sahələrdə, ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

...Əliabbas Salahzadə həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan millət vəkilidir. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Əliabbas müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Əliabbas Salahzadə calışdıgı bütün sahədə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

...Mübaliğəsiz demək olar ki, Əliabbas Salahzadə ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.


Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Milli Məclisin deputatı Əliabbas Salahzadə xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə nail olan insan özü qazanır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. 


Tam səmimiyyətlə demək istəyirik ki, Milli Məclisin deputatı Əliabbas Salahzadənin bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Əliabbas Salahzadənin barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Niyə Əliabbas müəllimin xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:48

Avropa nüvə planını AKTİVLƏŞDİRDİ – Köhnə qitədə III Dünya Savaşına hazırlıqlar BAŞLAYIR

13:42

Partiya yoldaşları Trampa QARŞI ÇIXDI – “Ukraynaya yardım dərhal bərpa OLUNMALIDIR”

18:00

“Bakcell” xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi - Fotolar

14:43

Pezeşkianın istefa verməsi xəbəri yayıldı

17:21

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

15:00

Trampın təhdidi milyarderi qorxutdu – Xüsusi tapşırıq

14:54

Dünya siyasətində bir dövr başa çatır – Yaxın Şərqin taxtına o əyləşir

12:38

Xocalı soyqırımından 33 il ötür

17:19

Yollar buz bağlayacaq: DYP-dən xəbərdarlıq...

15:36

Yevlax təhsilində "ƏNDİRABADİ" OYUNLAR - Zurnaçalan məktəb direktoru, məktəbi dolmaxanaya çevirmiş Zərif-Namidə cütlüyü...

12:25

Genişmiqyaslı mübarizə başlayır: Qüvvələr bölünür, iki cəbhə olacaq

12:13

Pensiya alanlara şad xəbər!

17:04

Qərbi Azərbaycan adət-ənənəsi: Bakıda baş tutan ŞAH TOYU...

13:21

"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov

14:56

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib

13:35

Böyük əmilər oynayır: Ukrayna kiçik hissələrə parçalanacaq

13:24

Bu rayonumuza 71 sm qar yağdı

12:16

Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı – “Ya müharibə, ya da…”

12:02

Ömrünü səhiyyəyə həsr etmiş FAZİL İSMAYILOV

23:07

“Bir kəmər, bir yol” – Yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər

22:48

Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş «Bir Elin Manifesti” adlı Birinci Ümumrespublika Hekayə Müsabiqəsinə start verilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib

17:00

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

13:09

Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub

10:55

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

12:40

Mətin Mirzəyə yeni vəzifə verildi

14:22

“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

22:19

Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var - FOTO

21:06

Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu

20:57

Arifə Hüseynova: "Biz gələcəyimizi quran, keçmişimizi şərəfləndirən, türk kimliyini bütün dünyaya tanıdan bir baxışın təmsilçiləriyik"

00:31

UNEC-in Zaqatala filialının direktoru Raqif Qasimovun haqqında yazılan HƏQİQƏTLƏR...

22:40

Naxçıvanın Səhiyyə naziri Samiq Sadıxov dövlət büdcəsinə niyə qənim kəsilib?

22:24

Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı?

22:19

Qərb bunu etsə, Rusiyaya məğlub olacaq - Hoces

22:17

Bayden Putindən danışdı: Yaxşı oğlan deyil!