Fərrux Haqverdiyev: "Ulu Öndərimizin adı ilə bağlı olan medalla təltif olunmağım mənim üçün böyük şərəfdir"

22:10 6.04.2024 367
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğu və müxtəlif ictimai vəzifələrdə çalışan bir qrup şəxs “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur. Bu mükafata layiq olanların sırasında Xızı Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyev də yer almışdır.
“Azərbaycanın son 21 ildə keçdiyi möhtəşəm inkişaf yolu, əldə olunmuş misilsiz uğur və nailiyyətlər, parlaq tarixi qələbələrimiz birmənalı olaraq bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin və xalqın rifahı naminə göstərdiyi gərgin və məqsədyönlü fəaliyyətinin, davamlı olaraq həyata keçirdiyi uğurlu daxili və xarici siyasət xəttinin nəticəsidir. Əlbəttə ki, dövlət başçımızın bu fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün əsl örnəkdir, hətta mən deyərdim ki, hansı ölkədə yaşamasından, hansı vəzifədə çalışmasından və hansı peşəyə sahib olmasından asılı olmayaraq hər bir azərbaycanlını daha böyük fədakarlıqla çalışmağa, təmsil olunduğu sahədə daha yüksək nailiyyətlər əldə etməyə həvəsləndirən ən güclü stimuldur. Məhz cənab Prezident İlham Əliyevin 2003-cü ildən bəri göstərdiyi, xalqımızın fərəhlə, bütün dünyanın isə heyranlıqla müşahidə etdiyi misilsiz fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq arenada sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul olunub.”

Bu sözləri Azerinform.az-a Xızı Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyev deyib.

Fikirlərini davam etdirən Fərrux Haqverdiyev həmçinin bildirib ki, Prezident İlham Əliyevin bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasət kursu ilk növbədə Qarabağ probleminin həllinə yönəlmişdi və bu gün Azərbaycanın artıq öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş, həm də bunu öz gücünə həyata keçirmiş ölkə kimi çıxış etməsi bir daha sübut edir ki, dövlət başçımızın bu hədəflərə çatmaq üçün müəyyən etdiyi strateji kurs yeganə doğru yol olmuşdur: “Şanlı Azərbaycan Ordusu 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına parlaq tarixi Qələbə bəxş edərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Əlbəttə ki, bu Zəfər 2003-2020-ci illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən böyük zəhmət və gərgin səylər hesabına həyata keçirilmiş hazırlıq işlərinin nəticəsi kimi əldə olundu. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Tarixi Qələbəmizdən 3 il sonra, 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin edildi. Nəhayət bu əlamətdar tarixi hadisədən beş ay sonra keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. 15 oktyabr 2023-cü il tarixində Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında şəxsən özü Azərbaycan Bayrağını qaldırdı. Bununla da dövlət başçısı öz xalqına verdiyi bütün vədlərinə tam əməl etmiş oldu. Bütün bu tarixi Qələbələr cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi yeganə doğru strateji kursun, yürütdüyü müstəqil siyasətin, hər zaman nümayiş etdirdiyi prinsipial mövqeyinin və gördüyü möhtəşəm işlərin nəticəsidir.”

Sonda Fərrux Haqverdiyev layiq görüldüyü mükafata görə dövlət başçısına minnətdarlığını ifadə edərək bu sözləri deyib: “Bu gün Azərbaycan Prezidenti xalqımızın və dövlətimizin ən yeni tarixinin ən şərəfli səhifələrini yazır və hər bir azərbaycanlının bu tarixin kiçik bir parçası olmaq istəyi, arzusu anlaşılandır. Birmənalı olaraq deməliyəm ki, cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Ulu Öndərimizin adı ilə bağlı olan medalla təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu mükafat fəaliyyətimə verilən yüksək dəyərin göztəricisidir və mən, bu təltifə görə möhtərəm dövlət başçımıza sonsuz minnətdarlığımı bildirirəm”.

Öz növbəmizdə, Azerinform.az saytının redaksiya heyəti olaraq, biz də Xızı Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyevi  bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar diləyirik!

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir